Ümumi məlumat
- Fənn kodu
- MS-1204
- Kredit
- 6
- Tələbənin iş yükü
- 1
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat- seminar
Fənn haqqında
Peyk rabitə sistemləri fənni peyklər vasitəsilə məlumat, səs, video və digər siqnalların uzaq məsafələrə ötürülməsi və qəbulunu təmin edən rabitə sistemlərinin quruluşunu, iş prinsipini və texniki xüsusiyyətlərini öyrənir.
Tədris metodları
- mühazirə
- layihə əsaslı öyrənmə
- interaktiv müzakirə
- problem-based learning
- komanda işi
- seminar
- case study
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Peyk rabitə sistemlərinə giriş. Kosmik və yer seqmentləri, xidmət növləri və tətbiq sahələriMühazirə
Peyk rabitə sistemlərinin təyinatı, əsas komponentləri və iş prinsipləri izah edilir. Kosmik və yer seqmentlərinin quruluşu, əsas xidmət növləri və müxtəlif tətbiq sahələri nəzərdən keçirilir.
- 2.Orbital mexanikanın əsasları. Kepler qanunları; GEO, MEO, LEO və elliptik orbitlərMəşğələ
Peyklərin orbitdə hərəkətinin fiziki əsasları, Kepler qanunları və orbital parametrlər öyrənilir. GEO, MEO, LEO və elliptik orbitlərin xüsusiyyətləri, üstünlükləri və məhdudiyyətləri müqayisə edilir.
- 3.Orbital həndəsə. Əhatə zonası, yüksəklik və azimut bucaqları, məsafə və yayılma gecikməsiMühazirə
Peyk ilə yer stansiyası arasındakı həndəsi əlaqələr, peykin görünmə zonası, yüksəklik və azimut bucaqları araşdırılır. Peyk–stansiya məsafəsinin və siqnalın yayılma gecikməsinin hesablanması izah edilir.
- 4.Peyk rabitəsində tezlik diapazonları, polyarizasiya, tezliklərin təkrar istifadəsi və koordinasiyaMühazirə
Peyk rabitəsində istifadə olunan əsas tezlik diapazonları, elektromaqnit dalğalarının polyarizasiyası və tezlik resurslarının səmərəli istifadəsi öyrənilir. Tezliklərin təkrar istifadəsi və koordinasiya prinsipləri izah edilir.
- 5.Rabitə peykinin quruluşu. Platforma, faydalı yük, transponder və bort antenalarıMühazirə
Rabitə peykinin əsas konstruktiv və funksional elementləri, platforma və faydalı yük anlayışları araşdırılır. Transponderlərin, bort antenalarının, enerji və idarəetmə sistemlərinin funksiyaları öyrənilir.
- 6.Yer stansiyaları. Antena, izləmə, yüksək güclü gücləndirici və aşağı səs-küylü qəbulediciMühazirə
Yer stansiyasının quruluşu və əsas avadanlıqları öyrənilir. Antena sistemləri, peykin izlənməsi, yüksək güclü gücləndiricilər və aşağı səs-küylü qəbuledicilərin iş prinsipləri nəzərdən keçirilir.
- 7.Peyk rabitə xəttinin enerji büdcəsi. EIRP, sərbəst fəza itkisi, qəbuledici gücü və G/TMühazirə
Peyk rabitə xəttinin enerji büdcəsinin formalaşdırılması, EIRP, sərbəst fəza itkisi, qəbuledici giriş gücü və G/T göstəricilərinin fiziki mənası və hesablanması öyrənilir.
- 8.Yuxarı və aşağı xəttin səs-küy təhlili. C/N, C/N0, Eb/N0 və enerji ehtiyatıMühazirə
- 9.Atmosfer və yağış sönməsi, ionosfer təsirləri və rabitənin əlçatanlığının qiymətləndirilməsiMühazirə
Atmosfer, yağış, qaz udulması, ionosfer və digər yayılma təsirlərinin peyk siqnalına təsiri öyrənilir. Sönmələrin hesablanması və rabitənin əlçatanlığının qiymətləndirilməsi üsulları nəzərdən keçirilir.
- 10.Peyk rabitəsində rəqəmsal modulyasiya, kanal kodlaşdırması və adaptiv ötürməMühazirə
Peyk rabitəsində istifadə olunan rəqəmsal modulyasiya üsulları, kanal kodlaşdırması və səhvlərin aşkarlanması/düzəldilməsi prinsipləri öyrənilir. Adaptiv modulyasiya və kodlaşdırmanın tətbiqi araşdırılır.
- 11.Çoxsaylı giriş üsulları: FDMA, TDMA, CDMA və OFDMA. Resursların bölüşdürülməsiMühazirə
Peyk sistemlərində kanal və resursların çoxsaylı istifadəçilər arasında bölüşdürülməsi prinsipləri öyrənilir. FDMA, TDMA, CDMA və OFDMA texnologiyalarının iş prinsipləri, üstünlükləri və məhdudiyyətləri müqayisə edilir.
- 12.VSAT şəbəkələri. Ulduz və tor arxitekturaları, trafik və xidmət keyfiyyətiMühazirə
- 13.Qeyri-geostasionar peyk şəbəkələri. Dopler sürüşməsi, izləmə və əlaqənin ötürülməsiMühazirə
LEO və digər qeyri-geostasionar peyk sistemlərinin iş xüsusiyyətləri öyrənilir. Dopler tezlik sürüşməsi, dinamik izləmə, peyklər arasında və ya yer stansiyaları arasında əlaqənin ötürülməsi prosesləri araşdırılır.
- 14.Peyk teleyayımı, genişzolaqlı və mobil xidmətlər. Yerüstü şəbəkələrlə inteqrasiya və təhlükəsizlikMühazirə
Peyk teleyayımı, genişzolaqlı internet və mobil rabitə xidmətlərinin texniki əsasları və tətbiqləri araşdırılır. Peyk və yerüstü rabitə şəbəkələrinin inteqrasiyası, məlumatların mühafizəsi və təhlükəsizlik məsələləri nəzərdən keçirilir.
- 15.Peyk rabitə sisteminin layihələndirilməsi. Texniki həllərin müqayisəsi və yekun layihə müzakirəsiMühazirə
Peyk rabitə sisteminin layihələndirilməsinin əsas mərhələləri ümumiləşdirilir. Orbit, tezlik, antena, enerji büdcəsi, modulyasiya, kanal tutumu və digər texniki parametrlər əsasında müxtəlif həllərin müqayisəsi aparılır.
- 16.1 Peyk sisteminin funksional sxeminin qurulması və seqmentlərin müəyyənləşdirilməsi 1 1Məşğələ
- 17.2 Orbital hündürlük və dövrün Kepler qanunu ilə hesablanması 1 2Məşğələ
- 18.3 Yer stansiyası üçün yüksəklik və azimut bucaqlarının hesablanması 1 3Məşğələ
- 19.4 Peyk–yer məsafəsinin və siqnalın yayılma gecikməsinin hesablanması 1 4Məşğələ
- 20.Peyk–yer məsafəsinin və siqnalın yayılma gecikməsinin hesablanması 1 4Məşğələ
- 21.5 Tezlik diapazonu, polyarizasiya və əhatə zonasının seçilməsi 1 5Məşğələ
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |