Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-1205
Kredit
6
Tələbənin iş yükü
0
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
—
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat- seminar
Auditoriyadan kənar saatlar
a) 60 saat – sərbəst iş b) 75 saat- layihə işi və ya məsləhət saatı və s.

Fənn haqqında

“Antena Mühəndisliyi” fənni elektromaqnit dalğalarının şüalandırılması və qəbulunu təmin edən antenaların iş prinsiplərini, əsas parametrlərini, növlərini, layihələndirilməsi və tətbiqi xüsusiyyətlərini öyrənir. Fənn çərçivəsində antenaların elektromaqnit nəzəriyyəsinin əsasları, şüalanma mexanizmləri, istiqamətlənmə diaqramları, gücləndirmə əmsalı, effektivlik, giriş müqaviməti və impedans uyğunlaşdırılması kimi əsas göstəricilər araşdırılır.

Tədris metodları

  • mühazirə
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • problem-based learning
  • komanda işi
  • seminar
  • case study
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Fənn haqqında ümumi məlumatMühazirə

    Antenalar, onların radioelektronika və rabitə sistemlərində rolu, əsas anlayışlar və tətbiq sahələri haqqında ümumi məlumat verilir.

  2. 2.
    Sadə vibratorlu antenaların əsas parametrlərinin təyiniMühazirə

    Sadə vibratorlu antenanın quruluşu, iş rejimi və əsas elektrik-radio parametrləri tədqiq edilir.

  3. 3.
    Antenanın növləri və iş prinsipi

    Antenaların konstruktiv xüsusiyyətlərinə, istiqamətlənməsinə və iş prinsipinə görə növləri öyrənilir.

  4. 4.
    Simmetrik vibratorun koaksial kabellə qidalanması və simmetrikləşdirici qurğuların tədqiqiMühazirə

    Simmetrik vibratorun koaksial kabel vasitəsilə qidalanması, balanslaşdırılmış və balanslaşdırılmamış sistemlər arasındakı fərq, həmçinin simmetrikləşdirici qurğuların iş prinsipi öyrənilir.

  5. 5.
    Antenanın əsas paramertlərinin təcrübi təyini metodları

    Antenanın istiqamətlənmə diaqramı, güclənmə əmsalı, faydalı iş əmsalı və digər əsas parametrlərin eksperimental ölçülmə üsulları araşdırılır.

  6. 6.
    Dalğa ötürən ruporlu antenaların parametrlərinin tədqiqiMühazirə

    Dalğaötürən və ruporlu antenaların konstruksiyası, şüalanma xüsusiyyətləri və əsas parametrləri araşdırılır.

  7. 7.
    Parabolik güzgülü antenanın tədqiqiMühazirə

    Parabolik reflektorun quruluşu, elektromaqnit dalğalarının fokuslanması və antenanın istiqamətlənmə xüsusiyyətləri öyrənilir.

  8. 8.
    Antenanın güclənmə əmsalının ölçülməsiMühazirə

    Antenanın güclənmə əmsalı və onun ölçülmə prinsipləri, ölçmə sxemi və nəticələrin hesablanması öyrənilir.

  9. 9.
    Verici və qəbuledici televiziya yayımMühazirə

    Televiziya siqnallarının ötürülməsi və qəbulunda istifadə olunan antenaların quruluşu və texniki parametrləri araşdırılır.

  10. 10.
    Tək simmetrik vibratorların tədqiqiMühazirə

    Tək simmetrik vibratorun şüalanma xüsusiyyətləri, giriş müqaviməti və istiqamətlənmə diaqramı araşdırılır.

  11. 11.
    Antenanın istiqamətlənmə və faydalı iş əmsalının təyiniMühazirə

    Antenanın istiqamətlənmə xüsusiyyətləri, istiqamətlənmə diaqramı və faydalı iş əmsalının müəyyən edilməsi metodikası öyrənilir.

  12. 12.
    Direktorlu antenanın tədqiqiMühazirə

    Direktorlu antenanın quruluşu, aktiv və passiv elementləri, istiqamətlənmə və güclənmə xüsusiyyətləri öyrənilir.

  13. 13.
    Spiral antenanın tədqiqiMühazirə

    Spiral antenanın konstruksiyası, dairəvi polyarizasiya xüsusiyyətləri, şüalanma istiqaməti və əsas parametrləri araşdırılır.

  14. 14.
    Dielektrik çubuq antenasının tədqiqiMühazirə

    Dielektrik çubuq antenasının quruluşu, elektromaqnit dalğalarının dielektrik mühitdə yayılması və şüalanma xüsusiyyətləri öyrənilir.

  15. 15.
    Ruporlu antenanın tədqiqiMühazirə

    Ruporlu antenanın quruluşu, elektromaqnit dalğalarının şüalandırılması və istiqamətlənmə xüsusiyyətləri tədqiq edilir.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5