Ümumi məlumat
- Fənn kodu
- İFS-3689y
- Kredit
- 7
- Tələbənin iş yükü
- 210
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat – mühazirə; b) 15 saat – laboratoriya; c) 15 saat – məşğələ
- Auditoriyadan kənar saatlar
- a) 110 saat – sərbəst iş; b) 60 saat - hazırlıq
Fənn haqqında
Yayma istehsalatı məhsullarının çeşidləri; Profil yaymaq üçün dəzgahın vallarının kalibrlənməsi; Soyuq və qızmar yayma üsulu ilə təbəqə alınması; Metalların vallara təzyiqi; Çəkmə dəzgahlarının quruluşu və alətləri öyrənmələrini ehtiva edir
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Tələbələr metalların plastik deformasiyası nəzəriyyəsini və təzyiqlə emal proseslərinin (yayma, döymə, ştamplama, presləmə) fiziki-mexaniki əsaslarını mənimsəyəcəklər. Kurs çərçivəsində spesifik və mütərəqqi texnologiyalar, o cümlədən lövhəvi və silindrik bimetalların alınmasında istifadə olunan partlayışla emal və qaynaq metodlarının mexanizmləri təhlil ediləcək. Onlar deformasiya dərəcəsi və temperaturunun metalın yekun strukturuna (döyənəklənmə və rekristallaşma) təsirini elmi cəhətdən əsaslandırmağı bacaracaqlar. Fənnin yekununda tələbələr istehsalat tələblərinə uyğun təzyiqlə emal rejimini seçərək, qüsursuz və optimal ölçülü metallik məmulatların layihələndirilməsi qabiliyyətinə yiyələnəcəklər.
Mövzu planı
- 1.5. Krioskopiya və ebuloskopiya. Donma temperaturunun təyiniLaboratoriya
- 2.Yayma istehsalatı məhsullarının çeşidləri. Yayma rejiminin xarakteristikası. Profil yaymaq üçün dəzgahın vallarının kalibrlənməsiMühazirə
Yayma məhsullarının çeşidləri, rejimləri və profil yaymaq üçün valların kalibrlənməsi metodları öyrənilir
- 3.Çeşidli məmulatları yayan valların kalibrlənməsi. Lövhə və təbəqəli yayma prosesi.Mühazirə
Çeşidli məmulatlar üçün valların kalibrlənməsi və təbəqəli yayma texnologiyasının izahı.
- 4.Metalların vallara təzyiqi. Məftil yayma dəzgahlarının avadanlıqlarının quruluşu və yerləşdirilməsiMühazirə
Vallara düşən təzyiqin xüsusiyyətləri və məftil yayma dəzgahlarının quruluşu.
- 5.Soyuq yayma üsulu ilə təbəqə alınması. Qızmar yayma üsulu ilə təbəqə alınması. Qızmar yayma üsulu ilə nazik təbəqə alınmasıMühazirə
Soyuq və qızmar yayma üsullarının fərqləri və bu üsullarla təbəqə (o cümlədən nazik təbəqə) alınması texnologiyası.
- 6.Boruyayma dəzgahlarının tipləri. Tikişli və tikişsiz boruların yayılmasıMühazirə
Müxtəlif tipli boruyayma dəzgahları və boru istehsalının (tikişli/tikişsiz) texnologiyası
- 7.Metalların çəkilməsi. Çəkmə prosesinin nəzəri əsasları. Çubuq və boru profillərin çəkilməsi sxemləriMühazirə
Çəkmə əməliyyatının nəzəri mexanizmi və profil çəkilmə sxemləri
- 8.Çəkmə dəzgahlarının quruluşu və alətləri. Zəncirli çəkmə dəzgahları. Çəkmə prosesində məftil, boru və çubuq çəkmənin texnoloji sxemləriMühazirə
Çəkmə prosesində istifadə olunan avadanlıqlar (xüsusən zəncirli dəzgahlar) və onların iş sxemləri
- 9.Presləmə prosesinin mahiyyəti, nəzəri əsasları və tətbiq sahələri. Presləmə prosesində gərgin vəziyyət və ona təsir edən faktorlarMühazirə
Presləmənin nəzəriyyəsi, tətbiq sahələri və gərginlik amillərinin öyrənilməsi
- 10.Presləmə prosesinin mahiyyəti, nəzəri əsasları və tətbiq sahələri. Presləmə prosesində gərgin vəziyyət və ona təsir edən faktorlar.Mühazirə
Tələbə presləmə zamanı yaranan gərgin vəziyyətləri qiymətləndirməyi bacarır.
- 11.Sərbəst döymə. Sərbəst döymə əməliyyatı. Üfüqi döymə maşınlarında ştamplama. Sərbəst döymə rejiminin seçilməsi və işlənməsi.Mühazirə
Sərbəst döymə prosesi, maşınlarda ştamplama üsulları və optimal rejim seçimi.
- 12.Döyümlərin təsnifatı. Döyümlərin konstruksiya olunması. Sərbəst döymə sxemləri və sahələri. Pəstahların hazırlanması və hesablanması.Mühazirə
Döyümlərin növləri, sxemlərin qurulması və pəstahların hesablanması qaydaları.
- 13.Qızmar həcmi ştamplama. Qızmar həcmi ştamplama çəkicləri. Soyuq ştamplama prosesinin mahiyyəti və onun tətbiq sahələri.Mühazirə
Həcmi ştamplama avadanlıqları (çəkiclər) və həmçinin soyuq ştamplamanın iş prinsipləri
- 14.Soyuq və isti ştamplama zamanı istifadə edilən alətlər və onların hesablanması.Mühazirə
Ştamplama prosesində tətbiq edilən alət növlərinin öyrənilməsi və hesablama qaydaları.
- 15.Ştamplayıcı və hazırlayıcı şırnaqlar. İlkin pəstahın hazırlanmasıMühazirə
Ştamplama əməliyyatlarına hazırlıq prosesi, şırnaqların funksiyası və pəstahın ilkin formalaşdırılması.
Ədəbiyyat
- F.C.Həmidov, “Metalların təzyiqlə emalı texnologiyası”. Bakı 2010, 543 s
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |