Fənn · Mədən mühəndisliyi

Ümumi geologiya

İF-36104y6 kreditYaz semestriMəcburi

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Yaz

Tədris ili

—

Fənnin təsviri

Fənn Yerin daxili və xarici quruluşu, geoloji proseslər və mineralların formalaşması haqqında baza məlumatlarını verir. Tələbələr tektonik prosesləri, süxurların təsnifatını və geoloji xəritələri oxumaq vərdişlərini mənimsəyirlər. Kurs geoloji hadisələrin mədən-çıxarma işlərinin səmərəliliyinə və təhlükəsizliyinə təsirini qiymətləndirməyi öyrədir.

Fənn təlim nəticələri

  1. CLO 1: Bu fənn tələbəyə yerin quruluşu, tərkibi, Yer kürəsində gedən geoloji proseslər (endogen və ekzogen) və onların dağ-mədən sənayesindəki əhəmiyyəti haqqında ilkin biliklər verir. Kursun sonunda tələbə süxur və mineralların təsnifatını aparmağı, geoloji xəritələri oxumağı və tektonik prosesləri interpretasiya etməyi bacarır. Fənn, Yer kürəsinin tarixi inkişafı, müxtəlif süxur qatlarının formalaşması və onların faydalı qazıntıların yaranması ilə əlaqəsini əhatə edir. Tələbə geoloji proseslərin mədən-çıxarma işlərinin təhlükəsizliyinə və səmərəliliyinə təsirini qiymətləndirir. Beləliklə, tələbə mədən mühəndisliyi üçün zəruri olan geoloji təfəkkür və baza hazırlığına yiyələnir.