Fənn · Metallurgiya mühəndisliyi

Materialların struktur analiz metodlarıSillabus

İFS-3275y6 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-3275y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat – mühazirə; b) 15 saat – laboratoriya; c) 15 saat – məşğələ
Auditoriyadan kənar saatlar
a) 72 saat – sərbəst iş; b) 48 saat – hazırlıq

Fənn haqqında

Metalların makrostruktur tədqiqat üsullarını; Metalların mikrostruktur tədqiqat üsullarını; İşıqkeçirən elektron mikroskop üsulunu; Rastrov elektron mikroskop üsulunu; Rentgenstruktur analizin əsas üsullarını öyrənmələrini ehtiva edir

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • seminar
  • interaktiv müzakirə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Tələbələr metalların və qabaqcıl ərintilərin mikrostrukturunu, faza tərkibini və kristal qəfəs parametrlərini təyin edən müasir instrumental metodları mənimsəyəcəklər. Onlar optik və elektron mikroskopiyası (SEM, TEM), eləcə də rentgenstruktur analizi (XRD) avadanlıqlarının iş prinsiplərini dərindən qavrayacaqlar. Xüsusilə mürəkkəb kompozisiyalı (məsələn, 5 və daha çox komponentli yüksək entropiyalı) materiallarda yaranan intermetallid fazaların, nanostrukturların və ara qatların dəqiq diaqnostikası həyata keçiriləcək. Yekunda, tələbələr əldə edilən spektral və vizual məlumatları deşifrə edərək, materialın quruluşu ilə mexaniki xassələri arasındakı əlaqəni kəmiyyətcə qiymətləndirə biləcəklər.

  2. CLO 2: Bu fənn alüminium, mis, titan və maqnezium kimi əlvan metalların, eləcə də onların çoxkomponentli ərintilərinin fiziki-kimyəvi təbiətini araşdırır. Tələbələr əlvan ərintilərdə baş verən spesifik faza çevrilmələrini, o cümlədən təbii və süni köhnəlmə (dispers möhkəmlənmə) proseslərinin mexanizmlərini təhlil edəcəklər. Onlar sənaye tətbiqinə uyğun olaraq, detalın xassələrini optimallaşdırmaq üçün tələb olunan homogenləşdirici qızdırma və ya tablandırma rejimlərini tərtib etməyi öyrənəcəklər. Fənnin sonunda aerokosmik və elektronika sənayesində istifadə edilən xüsusi təyinatlı əlvan materialların termiki emal qüsurlarını aşkarlamaq və aradan qaldırmaq bacarığı yaranacaq.

Mövzu planı

  1. 1.
    Makro və mikrostrukturun tədqiqat üsullarıMühazirə

    Materialların həm makroskopik, həm də mikroskopik səviyyədə quruluşunun öyrənilməsi metodologiyası.

  2. 2.
    Metalların quruluşunun tədqiq etmə üsullarının təsnifatıMühazirə

    Metalların daxili quruluşunu və xassələrini öyrənmək üçün istifadə olunan müasir tədqiqat metodlarının ümumi təsnifatı

  3. 3.
    Makrostrukturun tədqiqatıMühazirə

    Metalların qırıqlarına və kəsiklərinə adi gözlə və ya zəif böyüdücülərlə baxaraq makrostruktur qüsurlarının təyini.

  4. 4.
    Mikrostrukturun tədqiqatı (mikroanaliz)Mühazirə

    Mikroskop vasitəsilə metalların dənəvər quruluşunun, fazaların və mikroskopik qüsurların incələnməsi

  5. 5.
    İşıqkeçirən elektron mikroskopMühazirə

    İşıqkeçirən (transmissiyalı) elektron mikroskopların (TEM) iş prinsipi, quruluşu və imkanları.

  6. 6.
    Metal və ərintilərin işıqkeçirən elektron mikroskop üsulu ilə tədqiqat üsulları.Mühazirə

    Metal və ərintilərdə dislokasiyaların, nano-fazaların işıqkeçirən elektron mikroskopla tədqiqi metodikası.

  7. 7.
    Metal və ərintilərin işıqkeçirən elektron mikroskop üsulu ilə tədqiqat üsulları

    Metal və ərintilərdə dislokasiyaların, nano-fazaların işıqkeçirən elektron mikroskopla tədqiqi metodikası

  8. 8.
    Rastr elektron mikroskopMühazirə

    Rastr (skanedici) elektron mikroskopunun (SEM) quruluşu, iş prinsipi və səth topoqrafiyasının öyrənilməsində rolu

  9. 9.
    REM-un köməyilə metalların tədqiqat üsullarıMühazirə

    Rastr Elektron Mikroskopu (REM) vasitəsilə metalların qırılma səthlərinin (fraktoqrafiya) və morfologiyasının öyrənilməsi.

  10. 10.
    Metal materialların tədqiqində rentgenstruktur analiz.Mühazirə

    Rentgen şüalarının difraksiyası əsasında metalların kristallik quruluşunun tədqiqi üsulu

  11. 11.
    Kristalloqrafiyanın əsas anlayış və düsturları. Kristalların quruluşu.Mühazirə

    Kristallik qəfəslər, sinqoniyalar, Miller indeksləri və kristalların həndəsi xüsusiyyətlərinin öyrənilməsi.

  12. 12.
    Metal materialların struktur vəziyyətinin analiziMühazirə

    Termiki və mexaniki emaldan sonra metal materialların strukturunda baş verən dəyişikliklərin və yaranan gərginliklərin tədqiqi

  13. 13.
    Rentgenspektral mikroanalizatorun quruluşuMühazirə

    Lokal kimyəvi analizi həyata keçirən rentgenspektral mikroanalizatorların optik və elektron quruluşu.

  14. 14.
    Əsas parametrlərMühazirə

    Struktur analiz metodlarında cihazların və sınaqların dəqiqliyini, həssaslığını müəyyən edən başlıca parametrlərin öyrənilməsi.

Ədəbiyyat

  1. Гуляев А.П. Металловедение. Москва. 2012.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5