Fənn · Qida mühəndisliyi

Qida kimyasıCLO↔PLO matrisi

İF-3084y4 kreditPayız semestriMəcburi2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

6 CLO × 6 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6
CLO 1CLO-75650FTN 1. Qida maddələrinin kimyasının fizioloji aspektlərini və onların insan orqanizminə təsirini izah edir.uyğunduruyğunduruyğunduruyğun deyiluyğun deyiluyğun deyil
CLO 2CLO-42280FTN 2. Zülalların quruluşunu, xassələrini, təbiətdə yayılmasını və bioloji əhəmiyyətini izah edir.uyğunduruyğunduruyğunduruyğun deyiluyğunduruyğun deyil
CLO 3CLO-82907FTN 3. Karbohidratların canlı təbiətdə rolunu, təsnifatını, fotosintez prosesini, monosaxaridlərin, oliqosaxaridlərin və polisaxaridlərin quruluşunu, xassələrini və bioloji törəmələrini izah edir.uyğunduruyğunduruyğunduruyğun deyiluyğunduruyğun deyil
CLO 4CLO-30438FTN 4. Vitaminlərin ümumi xarakteristikasını, təsnifatını və insan orqanizmi üçün əhəmiyyətini izah edir.uyğunduruyğunduruyğunduruyğun deyiluyğun deyiluyğun deyil
CLO 5CLO-59184FTN 5. Həzmin kimyəvi əsaslarını və əhəmiyyətini, qidanın ağız boşluğunda, mədədə və nazik bağırsaqda həzm olunmasını, öd və bağırsaq şirəsinin rolunu, zülalların bağırsaqlarda çürüməsini və çürümə məhsullarının orqanizmdə zərərsizləşdirilməsini izah edir.uyğunduruyğunduruyğunduruyğun deyiluyğun deyiluyğun deyil
CLO 6CLO-68515FTN 6. Qida təhlükəsizliyinin əsaslarını, genetik modifikasiya olunmuş (GMO) qida məhsullarının xüsusiyyətlərini və bioloji oksidləşmənin orqanizmin enerji ilə təmin olunmasındakı rolunu izah edir.uyğunduruyğunduruyğunduruyğunduruyğun deyiluyğundur

Proqram təlim məqsədləri

  1. PLO 1

    PTN 1. "Qida mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrinin lazımi miqdarda istifadəni, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir.

    Töhfə verən: CLO 1, CLO 2, CLO 3, CLO 4, CLO 5, CLO 6

  2. PLO 2

    PTN 2. Qida məhsulları üzrə mühəndis yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə məşğul olur. Qida məhsulları üzrə mühəndisin vəzifələrinə şərabçılıq zavodlarında, iaşə müəssisələrində, ət kombinatlarında, çörək bişirilən müəssisələrdə, məhsulun keyfiyyətinə riayət edilməsinə və həmçinin hazırlanmasına nəzarət edilməsi, istehsal prosesində yeni texnologiyaların tətbiqi, məhsulun keyfiyyətinin yaxşılaşdrılması, saxtakarlığa yol verməyərək insan sağlamlığına zərərli olmayan qida məhsullarının hazırlanması, qidanın tarladan süfrəyə qədər istehsalın bütün addımlarının öyrənilməsi, qidanın keyfiyyətinin ölçülməsi daxildir.

    Töhfə verən: CLO 1, CLO 2, CLO 3, CLO 4, CLO 5, CLO 6

  3. PLO 3

    PTN 3. “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavr tələbələri müasir qida texnologiyalarının yaradılmasında əsas nəzəri və praktiki istiqamətləri, qida məhsullarının istehsalında müasir tədqiqat üsullarını, texnoloji metodları, nanotexnoloji üsulları, qida qatqıları, bioloji aktiv əlavələrin sağlam, keyfiyyətli qida məhsullarının alınmasında tətbiqini, keyfiyyətin normallaşdırılması, məhsulların standartlaşdırılması, təhlükəsiz məhsul istehsalını, klassik və modern qida nəzəriyyələrini, texnologiyaların mikrobioloji, reoloji, biokimyəvi əsaslarını, xammal və qida məhsullarının xarabolma səbəbləri və onların aradan qaldırılması üçün tələbləri öyrənir.

    Töhfə verən: CLO 1, CLO 2, CLO 3, CLO 4, CLO 5, CLO 6

  4. PLO 4

    PTN 4. “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavr tələbələr qida istehsalı sahəsində mövcud olan beynəlxalq qanunvericilik, normative-texniki sənədlər, qida məhsullarına və müəssisələrinə olan təhlükəsizlik tələbləri, Avropa Direktivləri və yerli standartların tələbləri, “Tarladan süfrəyə” prinsipinə əsaslanan təhlükəsiz məhsul istehsalı, mövcud risklər və təhlükələrin qarşısının alınması, minumuma endirilməsi və idarə olunmasını öyrənir.

    Töhfə verən: CLO 6

  5. PLO 5

    PTN 5. “Qida mühəndisliyi” ixtisası üzrə təhsilini başa vuran məzunlar qida sənayesinin bütün sahələrində, o cümlədən, şərabçılıq və qıcqırma istehsalı olan (piyə, şirə, kvas, spirt və s.), ət və süd məhsullarının, çörək və makaron, unlu və şəkərli qənnadı məmulatların istehsalı, meyvə və tərəvəz emalı, şəkər və yağ istehsalı, iaşə müəssisələrində, qida sənayelərinin müxtəlif sahələrində mühəndis-texnoloq və s. kimi çalışa bilər.

    Töhfə verən: CLO 2, CLO 3

  6. PLO 6

    PTN 6. “Qida mühəndisliyi” ixtisas üzrə təhsilini başa vuran məzunlar ölkəyə gətirilən və ölkədən çıxarılan bütün növ qida məhsullarının keyfiyyət qiymətləndirilməsini, yararlılıq və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məsələlərinin həyata keçirilməsi üçün gömrük məntəqələrində, Kənd Təsərrüfatı Nazirliyinin ixtisas üzrə uyğun Elmi-Tədqiqat İnstitutlarında, qida sənayesinin uyğun peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində, qida xammallarının və hazır məhsulların saxlanması həyata keçirilən anbarlarda, restoran şəbəkələrində, Qida Təhlükəsizliyi İnstitutunun bütün filiallarında və Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri və Respublikanın bütün regionlarında fəaliyyət göstərən şöbələrində əmək fəaliyyətini həyata keçirə bilər.

    Töhfə verən: CLO 6