Ümumi məlumat
- Fənn kodu
- ÜF-1303y-mexanika-mühəndisliyi
- Kredit
- 3
- Tələbənin iş yükü
- 90
- Semestr
- Payız semestri
- Akademik il
- 2025/2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- 30
- Auditoriyadan kənar saatlar
- a)45 b)15
Fənn haqqında
Azərbaycanın gələcəyi xeyli dərəcədə burada fəaliyyət göstərən yüksək ixtisaslı kadrların, səriştəli mütəxəssislərin hazırlanmasından asılı olacaqdır. Hazırladığımız mütəxəssislər öz ixtisasına dərindən yiyələnməklə yanaşı, həm də görüş dairəsinə malik olmalı, xalqımızın mədəniyyətini dərindən mənimsəməli, onu yüksək səviyyədə təmsil etməyi bacarmalı, ümümbəşəri və milli-mənəvi dəyərlərə yiyələnərək öz əməli fəaliyyətində onları rəhbər tutmalıdır. Gələcək mütəxəssislərdə bu keyfiyyətləri formalaşdırmağın yollarından biri də onların görüş dairələrini genişləndirməkdir. Bunun üçün onları fəlsəfi biliklərə qovuşdurmaq lazımdır. Bu baxımdan tələbələrdə gerçəkliyin, dünya tarixi-mədəni prosesin, insan həyatının fəlsəfi dərkinə marağın inkişaf etdirilməsi “Fəlsəfə” fənninin hədəflərindəndir.
Tədris metodları
- mühazirə
- layihə əsaslı öyrənmə
- problem-based learning
- interaktiv müzakirə
- case study
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: .FTN1: Fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.
CLO 2: .FTN2: Əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.
CLO 3: .FTN3: Fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.
CLO 4: .FTN4: Müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.
CLO 5: .FTN5: Fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.
CLO 6: .FTN6: Müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.
CLO 7: .FTN7: Öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir
CLO 8: .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.
Mövzu planı
- 1.Fəlsəfənin predmeti, cəmiyyətin mənəvi həyatında roluMühazirə
Bu mövzunun məqsədi fəlsəfənin predmetini, əsas problemlərini və digər elmlərlə əlaqəsini öyrətməkdir. Fəlsəfənin insanın dünyagörüşünün formalaşmasında və cəmiyyətin mənəvi inkişafında oynadığı rol izah edilir. Tələbələr fəlsəfi düşüncənin mahiyyətini və funksiyalarını mənimsəyirlər.
- 2.Antik dövr fəlsəfəsiMühazirə
Mövzunun məqsədi Antik Yunan və Roma fəlsəfəsinin yaranmasını və inkişaf mərhələlərini öyrənməkdir. Sokrat, Platon, Aristotel və digər filosofların ideyaları təhlil edilir. Antik fəlsəfənin sonrakı fəlsəfi fikrə təsiri araşdırılır.
- 3.Giriş. Dövlətəqədərki dövr və ibtidai insan münasibətlərinin formalaşması.Mühazirə
Dövlətəqədərki dövrün əsas xüsusiyyətləri, ibtidai insan cəmiyyətinin yaranması və formalaşması, eyni zamanda qədim insanların həyat tərzi, əmək vərdişləri, ictimai münasibətlərin təşəkkülü, qəbilə və tayfa quruluşunun formalaşması, eləcə də dövlətin yaranmasına təsir edən sosial-iqtisadi proseslərdən bəhs edir.
- • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
- • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
- • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
- • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
- • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
- 4.İslam fəlsəfəsiMühazirə
Mövzunun məqsədi İslam fəlsəfəsinin yaranma səbəblərini, inkişaf mərhələlərini və əsas istiqamətlərini öyrənməkdir. Fərabi, İbn Sina, İbn Rüşd kimi filosofların baxışları təhlil edilir. Din və fəlsəfə münasibətləri izah olunur.
- 5.Azərbaycan maarifçilik fəlsəfəsiMühazirə
Bu mövzuda Azərbaycan maarifçiliyinin ideyaları və nümayəndələrinin fəlsəfi baxışları öyrənilir. Maarifçilik hərəkatının cəmiyyətin inkişafına təsiri təhlil edilir. Elm, təhsil və milli tərəqqə ideyalarının əhəmiyyəti izah olunur.
- 6.Qərb fəlsəfəsiMühazirə
Mövzunun məqsədi Qərb fəlsəfəsinin əsas inkişaf mərhələlərini və istiqamətlərini öyrənməkdir. Rasionalizm, empirizm, idealizm və digər cərəyanlar müqayisəli şəkildə təhlil edilir. Müasir Qərb fəlsəfi fikrinin xüsusiyyətləri izah olunur.
- 7.Fəlsəfədə varlıq və materiya problemiMühazirə
Bu mövzuda varlıq, materiya və onların qarşılıqlı əlaqəsi haqqında fəlsəfi baxışlar öyrənilir. Materializm və idealizm mövqeləri müqayisə edilir. Kainatın mahiyyəti haqqında müxtəlif nəzəri yanaşmalar təhlil olunur.
- 8.Fəlsəfədə və müasir təbiətşünaslıqda şüur problemiMühazirə
Mövzunun məqsədi şüurun mahiyyətini, mənşəyini və funksiyalarını fəlsəfi və elmi baxımdan izah etməkdir. Şüur və beyin münasibətləri, süni intellekt və idrak problemləri müzakirə edilir. Müasir elmi yanaşmalar təhlil olunur
- 9.İdrak. Elmi idrakın forma və metodlarıMühazirə
Bu mövzuda idrakın mahiyyəti, mərhələləri və elmi idrakın əsas metodları öyrənilir. Empirik və nəzəri idrak formaları izah edilir. Elmi tədqiqat metodlarının tətbiqi prinsipləri mənimsədilir.
- 10.Dialektikanın qanunları və kateqoriyalarıMühazirə
Mövzunun məqsədi dialektikanın əsas qanun və kateqoriyalarını öyrətməkdir. İnkişaf, dəyişmə və qarşılıqlı əlaqə prinsipləri izah edilir. Dialektik metodun elmi və praktik əhəmiyyəti göstərilir.
- 11.Təbiət fəlsəfi düşüncələrin obyekti kimi Mühazirə
Bu mövzuda təbiətin fəlsəfi baxımdan mahiyyəti və insanla qarşılıqlı əlaqəsi öyrənilir. Ekoloji problemlər və davamlı inkişaf prinsipləri müzakirə edilir. Təbiətə məsuliyyətli münasibətin fəlsəfi əsasları izah olunur.
- 12.Sivilizasiya və mədəniyyətMühazirə
Mövzunun məqsədi sivilizasiya və mədəniyyət anlayışlarının mahiyyətini və qarşılıqlı əlaqəsini öyrənməkdir. Dünya sivilizasiyalarının inkişaf xüsusiyyətləri və mədəni müxtəliflik təhlil edilir. Qloballaşmanın mədəniyyətə təsiri araşdırılır.
- 13.Cəmiyyətin mənəvi həyatı. İctimai şüur, onun strukturu və formalarıMühazirə
Bu mövzuda ictimai şüurun mahiyyəti, strukturu və əsas formaları öyrənilir. Əxlaq, din, elm, hüquq və incəsənətin cəmiyyət həyatındakı rolu təhlil edilir. Mənəvi dəyərlərin sosial inkişafda əhəmiyyəti izah olunur.
- 14.Azərbaycançılıq məfkurəsi və onun elmi-nəzəri əsaslarıMühazirə
Bu mövzuda Azərbaycançılıq məfkurəsinin formalaşması, prinsipləri və elmi-nəzəri əsasları öyrənilir. Milli birlik, dövlətçilik, vətənpərvərlik və multikulturalizm ideyaları təhlil edilir. Azərbaycançılığın müasir cəmiyyətin inkişafındakı rolu izah olunur.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |