Fənn · Metallurgiya mühəndisliyi

Əlvan metalların metallurgiyasıMövzu planı

İFS-36149s 9 kreditPayız semestriSeçmə2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

30 mövzu
  1. 1. Fənn haqqında məlumat. Kursun məqsədi və vəzifələri

    Mühazirə

    Fənnin strukturu, əlvan metallurgiyanın müasir sənayedəki rolu və kursun əhatə edəcəyi əsas elmi-texniki istiqamətlərin icmalı.

  2. 2. Əlvan metalların təsnifatı və alınma üsulları

    Mühazirə

    Əlvan metalların yüngül, ağır, nəcib, çətinəriyən və digər qruplar üzrə təsnifatı; pirometallurji, hidrometallurji və elektrometalurji alınma üsullarının əsasları.

  3. 3. Azərbaycanda Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti

    Məşğələ

    – Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması, idarəçilik sistemi, xarici və daxili siyasəti nəzərdən keçirilir. Bu dövlətlərin Azərbaycan dövlətçilik ənənələrinin inkişafına təsiri və regional siyasi proseslərdə mövqeyi işıqlandırılır.

    Mövzu təlim nəticələri

    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
  4. 4. Ərintilərin səth enerjisi və özlülüyü. Maye metallarda diffuziya

    Mühazirə

    Maye metal sistemlərində səth gərilməsi, kinematik və dinamik özlülük, həmçinin atomların diffuziya mexanizmlərinin öyrənilməsi.

  5. 5. Əlvan metal ərintilərinin quruluşu və xassələri

    Mühazirə

    Bərk məhlulların, kimyəvi birləşmələrin kristallaşma prosesi və faza diaqramlarına uyğun olaraq ərintilərin mexaniki-fiziki xassələrinin tədqiqi.

  6. 6. Maye əlvan metalların qazlarla, putanın materialı və əridici sobanın hörgüsü ilə qarşılıqlı təsiri

    Mühazirə

    Maye metalların mühitlə fiziki-kimyəvi qarşılıqlı təsiri, qazların həllolma mexanizmləri və soba materiallarının (odadavamlıların) korroziyası.

  7. 7. Əlvan metalların əridilmə texnologiyasının əsasları

    Mühazirə

    Əridilmə prosesinin termodinamik və kinetik əsasları, yükün (şarjın) hesablanması və prosesin idarə edilməsi

  8. 8. Ərintilərin saflaşdırılması. Ərintilərin oksigensizləşdirilməsi. Ərintilərin modifisirlənməsi

    Mühazirə

    Rafinəetmə (saflaşdırma) prosesləri, deoksidasiya üsulları və metalın strukturunu yaxşılaşdırmaq üçün modifikatorların tətbiqi

  9. 9. Əlvan metal və ərintilərin əridilməsi üçün sobalar və onların təsnifatı

    Mühazirə

    Müxtəlif tipli əridici sobaların (elektrik qövs, induksiya, qaz və s.) konstruksiyası, iş prinsipi və texniki göstəricilərinin müqayisəli analizi.

  10. 10. Alüminium və ərintilərinin istehsalı

    Mühazirə

    Alüminium metallurgiyasının xammal bazası, Bayer üsulu ilə alüminium oksidinin (giltorpağın) alınması prosesləri və əsas ərintilərin xarakteristikası.

  11. 11. Alüminium və ərintilərinin əridilmə xüsusiyyətləri

    Mühazirə

    Alüminium ərintilərinin əridilməsi zamanı oksidləşmə, qazlarla doyma problemləri və onlara qarşı tətbiq edilən flüsləmə və qazsızlaşdırma üsulları.

  12. 12. Alüminiumun elektroliz üsulu ilə alınması və saflaşdırılması

    Mühazirə

    Kriyolit-giltorpaq ərintisinin elektrolizi (Hall-Heroult prosesi), elektrolizyorun quruluşu və alüminiumun rafinə edilməsi

  13. 13. Maqnezium filizləri, istehsalı və ərintiləri

    Mühazirə

    Maqneziumun xammal mənbələri, termiki və elektrolitik alınma üsulları, maqnezium ərintilərinin spesifik xüsusiyyətləri.

  14. 14. Mis və onun ərintilərinin istehsalı

    Mühazirə

    Mis filizlərinin zənginləşdirilməsi, misin pirometallurji və hidrometallurji yolla alınmasının ümumi sxemi, bürünc və düyüc ərintiləri.

  15. 15. Mis şteynin və qara misin alınması və saflaşdırılması. Təmiz misin markalanması

    Mühazirə

    Şteynin əridilməsi, konvertorlaşdırılması, qara misin odla və elektrolitik yolla rafinə edilməsi, həmçinin misin standart markalanması

  16. 16. Titan mineralları, filizləri, konsentratları, alınma üsulları və ərintiləri

    Mühazirə

    Titanın Kroll prosesi (maqnezotermiya) ilə alınması, titan süngərinin emalı və yüksək möhkəmlikli titan ərintilərinin xüsusiyyətləri.

  17. 17. Berillium və onun ərintiləri

    Mühazirə

    Berilliumun alınma texnologiyaları, unikal mexaniki/fiziki xassələri və onun mislə, alüminiumla ərintilərinin tətbiq sahələri

  18. 18. Çətinəriyən metal və ərintilərin istehsalı

    Mühazirə

    Volfram, molibden, tantal və niobiyum kimi çətinəriyən metalların tozu metallurgiyası və əritmə üsulları ilə alınması

  19. 19. Asanəriyən metallar və onların ərintiləri

    Mühazirə

    Qalay, qurğuşun, sink, bismut kimi asanəriyən metalların metallurgiyası və bu metalların sənayedəki mövqeyi

  20. 20. Babbitlər və lehim ərintiləri

    Mühazirə

    Sürtünmə əleyhinə ərintilər (babbitlər) və lehimləmə materiallarının tərkibi, mikrosturkturu və triboloji xassələri

  21. 21. Nəcib metalların ərintiləri. Qızıl ərintilərinin tərkibi və xassələri. Gümüş ərintilərinin tərkibi və xassələri. Platin ərintilərinin tərkibi və xassələri

    Mühazirə

    Qiymətli metalların fiziki-kimyəvi xassələri, onlara legirləyici elementlərin qatılması ilə alınan ərintilərin strukturu.

  22. 22. Palladium ərintilərinin tərkibi və xassələri. Nəcib metal və ərintilərin tətbiqi

    Mühazirə

    Palladium əsaslı ərintilərin spesifik xüsusiyyətləri (katalitik aktivlik və s.) və nəcib metalların elektrotexnika, tibb və kimya sənayesində tətbiqi.

  23. 23. Radioaktiv metallar və onların ərintiləri

    Mühazirə

    Uran, torium və plutonium kimi radioaktiv metalların nüvə metallurgiyası, onların ərintilərinin reaktor texnologiyalarında istifadəsi.

  24. 24. Əlvan metal və ərintilərin termiki emalı

    Mühazirə

    Əlvan metalların yumşaldılması, tablandırılması və süni/təbii qocaldılması kimi termiki emal növlərinin nəzəri əsasları

  25. 25. Təkrar əlvan metalların istehsalı üçün xammal

    Mühazirə

    İkinci dərəcəli xammalın (qırıntı və tullantıların) təsnifatı, toplanması, çeşidlənməsi və sənaye dövriyyəsinə qaytarılması

  26. 26. Əlvan metalların ling və tullantılarının hazırlanması və ilkin təkrar emalı

    Mühazirə

    Tullantıların mexaniki emalı, preslənməsi, xırdalanması və pirometallurji əridilməyə hazırlanması mərhələləri

  27. 27. Əlvan metal və ərintilərin yonqarlarının təkrar emalı

    Mühazirə

    Mexaniki emal prosesindən yaranan metal yonqarlarının briketləşdirilməsi, yağdan/nəmdən təmizlənməsi və əridilməsi texnologiyası.

  28. 28. Alüminium və ərintilərinin təkrar istehsalı

    Mühazirə

    İkinci dərəcəli alüminium tullantılarının əridilməsi, flüslərin tətbiqi ilə təmizlənməsi və keyfiyyətli ərintilərin bərpası

  29. 29. Təkrar mis və onun ərintiləri. Qara misin konvertorlaşdırılması

    Mühazirə

    Mis qırıntılarından qara misin alınması, onun şlakdan ayrılması və təkrar konvertorlaşdırma prosesinin aparılması

  30. 30. Əlvan metalların istehsalında əməyin və ətraf mühitin mühafizəsi

    Mühazirə

    Metallurgiya sənayesində ekoloji problemlər, qaz/toz tullantılarının təmizlənməsi sistemləri və işçi personalın əməyin mühafizəsi qaydaları