Fənn · Mədən mühəndisliyi

Krsitolloqrafiya və minerologiyaSillabus

İF-36106y6 kreditYaz semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-36106y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Yaz semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat - mühazirə b) 15 saat - məşğələ
Auditoriyadan kənar saatlar
a) 72 saat - sərbəst iş b) 48 saat - hazırlıq

Fənn haqqında

Bu fənn mineralların daxili atom-kristallik quruluşunu, onların fiziki və kimyəvi xassələrini tədqiq edir. Tələbələr mineralları təyinat xüsusiyyətlərinə görə (rəng, sərtlik, forma) tanımağı və filiz yataqlarındakı yayılmasını öyrənirlər. Kurs xammalın mineraloji tərkibini bilməklə ən optimal emal metodlarının seçilməsinə kömək edir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Tələbə bu fənn vasitəsilə kristal qəfəslərin həndəsi quruluşunu, mineralların daxili quruluşu, fiziki və kimyəvi xassələri arasındakı əlaqəni dərindən öyrənir. Kursun sonunda tələbə mineralların təyini üçün zəruri olan kristallik sistemləri, optik və fiziki xüsusiyyətləri (rəng, parıltı, sərtlik, ayrılma) tanımağı bacarır. Fənn, müxtəlif mineral qruplarının (silikatlar, sulfidlər, oksidləri və s.) təsnifatını və onların yer qabığındakı yayılma qanunauyğunluqlarını əhatə edir. Tələbə mineralların filiz yataqlarındakı mövqeyini və onların zənginləşdirilmə qabiliyyətinə təsirini müəyyən edir. Bununla da, tələbə xammalın mineraloji tərkibini bilməklə ən optimal emal metodlarını seçmək bacarığına yiyələnir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

  1. S.T.Əmirov. «Kristalloqrafiya və Rentgenoqrafiya». Dərslik. Bakı, 2006, 198 səh.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5