Fənn · Metallurgiya mühəndisliyi
Əlvan metalların metalşünaslığı və termiki emalı
Fənn haqqında
Kredit
8
İş yükü
240saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Tələbələrə əlvan materialların strukturunun formalaşmasını, əlvan metal ərinti tərkibinin və kristallik quruluşun xassələrə təsirini, əlvan materialların möhkəmləndirmə mexanizmlərini, ərintilərin kimyəvi tərkibi, kristallik quruluşu və xassələri arasında əlaqənin yaradılmasını, deformasiya və dağılma prinsiplərini, tələb olunan istismar xassələrinə malik materialların seçilməsi prinsiplərini, ərinti strukturunun idarə olunması barədə lazım olan bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur.
Fənn təlim nəticələri
CLO 1: Tələbə əlvan metalların və onların ərintilərinin fiziki-kimyəvi xassələrini, eləcə də kristal qəfəs quruluşlarını analiz etməyi öyrənir. Fənnin sonunda tələbə müxtəlif faza diaqramlarını oxumaq və ərintilərin struktur dəyişikliklərini proqnozlaşdırmaq bacarığına yiyələnir. Termiki emal proseslərinin (bərkitmə, yaşlanma, tavlama) əlvan ərintilərin mexaniki xassələrinə təsir mexanizmlərini mənimsəyir. Tələbə sənaye əhəmiyyətli ərintilərin (Al, Cu, Ti, Mg, Ni) təsnifatını aparır və onların spesifik sahələrdə tətbiqini əsaslandırır. Sonda isə tələbə metalların emalı zamanı yaranan qüsurları müəyyən edərək, onları aradan qaldırmaq üçün optimal emal rejimlərini seçməyi bacarır.