Fənn · Mexanikamühəndisliyi-bakalavr
Nasos və kompressor stansiyaları
Fənn haqqında
Kredit
9
İş yükü
270saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
“Nasos və kompressor stansiyaları” fənni 050628 – “Mexanika mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş peşə hazırlığı fənlərindən biridir. Fənnin tədris olunmasında əsas məqsəd tələbələrə boru nəqliyyatında maye və qaz qarışıqlarının daşınmasını təmin edən nasos və kompressor avadanlıqlarının iş prinsiplərini öyrətməkdir. Kurs çərçivəsində müasir texnikanın tələblərinə cavab verən hidropnevmo-avtomatika sistemlərinin, dinamik tipli maşınların və güc avadanlıqlarının seçilməsi, quraşdırılması və istismarı metodları dərindən araşdırılır. Eyni zamanda, tələbələrdə hidropnevmatik sistemlərin və intiqalların layihələndirilməsi sahəsində texnoloji məsələlərin həlli üçün lazım olan sistemli yanaşma üsulları və dialektik dünya görüşü formalaşdırılır. Bu fənn gələcək mütəxəssislərə texniki sistemlərin həyat tsiklinin bütün mərhələlərində gedən kompleks prosesləri və qanunauyğunluqları nəzərə alaraq rəqabətqabiliyyətli mühəndislik həlləri təklif etmək bacarığı qazandırır.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.