Fənn · Mühəndis fizikası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiyaCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 |
|---|---|---|---|---|---|---|
| CLO 1CLO-91717• FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 2CLO-44596• FTN2: İxtisas üzrə işgüzar üslubun leksik, qrammatik və sintaktik xüsusiyyətləri müəyyənləşdirilir və müxtəlif kommunikativ situasiyalarda düzgün tətbiq edilir. Peşəkar fəaliyyətə uyğun şifahi və yazılı kommunikasiya vasitələrindən, peşə etikası və etiket normalarından səmərəli istifadə bacarığı formalaşdırılır. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
Mühəndis fizikası ixtisasının məqsədi və vəzifələrini, digər ixtisas sahələri ilə əlaqəsini, prespektivlərini bilməlidir. Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını bilməlidir, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq etməyi bacarmalıdır. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli təhlil etməyi bacarmalıdır. Azərbaycan dilində tədqiqat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarını aşılamalıdır. Xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqlara malik olmalıdır. Mülki müdafiənin əsasları, qüvvə və vasitələrini bilməlidir, əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi haqqında biliklərə malik olmalıdır.
Bu fənndən töhfə yoxdur
PLO 2
Çoxluqlar nəzəriyyəsinin elementləri, ardıcıllığın limiti anlayışı, bir və çoxdəyişənli funksiyaların diferensial və inteqral hesabı, ədədi və funksional sıralar, kompleks ədədlər, kompleks dəyişənli funksiyaların diferensiallanması və inteqrallanması, çıxıqlar nəzəriyyəsi, müstəvidə və fəzada Dekart koordinat sistemi, vektorlar cəbrinin elementləri, düz xəttin və müstəvinin tənlikləri, ikitərtibli cəbri xətlər və səthlər, matrislər və determinantlar, xətti cəbri tənliklər sistemi və onların həlli üsulları, xətti çevirmələr və kvadratik formalar haqqında biliyə malik olmalı, adi diferensial tənliklərin həllərinin qurulması üsullarını, xüsusi törəməli diferensial tənliklərin təsnifatını, riyazi fizika tənlikləri üçün Koşi və sərhəd məsələlərinin qoyuluşunu və korrektliyinin araşdırılmasını, hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanma qaydalarını, diskret və təsadüfi kəmiyyətlərin paylanma qanunlarını və onların ədədi xarakteristikalarını, riyazi statistikanın əsas elementlərini, paylanma parametrlərini seçmə üzrə statistiki təyinini, normal paylanma ilə əlaqəli qanunlarını bilməlidir.
Bu fənndən töhfə yoxdur
PLO 3
Fiziki qanunauyğunluqlar aləmində fəaliyyət göstərən mühəndis-texniki profilli bakalavrların nəzəri hazırlığının bazasını təşkil edən fiziki biliklərin əsasını qoyulur. Mexanika, molekulyar fizika və termodinamika, elektromaqnetizm, optika və atom fizikasının əsas qanun və qanunauyğunluqları öyrənir. Bütün kimya fənlərinin əsasında duran qanun, nəzəri müddəalar və nəticələrə baxır, kimyəvi elementlərin xassələrini və qarşılıqlı münasibətlərini, kimyəvi termodinamika və kinetikanın əsasları, məhlullarda gedən proseslər və kompleks birləşmələrin quruluşu öyrənilir.
Bu fənndən töhfə yoxdur
PLO 4
Kvant mexanikasının əsas prinsipləri şərh edilir. Stasionar Şredinger tənliyinin bəzi məsələlərin həllinə tətbiq olunmasına baxılır. Mikrohissəciklərin mərkəzi qüvvə sahəsində hərəkəti, hidrogen atomu, kvant statistikası, maddələrin maqnit xarakteristikaları məsələləri öyrənilir. Statistik fizika və termodinamikanın əsas müddəaları sistematik olaraq şərh edilir, real cisimlərə bir-biri ilə, eləcə də ətraf cisimlərlə qarşılıqlı təsirdə olan çoxlu zərrəciklər toplusu kimi baxılır və müxtəlif fiziki proseslər bu baxımdan izah olunur. Kondensə olunmuş mühitlərin növləri növləri əsas xassələri haqqında ümumi biliklər, kristalların simmetriyası və növləri, keçiriciliyin zona nəzəriyyəsinin əsasları, kristal qəfəsin dinamikası, fononlar, istilik tutumunun kvant nəzəriyyəsi, səth və kontakt hadisələr barədə biliklər mənimsənilir. Bərk cisimlərin maqnit xassələri, ifrat keçiricilik və yüksəktemperaturlu ifrat keçiricilik hadisələri öyrənilir. Lazerlərin işinin əsasında dayanan fiziki prinsiplər şərh edilir. Müxtəlif generasiya rejimlərinin reallaşdığının bəzi sxemləri, baş verən proseslərin fizikası, generasiya prosesində tezliyin idarə olunması metodları araşdırılır.
Bu fənndən töhfə yoxdur
PLO 5
İstənilən çertyojların və elektrik sxemlərinin yerinə yetirilməsinin əsas qaydaları, həndəsi fiqurların, həndəsi fəzaların və səthlərin təsviri metodları öyrənilir. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin proqram sxemotexniki, qrafik paketlərinin (AutoCAD, OrCAD) ikiölçülü və üçölçülü qrafik işlərin yerinə yetirilməsi öyrənilir. Məntiq cəbrinin əsasları, müxtəlif firmaların istehsal etdiyi proqramlaşdırılan məntiq kontrollerinin təyinatı, funksiyaları və konkret texnoloji proseslərin idarə olunmasında onların istifadəsi qeyri-xətti avtomatik idarəetmə sistemlərinin riyazi modellərinin xüsusiyyətləri mənimsənilir. İnformatikanın tərkib hissələrini və müxtəlif say sistemlərində ədədlər üzərində əməliyyatların aparılması, kompüterlərin əsas iş prinsipləri və verilənlərin yaddaşda təsviri xüsusiyyətləri, hesablama anlayışlarının əsasları, problem həll etmə və alqoritm qurma üsulları, alınan nəticələri təhlil etmək və yazılı hesabatlar hazırlamaq qaydaları öyrənilir.
Bu fənndən töhfə yoxdur
PLO 6
Elektrik dövrələri, elektrik dövrələrini xarakterizə edən parametrlər, nəzarət ölçü cihazları, sinusoidal dəyişən cərəyan dövrələri, birfazalı sinusoidal dəyişən cərəyanın xüsusiyyətləri, birfazalı dəyişən cərəyan dövrəsində passiv elementlər və onların xüsusiyyətləri, rezonans hadisələri və birfazalı dəyişən cərəyan dövrələrinin hesablanması və praktiki tədqiqi, üçfazalı dəyişən cərəyan dövrələri, üçfazalı dəyişən cərəyanın tətbiqi, induktiv rabitəli dövrələr, induktiv rabitəli dövrədə enerjinin ötürülməsi öyrənilir. Avtomatik idarəetmə sistemlərinin fəaliyyət qanunları və əsas prinsipləri, avtomatik idarəetmə sistemlərinin dinamikası, tezlik xarakteristikaları və xətti sistemlərin tipik bəndləri, avtomatik idarəetmə sistemlərinin riyazi ifadələri və tipik idarəetmə qanunları mənimsənilir.
Bu fənndən töhfə yoxdur