Fənn · Metallurgiya mühəndisliyi

Əlvan metalların metalşünaslığı və termiki emalıSillabus

İFS-3696y 8 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-3696y
Kredit
8
Tələbənin iş yükü
240
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 60 saat – mühazirə; b) 15 saat – laboratoriya; c) 15 saat – məşğələ
Auditoriyadan kənar saatlar
a) 90 saat – sərbəst iş; b) 60 saat – hazırlıq

Fənn haqqında

Tələbələrə əlvan materialların strukturunun formalaşmasını, əlvan metal ərinti tərkibinin və kristallik quruluşun xassələrə təsirini, əlvan materialların möhkəmləndirmə mexanizmlərini, ərintilərin kimyəvi tərkibi, kristallik quruluşu və xassələri arasında əlaqənin yaradılmasını, deformasiya və dağılma prinsiplərini, tələb olunan istismar xassələrinə malik materialların seçilməsi prinsiplərini, ərinti strukturunun idarə olunması barədə lazım olan bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • seminar
  • interaktiv müzakirə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Tələbə əlvan metalların və onların ərintilərinin fiziki-kimyəvi xassələrini, eləcə də kristal qəfəs quruluşlarını analiz etməyi öyrənir. Fənnin sonunda tələbə müxtəlif faza diaqramlarını oxumaq və ərintilərin struktur dəyişikliklərini proqnozlaşdırmaq bacarığına yiyələnir. Termiki emal proseslərinin (bərkitmə, yaşlanma, tavlama) əlvan ərintilərin mexaniki xassələrinə təsir mexanizmlərini mənimsəyir. Tələbə sənaye əhəmiyyətli ərintilərin (Al, Cu, Ti, Mg, Ni) təsnifatını aparır və onların spesifik sahələrdə tətbiqini əsaslandırır. Sonda isə tələbə metalların emalı zamanı yaranan qüsurları müəyyən edərək, onları aradan qaldırmaq üçün optimal emal rejimlərini seçməyi bacarır.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

  1. Həsənli R.K., Poladov N.Q., Əliyev İ.A., Əlvan metalların metalşünaslığı. Bakı, AzTU , 2022, 412 s.
  2. Həsənli R.K., Poladov N.Q., Əliyev İ.A., Əlvan metalların metalşünaslığı. Bakı, AzTU , 2022, 412 s.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5