Fənn · Metallurgiya mühəndisliyi

Əlvan metalların metallurgiyasıSillabus

İFS-36149s 9 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-36149s
Kredit
9
Tələbənin iş yükü
270
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 60 saat – mühazirə; b) 30 saat – məşğələ; c) 15 saat – laboratoriya
Auditoriyadan kənar saatlar
a) sərbəst iş - 99 saat, b) hazırlıq - 66 saat

Fənn haqqında

Metallurgiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrə istər metallurgiya, maşınqayırma, radiotexnika, cihazqayırma sahəsində istərsədə digər sahələrdə əlvan metallardan, onlardan hazırlanmış müxtəlif hissələrdən istifadə geniş tətbiq olunur. Əlvan metalların istifadəsi olduqca geniş və çoxcəhətli olmasıyla fərqlənir. “Əlvan metalların metallurgiyası” fənni əlvan metalların istehsal sahələri üçün ixtisasçıların hazırlanmasında əsas fənnlərdən biri sayılır.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • seminar
  • interaktiv müzakirə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Tələbələr ağır, yüngül, nəcib və nadir əlvan metalların filizdən və konsentratlardan alınmasının həm pirometallurji, həm də hidrometallurji texnologiyalarını mənimsəyəcəklər. Kurs ərzində qovrulma, əritmə, liçing (yuyulma) və elektrolitik rafinəetmə proseslərindəki fiziki-kimyəvi reaksiyaların kinetikası və termodinamikası ətraflı incələnəcək. Onlar eyni zamanda kompleks tərkibli filizlərdən əlavə metalların ayrılması və ekoloji təmiz tullantısız texnologiyaların tətbiqi yollarını öyrənəcəklər. Fənnin sonunda yüksək saflıqda əlvan metal istehsalı aqreqatlarının texnoloji reqlamentini və material balansını hesablamaq qabiliyyəti formalaşacaq.

Mövzu planı

  1. 1.
    Fənn haqqında məlumat. Kursun məqsədi və vəzifələriMühazirə

    Fənnin strukturu, əlvan metallurgiyanın müasir sənayedəki rolu və kursun əhatə edəcəyi əsas elmi-texniki istiqamətlərin icmalı.

  2. 2.
    Əlvan metalların təsnifatı və alınma üsullarıMühazirə

    Əlvan metalların yüngül, ağır, nəcib, çətinəriyən və digər qruplar üzrə təsnifatı; pirometallurji, hidrometallurji və elektrometalurji alınma üsullarının əsasları.

  3. 3.
    Azərbaycanda Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyətiMəşğələ

    – Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması, idarəçilik sistemi, xarici və daxili siyasəti nəzərdən keçirilir. Bu dövlətlərin Azərbaycan dövlətçilik ənənələrinin inkişafına təsiri və regional siyasi proseslərdə mövqeyi işıqlandırılır.

    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
  4. 4.
    Ərintilərin səth enerjisi və özlülüyü. Maye metallarda diffuziyaMühazirə

    Maye metal sistemlərində səth gərilməsi, kinematik və dinamik özlülük, həmçinin atomların diffuziya mexanizmlərinin öyrənilməsi.

  5. 5.
    Əlvan metal ərintilərinin quruluşu və xassələriMühazirə

    Bərk məhlulların, kimyəvi birləşmələrin kristallaşma prosesi və faza diaqramlarına uyğun olaraq ərintilərin mexaniki-fiziki xassələrinin tədqiqi.

  6. 6.
    Maye əlvan metalların qazlarla, putanın materialı və əridici sobanın hörgüsü ilə qarşılıqlı təsiriMühazirə

    Maye metalların mühitlə fiziki-kimyəvi qarşılıqlı təsiri, qazların həllolma mexanizmləri və soba materiallarının (odadavamlıların) korroziyası.

  7. 7.
    Əlvan metalların əridilmə texnologiyasının əsaslarıMühazirə

    Əridilmə prosesinin termodinamik və kinetik əsasları, yükün (şarjın) hesablanması və prosesin idarə edilməsi

  8. 8.
    Ərintilərin saflaşdırılması. Ərintilərin oksigensizləşdirilməsi. Ərintilərin modifisirlənməsiMühazirə

    Rafinəetmə (saflaşdırma) prosesləri, deoksidasiya üsulları və metalın strukturunu yaxşılaşdırmaq üçün modifikatorların tətbiqi

  9. 9.
    Əlvan metal və ərintilərin əridilməsi üçün sobalar və onların təsnifatıMühazirə

    Müxtəlif tipli əridici sobaların (elektrik qövs, induksiya, qaz və s.) konstruksiyası, iş prinsipi və texniki göstəricilərinin müqayisəli analizi.

  10. 10.
    Alüminium və ərintilərinin istehsalıMühazirə

    Alüminium metallurgiyasının xammal bazası, Bayer üsulu ilə alüminium oksidinin (giltorpağın) alınması prosesləri və əsas ərintilərin xarakteristikası.

  11. 11.
    Alüminium və ərintilərinin əridilmə xüsusiyyətləriMühazirə

    Alüminium ərintilərinin əridilməsi zamanı oksidləşmə, qazlarla doyma problemləri və onlara qarşı tətbiq edilən flüsləmə və qazsızlaşdırma üsulları.

  12. 12.
    Alüminiumun elektroliz üsulu ilə alınması və saflaşdırılmasıMühazirə

    Kriyolit-giltorpaq ərintisinin elektrolizi (Hall-Heroult prosesi), elektrolizyorun quruluşu və alüminiumun rafinə edilməsi

  13. 13.
    Maqnezium filizləri, istehsalı və ərintiləriMühazirə

    Maqneziumun xammal mənbələri, termiki və elektrolitik alınma üsulları, maqnezium ərintilərinin spesifik xüsusiyyətləri.

  14. 14.
    Mis və onun ərintilərinin istehsalıMühazirə

    Mis filizlərinin zənginləşdirilməsi, misin pirometallurji və hidrometallurji yolla alınmasının ümumi sxemi, bürünc və düyüc ərintiləri.

  15. 15.
    Mis şteynin və qara misin alınması və saflaşdırılması. Təmiz misin markalanmasıMühazirə

    Şteynin əridilməsi, konvertorlaşdırılması, qara misin odla və elektrolitik yolla rafinə edilməsi, həmçinin misin standart markalanması

  16. 16.
    Titan mineralları, filizləri, konsentratları, alınma üsulları və ərintiləriMühazirə

    Titanın Kroll prosesi (maqnezotermiya) ilə alınması, titan süngərinin emalı və yüksək möhkəmlikli titan ərintilərinin xüsusiyyətləri.

  17. 17.
    Berillium və onun ərintiləriMühazirə

    Berilliumun alınma texnologiyaları, unikal mexaniki/fiziki xassələri və onun mislə, alüminiumla ərintilərinin tətbiq sahələri

  18. 18.
    Çətinəriyən metal və ərintilərin istehsalıMühazirə

    Volfram, molibden, tantal və niobiyum kimi çətinəriyən metalların tozu metallurgiyası və əritmə üsulları ilə alınması

  19. 19.
    Asanəriyən metallar və onların ərintiləriMühazirə

    Qalay, qurğuşun, sink, bismut kimi asanəriyən metalların metallurgiyası və bu metalların sənayedəki mövqeyi

  20. 20.
    Babbitlər və lehim ərintiləriMühazirə

    Sürtünmə əleyhinə ərintilər (babbitlər) və lehimləmə materiallarının tərkibi, mikrosturkturu və triboloji xassələri

  21. 21.
    Nəcib metalların ərintiləri. Qızıl ərintilərinin tərkibi və xassələri. Gümüş ərintilərinin tərkibi və xassələri. Platin ərintilərinin tərkibi və xassələriMühazirə

    Qiymətli metalların fiziki-kimyəvi xassələri, onlara legirləyici elementlərin qatılması ilə alınan ərintilərin strukturu.

  22. 22.
    Palladium ərintilərinin tərkibi və xassələri. Nəcib metal və ərintilərin tətbiqiMühazirə

    Palladium əsaslı ərintilərin spesifik xüsusiyyətləri (katalitik aktivlik və s.) və nəcib metalların elektrotexnika, tibb və kimya sənayesində tətbiqi.

  23. 23.
    Radioaktiv metallar və onların ərintiləriMühazirə

    Uran, torium və plutonium kimi radioaktiv metalların nüvə metallurgiyası, onların ərintilərinin reaktor texnologiyalarında istifadəsi.

  24. 24.
    Əlvan metal və ərintilərin termiki emalıMühazirə

    Əlvan metalların yumşaldılması, tablandırılması və süni/təbii qocaldılması kimi termiki emal növlərinin nəzəri əsasları

  25. 25.
    Təkrar əlvan metalların istehsalı üçün xammalMühazirə

    İkinci dərəcəli xammalın (qırıntı və tullantıların) təsnifatı, toplanması, çeşidlənməsi və sənaye dövriyyəsinə qaytarılması

  26. 26.
    Əlvan metalların ling və tullantılarının hazırlanması və ilkin təkrar emalıMühazirə

    Tullantıların mexaniki emalı, preslənməsi, xırdalanması və pirometallurji əridilməyə hazırlanması mərhələləri

  27. 27.
    Əlvan metal və ərintilərin yonqarlarının təkrar emalıMühazirə

    Mexaniki emal prosesindən yaranan metal yonqarlarının briketləşdirilməsi, yağdan/nəmdən təmizlənməsi və əridilməsi texnologiyası.

  28. 28.
    Alüminium və ərintilərinin təkrar istehsalıMühazirə

    İkinci dərəcəli alüminium tullantılarının əridilməsi, flüslərin tətbiqi ilə təmizlənməsi və keyfiyyətli ərintilərin bərpası

  29. 29.
    Təkrar mis və onun ərintiləri. Qara misin konvertorlaşdırılmasıMühazirə

    Mis qırıntılarından qara misin alınması, onun şlakdan ayrılması və təkrar konvertorlaşdırma prosesinin aparılması

  30. 30.
    Əlvan metalların istehsalında əməyin və ətraf mühitin mühafizəsiMühazirə

    Metallurgiya sənayesində ekoloji problemlər, qaz/toz tullantılarının təmizlənməsi sistemləri və işçi personalın əməyin mühafizəsi qaydaları

Ədəbiyyat

  1. Həsənli R.K., Poladov N.Q., Əliyev İ.A. “Əlvan metalların metalşünaslığı”, AzTU 2022, 412 s.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5