Fənn · Qida mühəndisliyi

İxtisasa girişSillabus

İF - 3573y4 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF - 3573y
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) mühazirə - 30 saat b) laboratoriya - 15 saat
Auditoriyadan kənar saatlar
a) TSİ - 45 saat b) MRTSİ - 30 saat

Fənn haqqında

İxtisasa giriş kursu qida mikrobiologiyası, qida kimyası, qida biokimyası, tətbiqi fizika elmləri, texnoloji əməliyyatlar, maşın və avadanlıqlar sahələrini özündə birləşdirən çoxşaxəli bir sahədir. Qida mühəndisliyi qənaətli məhsul istehsalı məqsədi ilə səmərəli xidməti həyata keçirmək üçün vacib olan biliklərin texnologiyaya ötürülməsini təmin edir. Fənnin tədrisi fizika, kimya, mikrobiologiya, qida biokimyası, texnoloji avadanlıqlar, soyudulma texnologiyası, tədqiqat metodları kimi fənləri həm mühəndislik baxımından mənimsəmək, həm də məhsul istehsal etmək məqsədi ilə qida sənayesinin ayrı-ayrı sahələrindəki əməliyyatları dərk etmək üçün əsasdır. Qida mühəndisliyi geniş spektrli fəaliyyət sahəsini əhatə edir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Qida mühəndisliyində istifadə olunan əsas texnoloji prosesləri izah edir.

  2. CLO 2: FTN 2. Qida məhsulları istehsalında hazır məhsulların keyfiyyət göstəricilərinin yüksəldilməsi yollarını izah edir.

  3. CLO 3: FTN 3. İstehsalın bütün mərhələlərində, xammalın və hazır məhsulların saxlanılması və realizasiyası zamanı məhsul itkilərinin aradan qaldırılması üsullarını izah edir.

  4. CLO 4: FTN 4. Emal müəssisələrinin xammal bazalarına yaxın yerləşdirilməsinin əhəmiyyətini və yerləşdirilmənin təkmilləşdirilməsi yollarını izah edir.

  5. CLO 5: FTN 5. Qida xammalının emalı texnologiyasının nəzəri və elmi əsaslarını izah edir.

  6. CLO 6: FTN 6. Qida xammalının hazırlanması və ilkin emalı üsullarını öyrədir.

Mövzu planı

  1. 1.
    Qida mühəndisliyinə giriş (predmeti, məqsədi, vəzifələri, tarixi və inkişafı). Azərbaycanda qida səna-yesinin inkişafı.Mühazirə
  2. 2.
    Qida və qidalanmanın əsasları.Mühazirə
  3. 3.
    Qida məhsulları və onların tərkibi. Qida məhsullarında su, karbohidrat və vitaminlərMühazirə
  4. 4.
    Qida məhsullarının tərkibində zülallar, yağlar və mineral maddələr. Mühazirə
  5. 5.
    Funksional qida məhsulları. Mühazirə
  6. 6.
    Xammal və qida məhsullarının xarab olma səbəbləri və onlarda baş verən proseslər. Mühazirə
  7. 7.
    Qida infeksiyası zəhərlənməsi. Mühazirə
  8. 8.
    Xammal və qida məhsullarının müasir emal üsullarıMühazirə
  9. 9.
    Çay emalı texnologiyasıMühazirə
  10. 10.
    Alkoqollu və alkoqolsuz içkilərin təsnifatı. Mühazirə
  11. 11.
    Meyvə və tərəvəz emalı texnologiyasıMühazirə
  12. 12.
    Süd və süd məhsullarının texnologiyası. Mühazirə
  13. 13.
    Ət məhsullarının texnologiyası. Mühazirə
  14. 14.
    Mövzu 14. Balıq və balıq məhsul-larının texnologiyasıMühazirə
  15. 15.
    Taxıl və taxıl məhsulları-nın texnologiyası. Mühazirə
  16. 16.
    Qida məhsullarının keyfiyyət göstərici-lərinin orqanolepti-ki üsullarla təyini Laboratoriya
  17. 17.
    Qida məhsulların-da (üzümdə) nəm-liliyin təyiniLaboratoriya
  18. 18.
    Qida məhsulların-da turşuluğun təyini Laboratoriya
  19. 19.
    Qida məhsullarında yağın təyiniLaboratoriya
  20. 20.
    Qida məhsullarında yağın təyiniLaboratoriya

Ədəbiyyat

  1. 1. Mikayılov V.Ş., Fərzəliyev E.B. Qida məhsullarının ümumi texnologiyası. Dərslik. – Bakı, “Kooperasiya Universiteti” nəşriyyatı, 2018. – 832 s.
  2. 2. Məhərrəmov M.Ə. Qida məhsulları texnologiyasının nəzəri əsasları. Dərslik. – “İqtisad universiteti” nəşriyyatı, 2015. – 384 s.
  3. 3. Əzimov Ə.M., Axundova N.Ə., Qədimova N.S. Süd və süd məhsullarının texnologiyası. – Bakı.: “İqtisad Universiteti” nəşriyyatı, 2016. – 356 s.
  4. 4. Климов А.М., Муратова Е.И., Галкин П.А., Майстренко А.В. Введение в специальность. – Тамбов, Издательство ФГБОУ ВПО «ТГТУ» 2014
  5. 5. Çon, A.H. 2019. Gıda Mühendisliğine Giriş Ders Notları, Digital Formda, OMU Mühendislik Fak. Gıda Müh. Böl. Samsun.
  6. 6. Ertugay, Z., Elgün, A., Kurt, A., Gökalp, H.Y., 1994. Gıda Bilimi ve Teknolojisi. Atatürk Ünv. Yayın No.671, Erzurum
  7. 7. Богданов В. Д., Дацун В. М., Ефимова М. В. Общие принципы переработки сырья и введение в технологии производства продуктов питания. Учебное пособие. Петропавловск- Камчатский: КамчатГТУ, 2007
  8. 8. Qədimova N.S. Ət və ət məhsullarının texnologiyası. – Bakı.: “İqtisad Universiteti” nəşriyyatı. 2012.
  9. 9. Fərzəliyev E.B. Balıq emalı müəssisələrinin texnoloji layihələndirilməsi. – Bakı.: “İqtisad Universiteti” nəşriyyatı, 2011. – 290 s.
  10. 10. Fərzəliyev E.B. Qida məhsullarının müasir tədqiqat üsulları. – Baki.: “İqtisad Universiteti” nəşriyyatı, 2014. – 366 s.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6