Fənn · Mühəndis fizikası

Statistik fizika və termodinamikaSillabus

İF-2436y7 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2436y
Kredit
7
Tələbənin iş yükü
210
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə, b) 30 saat seminar, c) 15 saat laboratoriya
Auditoriyadan kənar saatlar
a) 80 saat TSİ, b) 55 saat MRTSİ

Fənn haqqında

Statistik fizika və termodinamika fənni termodinamikanın əsas qanunlarını, istilik hadisələrinin fiziki mahiyyətini və statistik fizikanın fundamental prinsiplərini öyrənən nəzəri fənndir. Fənn çərçivəsində termodinamik sistemlər, tarazlıq və qeyri-tarazlıq halları, temperatur, daxili enerji, istilik tutumu, entropiya, sərbəst enerji, faza keçidləri, Maksvell paylanması, statistik ansambllar və hissəciklərin statistik xüsusiyyətləri öyrənilir. Kurs tələbələrdə makroskopik sistemlərin mikroskopik quruluş əsasında izahı, termodinamik proseslərin riyazi modelləşdirilməsi, statistik metodların tətbiqi və əldə olunan nəticələrin fiziki interpretasiyası üzrə nəzəri bilik və praktik bacarıqlar formalaşdırır. Fənn fizika, mühəndislik və digər təbiət elmləri istiqamətlərində ixtisas hazırlığının mühüm tərkib hissəsidir və müasir elmi-tədqiqat fəaliyyətində geniş tətbiq olunur.

Tədris metodları

  • mühazirə
  • seminar
  • təqdimatlar
  • laboratoriya işi

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Termodinamika və statistik fizikanın predmeti. əsas anlayışları və metodları. Sistemin makroskopik halı. Termodinamikanın postulatlarıMühazirə

    Bu mövzuda termodinamika və statistik fizikanın öyrənmə predmeti, əsas anlayışları və tədqiqat metodları izah edilir. Makroskopik sistemlərin halını xarakterizə edən temperatur, təzyiq, həcm və daxili enerji kimi parametrlər nəzərdən keçirilir. Həmçinin termodinamikanın əsas postulatları və onların fiziki proseslərin izahındakı rolu açıqlanır.

  2. 2.
    Klassik və kvant sistemlərinin mikroskopik təsviri. Mikroskopik hal.

    Bu mövzuda klassik və kvant sistemlərinin mikroskopik təsviri, mikroskopik hal, faza fəzası, faza nöqtəsi və kvant halları haqqında əsas anlayışlar təqdim olunur.

  3. 3.
    Termodinamika və statistik fizikanın predmeti. əsas anlayışları və metodları. Mühazirə

    Bu mövzuda termodinamika və statistik fizikanın predmeti, əsas anlayışları, tədqiqat metodları, sistemin makroskopik halı və termodinamikanın postulatları izah edilir.

Ədəbiyyat

  1. 1. Roland Netz. Statistical Physics and Thermodynamics. 2021, 136p.(yeni pəncərədə açılır)
  2. 2. Ю.Б.Румер, М.Ш.Рывкин. Термодинамика, статистическая физика и кинетика. "Наука", Москва, 1977.
  3. 3. S.R.Fiqarova. Termodinamika və statistik fizikadan məsələlər. 2012, 247 səh.
  4. 4. Səfərov N.Y., Mehrabova M.Ə. Termodinamika və statistik fizika. Laboratoriya işləri. Metodik vəsait. 2024, 84 s.
  5. 5. M.Ə.Mehrabova, S.İ.Səfərova, S.İ.Məmmədova, Ş.M.Mehdiyeva “Tətbiqi Fizika. Nəzəriyyə və məsələ həlləri”. Dərs vəsaiti. “Rafpoliqraf”, Bakı 2024, 410 səh.
  6. 6. Ландау Л.Д., Лифшиц Е.М. Теоретическая физика: Термодинамика и Статистичeская физика. ч.I. Москва: Физматлит, 2002. 616 с.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
kollokvium (seminar) fənn üzrə tələbənin semestr müddətində kollokvium və məşğələ dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.20 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5
Laboratoriya