Bakalavr proqramı
Proseslərin avtomatlaşdırılması mühəndisliyiSəriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
Peşə səriştələri· 28
COMPETENCY-48768
Riyazi qayda və qanunları tətbiq etməyi, mövcud olan üsullardan istifadə etməyi və nəticələrin işlənməsi üçün riyazi metodları tətbiq etməyi, təbiət elmlərində, sadə sistem və proseslərdə riyazi modellərdən istifadə etməyi və/və ya xəta və qeyri-müəyyənlik mənbələrini nəzərə alaraq eksperimental məlumatları tənqidi düşüncə ilə təhlil etməyi, istifadə etməyi, şərh etməyi və təqdim etməyi, riyaziyyatın əsas tənliklərinin analitik və ədədi həllərini həyata keçirməyi bacarmalıdır
COMPETENCY-15462
Fiziki obyekt olan kainatın və onun təkamülü, fizika və eksperimental araşdırmaların metodları, təbiətdə fasiləsizlik və diskretlik, qanunauyğunluq, obyektlərin quruluşunun ardıcıllığı, təbiət sistemlərini obyektiv xarakterizə edən ehtimal nəzəriyyələri, təbiət elmlərində fundamental sabitlər, simmetriyanın və enerjinin saxlanması prinsipləri, təbii hal və onun zamandan asılı olaraq dəyişilməsi, təbiətdə obyektlərin fərdi və birgə hərəkətləri haqqında biliyi mühəndislikdə nümayiş etməyi bacarmalıdır
COMPETENCY-27603
Əsas kimyəvi sistemlər və proseslər, maddələrin reaksiyaya girmə qabiliyyəti, qeyri-üzvi maddələrin növləri, fiziki və kimyəvi xassələri və atom molekul nəzəriyyəsi haqqında biliklərdən, maddələrin təyini və kimyəvi müəyyənləşdirilməsi metodlarından istifadə etməyi bacarmalıdır
COMPETENCY-34519
Fundamental və texniki biliklərdən istifadə etməyi, texniki problemin riyazi əsaslandırılmasını, onun riyazi modelinin qurulmasını və onun adekvatlığının təyin edilməsini bacarmalıdır
COMPETENCY-54602
Peşə sahəsinin fiziki əsaslarını bilməli, elementlərin, qurğuların və sistemlərin işinin fiziki izahını verməyi bacarmalıdır
COMPETENCY-17819
Sahə üzrə texnoloji prosesdə nəzərdə tutlmuş kimyəvi reagentlərdən istifadə etməyi, onlarla təhlükəsiz davranmağı bacarmalıdır
COMPETENCY-66387
Müasir layihələndirmə və dizayn metodlarını (AutoCAD və s.) bilməli, avtomatlaşdırma və iadrəetmə sistemlərinin layihələndirilməsində kompüter layihələndirilməsindən istifadə etməyi bacarmalıdır
COMPETENCY-90469
Sahədə istifadə edilən maşın və mexanizmlərin mexanikasını, tərkibini və iş prinsipini bilməli, onların normal işini təmin etməyi bacarmaldır
COMPETENCY-47361
Sahə qurğularının və avadanlıqlarının enerji təchizatı sistemlərini bilməli, normalara uyğunluğunu qiymətləndirməyi, onların elektrik təhlükəsizliyinin təmin edilməsini (avtomatik mühafizə və torpaqlama) və normal işini təmin etməyi bacarmalıdır
COMPETENCY-99744
Avtomatik idarəetmə sistemlərinin elektron elementlərini təhlil etməyi, struktur, funksional, prinsipial və montaj sxemlərini oxumağı, analoq və rəqəmsal elementləri, mikrosxemləri və elektron qovşaqları sintez etməyi, proqramlaşdırılan integral mikrosxemləri ("daxilə tikilən") layihələndirməyi və daha səmərəli sistemlər yaratmağı bacarmaldır
COMPETENCY-87653
Avtomatik idarəetmə sistemlərində geniş tətbiq edilən proqramlaşdırılan məntiqi kontrollerləri (PLC), onların tətbiq xüsusiyyətlərini və texniki imkanlarını bilməli, onları proqramlaşdırmağı, uyğun sensorlar və aktorlarla birlikdə tətbiq etməyi bacarmalıdır
COMPETENCY-37070
Əsas tənzimləmə qanunlarını və prinsiplərini bilməli, tipik dinamik manqalar əsasında avtomatik sistemi sintez etməyi, avtomatik tənzimləmə və idarəetmə sistemlərinin dayanıqlığını və keyfiyyət göstəricilərini təyin etməyi, onların yaxşılaşdırılmasını həyata keçirməyi bacarmalıdır
COMPETENCY-64692
Rəqəmli idarəetmənin prinsiplərini mənimsəməli, analoq-rəqəm və rəqəm-analoq çevirmələrin prinsiplərini bilməli, Z-çevirməsi, diskret sistemlərin struktur analizini bacarmalıdır
COMPETENCY-32746
Rəqəmli sistemlərin modelləşdirilməsini mənimsəməli, Matlab/Simulink və LABVIEW-da rəqəmli sistemlərin modelləşdirilməsini, rəqəmli idarəetmə sistem-lərinin analizini və sintezini həyat keçirməyi bacarmalıdır
COMPETENCY-46678
Texnoloji proseslərin avtomatlaşdırılması və idarəedilməsi sistemlərində tətbiq olunan sənaye şin sistemlərini (Asi, HART, Profi Bus) bilməli, qabaqcıl şirkətlərin ("Moeller", Siemens, "Schneider Electric") kontrollerləri əsasında sistemləri konfiqurasiya etməyi bacarmalıdır
COMPETENCY-19361
Avtomatlaşdırma və idarəetmə sahəsində yeni ideyalar irəli sürməyi, onun texniki, elmi və iqtisadi əsaslandırılmasını bacarmalıdır
COMPETENCY-61127
Texnoloji prosesləri və istehsalatı xarakterizə edən əsas parametrləri, onların xüsusiyyətlərini bilməli, lazımi məlumatı əldə etmək üçün ilkin ölçü çeviricilərindən istifadə etməyi və alınmış informsiyanın emal edilməsini, ümumiləşdirilməsini və qərar qəbul etmək üçün istifadə edilməsini bacarmalıdır
COMPETENCY-58392
Avtomatlaşdırma sistemlərinin və qurğularının layihələndirilməsində və istismarında elmi-techniki nailiyyətlərdən, müasir kompüter və informasiya texnologiyalarından, sahə üzrə tələb olunan proqram təminatından istiadə etməyi bacarmalıdır
COMPETENCY-64798
Avtomatlaşdırma və idarəetmə sistemlərinin müasir texniki bazasını - sensorları və icra mexanizmlərini, kommunikasiya və şin sistemlərini, mikroprosessorları, proqramla idarə edilən kontrollerləri bilməli, onların bazasında intellektual avtomatlaşdırma və idarəetmə sistemlərini layihələndirməyi bacarmalıdır
COMPETENCY-38360
SCADA sistemlərinin yaradılmasının elmi-texniki əsaslarını bilməli, SMART və Veb texnologiyalarla idarəetmənin əsaslarını mənimsəməli, bu texnologiyaları tətbiq etməyi bacarmalıdır
COMPETENCY-83796
Texniki diaqnostikanın müasir metod və vasitələrindən istifadə etməklə avtomatlaşdırma sistemlərinin və qurğularının diaqnostikasını aparmaq, yaranmış nasazlıqları aşkar edərək, onları aradan qaldırmağı bacarmalıdır
COMPETENCY-55448
Avtomatlaşdırma qurğularının və sistemlərinin texnoloji, struktur, funksional və prinsipial sxemlərini oxumağı, iş prinsiplərinin izahını verməyi, onların normal işinin təşkilini və sıradan çıxma hallarında bərpasını təşkil etməyi bacarmaldır
COMPETENCY-27430
Avtomatlaşdırma avadanlıqları və qurğuları istehsal edən qabaqcıl şirkətlərin və müəssisələrin verilənlər bazasından səmərəli istifadə etməyi, onların əsasında tələb olunan sistemi layihələndirməyi - konfiqurasiya etməyi bacarmalıdır
COMPETENCY-79875
Sahə müəsisələrində (neft və qaz quyularnın qazılması, neft və qaz istehsalı, neft və qaz emalı, neft-kimya prosesləri, maşınqayırma, robototexnika və çevik avtomatik istehsal sahələri, energetika, nəqliyyat, aviasiya, hərbi texnika, qida və yüngül sənaye sahələri, tikinti və inşaat sahəsi, diskret texnologiyalar və s.) tipik texnoloji prosesləri bilməli, onları modelləşdirməyi və simulyasiya etməyi, proseslərin avtomatik idarə edilməsi sistemlərini qurmağı bacarmalıdır
COMPETENCY-55562
Avadanlığın, qurğunun və sistemin, eləcə də texnoloji prosesin və istehsalatın işinin təhlükəzisliyi qaydalarını müəyyən etməyi və anlamağı, onların təhlükəsiz işləmələrini təmin etməyi, müasir siqnalizasiya və bloklama sistemlərindən yararlanmağı bacarmalıdır
COMPETENCY-30743
Avadanığın, qurğunun, sistemin və istehsalatın təşkilinin iqtisadi əsaslarını bilməli, əsas kapital qoyuluşunu müəyyənetməyi, məhsulun maya dəyərinin hesablanmasını, onun keyfiyyətinin təmin edilməsi ilə maya dəyərinin azaldılmasının müasir metodlarını öyrənməli və müəssisənin əmək məhsuldarlığının yüksəldilməsini bacarmalıdır
COMPETENCY-55376
Ətraf mühitin və əməyin mühafizəsinin tənzimləyici tələblərini bilməli, həmin tələblərin iş yerində təmin edilməsini icra etməyi bacarmalıdır
COMPETENCY-42312
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) avtomatlaşdırma sahəsində istifadə edilən normalarını bilməli, istehsal olunan məhsulun keyfiyyət təminatını və ətraf mühitin mühafizəsini tənzimləməyi bacarmalıdır
İxtisas səriştələri· 19
COMPETENCY-67823
Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqları.
COMPETENCY-93161
İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqları.
COMPETENCY-95028
İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarığı.
COMPETENCY-72744
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətləri.
COMPETENCY-63603
Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyəti.
COMPETENCY-26051
Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrində, təşkialtlarda, idarələrdə, müəssisələrdə, birliklərdə və s. yerlərdə işləyə bilmək bacarıqları.
COMPETENCY-24052
Mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilmək bacarıqları.
COMPETENCY-90025
Avtomatlaşdırma və idarəetmə sahəsində ölkə daxlində və ölkədənkənar fəaliyyət göstərən qabaqcıl firma və təskilatlarla əlaqə qurmaq bacarıqları.
COMPETENCY-18310
Sağlam həyat tərzini qoruyub saxlamağa, mədəniyyətlərarası dialoqa hazır olmağa, tənqid və ozünətənqid vərdişlərinə yiyələnməyə, yeni ideyalar irəli sürməyə və əsaslandırmağa, problemli şəraitlərdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək bacarıqları.
COMPETENCY-27360
Təşkilatçılıq, təşəbbüskarlıq və liderlik bacarıqları.
COMPETENCY-17373
Korporativ əməkdaşlıq bacarıqları.
COMPETENCY-72037
Digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq bacarıqları.
COMPETENCY-58551
Bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisas üzrə magistraturada təhsil almaq bacarıqları.
COMPETENCY-84680
Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarıqları.
COMPETENCY-76861
Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtdan səmərəli istifadə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarıqları.
COMPETENCY-63852
Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqları.
COMPETENCY-36924
Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq bacarıqları.
COMPETENCY-61079
Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq bacarıqları.
COMPETENCY-28373
İş yerində informasiya texnologiyalarından istifadə etmək bacarıqları.