Fənn · Metallurgiya mühəndisliyi
Əlvan metalların istehsalının əsasları
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
“Əlvan metaların istehsalının əsasları” fənninin tədrisində məqsəd 050627- “Metallurgiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrə əlvan metalların təsnifatı, xassələri, ərintilərinin istehsal texnologiyası və texnoloji əsaslarını mənimsətməkdən ibarətdir. Bunun üçün tələbələrə əlvan metalların əridilməsi, tökmə üsulları ilə müxtəlif təyinatlı töküklərin hazırlanması, əlvan metal ərintilərinin termiki emalı və sənayedə tətbiqi, əlvan metal yonqarlarının alınma proseslərini öyrətməkdir. Fənnin öyrənilməsində məqsəd əlvan metalların istehsal sahələri üçün ixtisasçılar hazırlamaqdır.Bu baxımdan sözügedən fənnin tədrisi aktualdır.
Fənn təlim nəticələri
CLO 1: "Əlvan metalların metalşünaslığı" fənni tələbələrə alüminium, mis, titan kimi metalların və onların ərintilərinin daxili quruluşunu, faza çevrilmələrini və xassələrini öyrədir. Tələbələr bu materialların yüngüllük və korroziyaya davamlılıq kimi xüsusiyyətlərini artırmaq üçün tətbiq edilən legirləmə və termiki emal texnologiyalarını mənimsəyirlər. Yekunda onlar aerokosmik, elektronika və avtomobil sənayesi layihələri üçün optimal əlvan metalları sərbəst seçmək və istehsalatda tətbiq etmək bacarığı qazanırlar.