Fənn · Metallurgiya mühəndisliyi

Metalların təzyiqlə emal texnologiyasıCLO↔PLO matrisi

İFS-3689y7 kreditPayız semestriSeçmə2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

1 CLO × 7 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6PLO 7
CLO 1CLO-10970Tələbələr metalların plastik deformasiyası nəzəriyyəsini və təzyiqlə emal proseslərinin (yayma, döymə, ştamplama, presləmə) fiziki-mexaniki əsaslarını mənimsəyəcəklər. Kurs çərçivəsində spesifik və mütərəqqi texnologiyalar, o cümlədən lövhəvi və silindrik bimetalların alınmasında istifadə olunan partlayışla emal və qaynaq metodlarının mexanizmləri təhlil ediləcək. Onlar deformasiya dərəcəsi və temperaturunun metalın yekun strukturuna (döyənəklənmə və rekristallaşma) təsirini elmi cəhətdən əsaslandırmağı bacaracaqlar. Fənnin yekununda tələbələr istehsalat tələblərinə uyğun təzyiqlə emal rejimini seçərək, qüsursuz və optimal ölçülü metallik məmulatların layihələndirilməsi qabiliyyətinə yiyələnəcəklər.uyğun deyiluyğun deyiluyğun deyiluyğunduruyğun deyiluyğun deyiluyğundur

Proqram təlim məqsədləri

  1. PLO 1

    Riyaziyyat, fizika, kimya və mexanika sahəsində fundamental biliklərə yiyələnmək və onları metallurgiya mühəndisliyi məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.

    Bu fənndən töhfə yoxdur

  2. PLO 2

    Metallurgiyada tətbiq olunan xammal və onun ilkin emalını, ferroərintilərin alınma üsullarını, çuqun və polad istehsalını mənimsətmək.

    Bu fənndən töhfə yoxdur

  3. PLO 3

    Əlvan metalların istehsal texnologiyalarını, xüsusi əridici qurğuları, metallurji sobaların iş prinsiplərini və istismar xüsusiyyətlərini öyrətmək.

    Bu fənndən töhfə yoxdur

  4. PLO 4

    Elektrometallurgiya, induksiya və elektrik-qövs sobalarında polad əritmə texnologiyalarını, habelə müasir əridici avadanlıqların iş prinsiplərini mənimsətmək.

    Töhfə verən: CLO 1

  5. PLO 5

    Layihələndirmə, tədqiqat və istehsal proseslərinin idarə olunmasında müasir informasiya texnologiyalarından (SolidWorks,SolidCam, ANSYS, 3DMAX və s.) istifadə bacarığı aşılamaq.

    Bu fənndən töhfə yoxdur

  6. PLO 6

    Materialların təkrar emalı və istifadəsi, ovuntu metallurgiyası üsulları ilə materialların alınma texnologiyalarını mənimsətmək.

    Bu fənndən töhfə yoxdur

  7. PLO 7

    Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, eləcə də vətəndaş şüuru və etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq.

    Töhfə verən: CLO 1