Bakalavr proqramı

Proseslərin avtomatlaşdırılması mühəndisliyiTəlim məqsədləri

Bakalavr050634Maşınqayırma və MetallurgiyaMaşın Dizaynı, Mexatronika və Sənaye Texnologiyaları52 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

6 PLO
  1. PLO 1PLO-99059

    PTN 6: Avtomatik idarəetmə sistemlərinin təsnifatını, mahiyyətini və yerini müəyyən etməklə yanaşı elektrik və elektronika qurğularında geniş tətbiq olunan tənzimləmə prinsiplərini (həyəcanlandırıcı təsirə, xətaya görə və kombinə edilmiş), əsas tənzimləmə qanunlarını və tənzimləyiciləri, xətti manqaları (ətalətsiz, I və II tərtib aperiodik, rəqsi, konservativ, inteqrallayıcı və diferensiallayıcı manqalar), onların tezlik və zaman xarakteristikalarını, ötürmə, keçid və çəki funksiyalarını, amplitud-tezlik, faz-tezlik və loqarifmik amplitud-tezlik xarakteristikalarını müəyyən etmək bacarıqlarını nümayiş etdirməlidir. Mürəkkəb struktura malik sistemlərin struktur çevirmələrinin aparılmasını, sistemin dayanıqlığının xarakteristik tənliyin köklərinin paylanmasına, Raus-Hurvis, Mixaylov və Naykvist meyarlarına görə müəyyən edilməsi biliklərinə, sistemlərin əsas keyfiyyət göstəricilərinin (dəqiqlik, dayanıqlıq, cəld işləmə qabiliyyəti, dayanıqlıq oblastı, ifrat tənzimləmə) müəyyən edilməsi metodikasını və fundamental biliklərə malik olmalıdırlar. Rəqəmli idarəetmə sistemlərinin tipik funksional və struktur sxemlərini, rəqəm-analoq və analoq-rəqəm çeviricilərini; kvantlama, diskretləşdirmə və süzgəcləmə prosesinin riyazi yazılışını, zamana və səviyyəyə görə kvantlamanı, siqnalların bərpasını; Z-çevirməni, məhdudiyyətini, impuls ötürmə funksiyasını, modifikasiya olunmuş Z-çevirməsini, diskret sistemlərin struktur analizini; fəza vəziyyəti metodunu (vəziyyət tənliyi və onun həlli, ötürmə funksiyası, rəqəmli sistemlərin idarə olunması və müşahidə olunması); rəqəmli sistemlərin modelləşdirilməsini (Matlab/Simulink və LABVIEW-da modelləşdirmənin əsasları); rəqəmli idarəetmə sistemlərinin analizini (diskret sistemlərin dayanıqlığının zəruri və kafi şərtləri, analiz metodları, keçid prosesi, qərarlaşma prosesi); rəqəmli idarəetmə sistemlərinin sintezini (sintezin ümumi sxemləri, ardıcıl analoq tənzimləyicinin sintezi, əks əlaqədə olan analoq tənzimləyicinin sintezi; sonlu zamanlı keçid prosesinə malik rəqəmli idarəetmə sisteminin sintezi; fəza vəziyyətində rəqəmli sistemlərin sintezi) bilməlidir.

  2. PLO 2PLO-67864

    PTN 1: Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının məqsədi və vəzifələrini, digər ixtisas sahələri ilə əlaqəsini, perspektivlərini, ixtisas sahəsinin əsas texnologiyalarını, aparatlarını və qurğularını, ixtisasın texniki və texnoloji perspektivlərini bilməlidir.

  3. PLO 3PLO-56295

    PTN 2: Matrislər üzrə əməllər, determinantın xassələri/hesablanması, xətti fəza, xətti cəbri tənliklər sistemi, Kroneker-Kapelli teoremi, Evklid fəzası, ortoqonallaşdırma üsulu, xətti/bixətti çevirmələr, kvadratik formalar, Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri, vektorlar cəbri, düz xətt və müstəvi tənlikləri, dairəvi konus kəsikləri, ikitərtibli cəbri xətlər və səthlər; çoxluqlar nəzəriyyəsi, ardıcıllığın limiti, birdəyişənli funksiyanın limiti, kəsilməzliyi, müntəzəm kəsilməzliyi, diferensial və inteqral hesabının əsasları, ədədi və funksional sıralar, çoxölçülü Evklid fəzası, çoxdəyişənli funksiyanın limiti, kəsilməzliyi, müntəzəm kəsilməzliyi, diferensial və inteqral hesabı; birtərtibli adi diferensial tənliklər və sistemlər, n-tərtibli adi diferensial tənliklərin həlli üsulları, Koşi və sərhəd məsələlərinin həllinin varlığı, yeganəliyi və dayanıqlığı, diferensial tənliklərin riyazi modelləşdirilməyə tətbiqi, xüsusi törəməli diferensial tənliklərin təsnifatı, riyazi fizika tənliklərinin çıxarılması, onlar üçün Koşi və sərhəd məsələlərinin qoyuluşu, sərhəd şərtlərinin növləri və fiziki izahı, korrektliyin araşdırılması, hiperbolik və parabolik tipli tənliklər üçün Koşi məsələsinin həll üsulları, harmonik funksiyalar və potensiallar nəzəriyyəsi biliklərinə malik olmalıdır. Mühəndis-texniki profilli bakalavrların nəzəri hazırlığının bazasını təşkil edən fiziki bilikləri, mexanika, molekulyar fizika və termodinamika, elektromagnetizm, yarımkeçiricilər nəzəriyyəsinin əsas müddəalarını, optika və atom fizikasının əsas qanunauyğunluqlarını, fiziki hadisələrin praktikada və elmi-texniki tərəqqinin uyğun istiqamətində tətbiq yollarını; maddələrin kimyəvi quruluşunu, əsas kimyəvi qanunları, nəzəri müddəaları və nəticələri, elementlərin xassələrini və qarşılıqlı münasibətlərini, kimyəvi termodinamika və kinetikanın əsaslarını, məhlullarda gedən prosesləri və kompleks birləşmələrin quruluşunu bilməlidir. Maddi cisimlərin hərəkətinin və qarşılıqlı təsirinin ümumi qanunlarını, bu qanunların elektrik və elektron texnikası qurğularında tətbiqini, dinamikanın ümumi prinsiplərini konkret maşın və avadanlıqlara tətbiq etmək vərdişlərini, layihə-konstruktor sənədlərinin işlənməsini; konstruktor layihə eskizlərinin və elektrik sxemlərinin yerinə yetirilməsinin əsas qaydalarını, təsvir metodlarını, müasir avtomatlaşdırılmış layihələndirmə sistemlərini (AutoCAD, OrCAD), ikiölçülü və üçölçülü qrafik işlərin yerinə yetirilməsini bilməlidir. Kompüter (informasiya) texnologiyaları və avadanlığı sahəsində nəzəri/praktiki biliklərə, fərdi kompüterdə iş, Internet resurslarından istifadə və elektron tədris vasitələrindən sərbəst istifadə bacarıqlarına; proqramlaşdırma sahəsində biliklərə və tələb olunan dillərdə (məsələn, C++ və s.) sərbəst proqram yazmaq vərdişlərinə; kompüter resursları ilə təqdimatlar hazırlamaq bacarığına malik olmalıdır.

  4. PLO 4PLO-14409

    PTN 4: Parametrik elektron cihazları yarımkeçirici diodlar, bipolyar və unipolyar tranzistorlar, fotoelementlər və işıq diodları (LED), optron açarları və sxem variantlarını, qoşulma üsullarını, parametrlərini, təhlil metodlarını və əsas xarakteristikalarını; gücləndiricilər, onların struktur sxemləri, parametr və xarakteristikaları, iş rejimləri, gücləndirmə sinifləri, tranzistorlu gücləndirici qurğular və növləri, əks əlaqələr və onun keyfiyyət göstəricilərinə təsiri, çox kaskadlı gücləndiricilər, hesablanması və təhlili metodları, sabit cərəyan gücləndiriciləri, sıfır dreyfinin azaldılması metodları, diferensial gücləndirici sxemlər və xüsusiyyətlərini öyrənməlidirlər. Əməliyyat gücləndiriciləri və onlar üzərində qurulmuş xətti/qeyri-xətti sxemləri, elektron açarları (diod, tiristor və tranzistor açarları), idarə sxemləri və tətbiqlərini; siqnal generatorlarını (LC, RC generatorlar), xətti dəyişən gərginlik generatorları və tətbiq sahələrini; ikinci qida mənbələri, biryarımperiodlu və ikiyarımperiodlu düzləndirmə sxemlərini, hesabat alqoritmlərini, elektrik süzgəcləri və seçilməsini, parametrlərin hesablanmasını, gərginlik və cərəyan stabilizatorlarını bilməlidirlər. Müasir rəqəmsal inteqral mikrosxemləri, parametr və istismar xüsusiyyətlərini, TTL və C-MOS texnologiyalı sadə/mürəkkəb məntiq elementlərini, bistabil yuvaları-triggerləri, funksional sxem və alqoritmlərini, universal D- və JK-trigger sxemlərində digər triggerlərin sintezini; elektron sayğacları və çeşidlərini, cəmləmə və çıxma rejimli ardıcıl ötürməli sayğacları, sinxron sayğacları, ixtiyari sayma əmsallı sayğac sxemlərini; taymer sxemlərini (555 seriyalı), registrləri, qurulma sxemlərini, paralel və ardıcıl (sürüşdürmə) registrləri, Conson sayğaclarını, kod çeviricilərini öyrənməlidirlər. Kiçik və orta inteqrasiyalı mikrosxemlərdə kombinasiyalı qurğuların (koder, dekoder, cəmləyici, komparator, multipleksor və demultipleksor) realizasiyalarını və tətbiq sahələrini; geniş yayılmış proqramlaşdırılan məntiqi inteqral mikrosxemlərin sintezini və tam funksional elementlərdə realizasiyasını bilməlidirlər.

  5. PLO 5PLO-43573

    PTN 5: Müasir avtomatlaşdırma texnikası və idarəetmə sistemlərinin əsasını təşkil edən mikroprosessorları, onların əsas texniki parametrlərini, struktur quruluşunu, əmrlər sistemini, yaddaş blokunu və təşkili prinsiplərini, əsas yaddaş elementlərini (SRAM, DRAM, ROM), yaddaşa birbaşa müraciət rejimini, STACK yaddaşının təşkilini, daxiletmə-xaricetmə sistemini, universal klaviaturalar və displeyləri, paralel və ardıcıl interfeysin təşkili prinsipləri və standartlarını, verilənləri ötürmək üçün ardıcıl xətləri, kənar qurğularla informasiya mübadiləsinin təşkili prinsiplərini, sorğular rejimi və kəsilmələr sistemini, mikroprosessorların avtomatlaşdırmada, nəzarət-ölçü cihazlarında, telekommunikasiyada, nəqliyyatda və s. sahələrdə tətbiqlərini bilməlidir. Hal-hazırda geniş yayılan proqramlaşdırılan məntiqi inteqral mikrosxemlərin (daxilə "tikilən") sintezini, bu sxemlərin tam funksional elementlər əsasında işlənməsini, minimallaşdırılmasını və reallaşdırılmasını; texnoloji proseslərin avtomatlaşdırılması və sənayenin inteqrallaşmış kompüterləşməsi problemlərini, vericilər və icra mexanizmlərini, sənaye şin sistemlərini (Asi, HART, ProfiBus), proqramla idarə olunan məntiqi kontrollerləri (PMK) və onların arxitekturasını, proqramlaşdırma dillərini, "Moeller" kontrollerlərini, EASY 3.0 və 5.0 proqram təminatını, Siemens "LOGO!" kontrollerlərini, Logo Soft proqram təminatını, "Schneider Electric" kompaniyasının Zelio Logic kontrollerini, Zelio Soft 2.0 proqram təminatını, Siemens S7 kontrollerlərini, Simatic Manager proqram paketini, SCL dilinin strukturu və operatorlarını, HI-Graph dilini, SCADA sistemlərinin arxitekturasını və iş prinsipini bilməlidir. Sənaye avtomatlaşdırmasının əsas prinsiplərini, avtomatik tənzimləmə və idarəetmə sistemlərini, sensorların, icra mexanizmlərinin və funksiyaların şərti işarələrini, geniş yayılmış texnoloji parametrlərin (temperatur, təzyiq, səviyyə, sərf və keyfiyyət) nəzarət və tənzimləmə prinsiplərini/sistemlərini, müxtəlif texnoloji proseslərdə tənzimləmə və avtomatlaşdırma nümunələrini, informasiya qıtlığı şəraitində proseslərin avtomatlaşdırılmasını; texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin (TPAİS) təyinatını, məqsədini, funksiyalarını, növlərini, iş rejimlərini, texniki təminatını (obyektlə əlaqə qurğuları, ölçmə cihazları və vericilər, icra mexanizmləri, rabitə xətləri və kanalları - şin sistemləri), riyazi təminatını (modelləşdirmə və optimal idarəetmə məsələsinin qoyuluşu), proqram və informasiya təminatını, bu sistemlərdə insan-maşın qarşılıqlı əlaqəsini, TPAİS-də kompüter və kontrollerləri, TPAİS-in layihələndirilməsi məsələlərini bilməlidir.

  6. PLO 6PLO-30035

    PTN 3: Elektrik dövrələri, onları xarakterizə edən parametrlər, xətti sabit cərəyan dövrələri və hesablanma yolları, dəyişən cərəyan dövrələri, rezonans hadisələri, üçfazalı dəyişən cərəyan dövrələri, induktiv rabitəli dövrələr, keçid prosesləri, qeyri-sinusoidal dəyişən cərəyan dövrələri, maqnit dövrələri haqqında biliklər əldə etməklə həmin dövrələrin hesablanması və analizi bacarıqlarına yiyələnməli, elektromagnetizm sahəsində əsas anlayışlar və qanunları, ferromaqnit materiallar və xarakteristikalarını bilməlidir. Elektrik parametrlərinin ölçmə metodları və vasitələrini, ölçmə xətalarını və onların azaldılması üsullarını, müasir rəqəmsal ölçmələr və onların müxtəlif parametrlərə tətbiqini, intellektual və virtual ölçü metod və vasitələrini; elektrik kəmiyyətlərinin (gərginlik, cərəyan, güc, enerji), elementlərin (müqavimət, tutum, induktivlik, keçiricilik, elektron cihazların parametrləri və s.) və siqnalların (ani, orta, orta kvadratik, düzləndirilmiş, amplitud, inteqral parametrləri, formaları, faz sürüşmələri, zaman parametrləri və s.) ölçü metod və vasitələrini bilməlidirlər.