Ümumi məlumat
- Fənn kodu
- İFS-3845m
- Kredit
- 10
- Tələbənin iş yükü
- 300
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a)45 saat- mühazirə, b)30 saat-seminar, c) 30 saat laboratoriya
- Auditoriyadan kənar saatlar
- a)130 saat-TSİ, b) 65 saat-MRTSİ
Fənn haqqında
“Hidromexaniki sistemlərin möhkəmlik analizi və modelləşdirilməsi” fənni 050628 - “Mexanika mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş yüksək səviyyəli ixtisas fənlərindən biridir. Fənnin tədris olunmasında əsas məqsəd tələbələrə yüksək təzyiq və xarici yüklər altında işləyən hidromexaniki qurğuların, boru kəmərlərinin və maşın detallarının möhkəmlik, sərtlik və dayanıqlıq göstəricilərinin hesablama metodlarını öyrətməkdir. Kurs çərçivəsində gərginlik-deformasiya vəziyyətinin təhlili, materialların yorulma və yeyilmə qanunauyğunluqları, eləcə də sistemlərin dinamik analizi prinsipləri mənimsədilir. Eyni zamanda, müasir kompüter mühəndisliyi (CAE) proqramlarından istifadə etməklə mürəkkəb konstruksiyaların 3D modelləşdirilməsi və sonlu elementlər üsulu (FEA) ilə möhkəmlik simulyasiyalarının aparılması praktikası aşılanır. Bu fənn gələcək mexanika mühəndislərinə etibarlı, təhlükəsiz və rəqabətqabiliyyətli hidromexaniki avadanlıqların layihələndirilməsi üçün zəruri olan dərin mühəndislik biliklərini qazandırır.
Tədris metodları
- mühazirə
- komanda işi
- təqdimatlar
- interaktiv müzakirə
- seminar
- laboratoriya işi
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Giriş, əsas anlayışlar. Mühazirə
- 2.Hidromexaniki qurğuların dinamiki sistemləri haqqında ümumi məlumat.Mühazirə
- 3.Dinamikanın ilkin tənlikləri və maşınların əsas iş rejimləri.Mühazirə
- 4.Mexanizmlərin qüvvələr analizi.Mühazirə
- 5.Mexaniki sistemlərdə sürtünmə.Mühazirə
- 6.Mexaniki sistemlərdə tarazlaşdırma, balanslaşdırma, hərəkətin nizamlanması.Mühazirə
- 7.Sürtünmə nəzərə alınmaqla mexanizmlərin qüvvə analizi.Mühazirə
- 8.TəxəyyülMühazirə
Təxəyyül insanın əvvəlki təcrübəsinə əsaslanaraq yeni obrazlar yaratmaq qabiliyyətidir. O, yaradıcı fəaliyyətin vacib tərkib hissəsidir.
- 9.Dağılma nəzəriyyələri: Von Mises və Tresca meyarları, ehtiyat əmsalları.Mühazirə
- 10.Yorğunluq (fatigue) hesablamaları və detalların ömür proqnozu.Mühazirə
- 11.Sonlu elementlər metodunun (FEM) riyazi əsasları: şəbəkələmə və sərhəd şərtləri.Mühazirə
- 12.FEM-də yaxınlaşma, xəta qiymətləndirilməsi və nəticələrin validasiyası.Mühazirə
- 13.Hidravlik silindr və boru kəmərlərinin divar qalınlığının hesablanması (Lamé tənlikləri).Mühazirə
- 14.Təzyiq qablarının möhkəmlik hesabatı və təhlükəsizlik standartları (ASME, ISO).Mühazirə
- 15.Hidromexaniki sistemlərdə rəqs (vibrasiya) və dinamik yüklənmə analizi.Mühazirə
- 16.Azərbaycan maarifçilik fəlsəfəsiMühazirə
Bu mövzuda Azərbaycan maarifçiliyinin ideyaları və nümayəndələrinin fəlsəfi baxışları öyrənilir. Maarifçilik hərəkatının cəmiyyətin inkişafına təsiri təhlil edilir. Elm, təhsil və milli tərəqqə ideyalarının əhəmiyyəti izah olunur.
- 17.ANSYS Mechanical proqramında statik möhkəmlik analizinin aparılması.Mühazirə
- 18.ANSYS Fluent/CFX proqramında hidravlik axının modelləşdirilməsi.Mühazirə
- 19.SolidWorks Simulation-da hidromexaniki qovşaqların analizi.Mühazirə
- 20.Analitik hesablama nəticələrinin FEM nəticələri ilə müqayisəsi.Mühazirə
- 21.Real hidromexaniki sistemlər üzrə case-study: nasazlıq təhlili.Mühazirə
- 22.Hidromexaniki sistemlərin layihələndirilməsində müasir CAE texnologiyalarına tələblər və standartlar.Mühazirə
Ədəbiyyat
- ANSYS Inc. ANSYS Mechanical User's Guide, 2023.
- Nəzəri mexanika kursu - Niftulla Qədirov, Bakı 1997
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |