Fənn · Materiallar mühəndisliyi

Tərsimi həndəsə və mühəndis qrafikasıMövzu planı

İF-3929y6 kreditYaz semestriMəcburi

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

27 mövzu
  1. 1. Giriş. Proyeksalama üsulları haqqında. Nöqtənin ortoqonal proyeksiyaları. Monj epürü. Nöqtənin iki və üç müstəviyə ortoqonal proyeksiyalanması. Nöqtənin xüsusi vəziyyətləri. Nöqtənin rüblərdə və oktandlarda təsviri haqqında.(M)

    Mühazirə
  2. 2. Düz xəttin epürdə təsviri. Düz xəttin proyeksiya müstəvilərinə nəzərən xüsusi vəziyyətləri. Nöqtənin düz xəttə mənsub olması şərti. Düz xəttin izi. Düz xətt parçasının həqiqi boyunun (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz olunması üsulu ilə) təyini. Fəzada iki düz xəttin qarşılıqlı vəziyyəti.(M)

    Mühazirə
  3. 3. Müstəvilərin verilməsi üsulları və epürdə təsviri. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması şərti. Müstəvinin baş xətləri. Müstəvinin proyeksiya müstəvilərinə nəzərən xüsusi vəziyyətləri. (M)

    Mühazirə
  4. 4. İki müstəvinin, düz xətlə müstəvinin kəsişməsi. Düz xətlə müstəvinin və iki müstəvinin paralelliyi və perpendikulyarlığı.(M)

    Mühazirə
  5. 5. Çoxüzlülər. Çoxüzlülərin ortoqonal proyeksiyaları (piramida və prizma). Nöqtənin çoxüzlülüyə mənsubluğu. Çoxüzlünün müstəvi və düz xətlə kəsişməsi.(M)

    Mühazirə
  6. 6. Əyri xətlər. Texnikada istifadə edilən əyri xətlər və onların ortoqonal proyeksiyalarının qurulması. Yiv xətti. Səthlərin növləri. Fırlanma səthləri: silindr, konus, sfera və tor səthlərinin ortoqonal proyeksiyalarının qurulması. Nöqtənin fırlanma səthlərinə mənsubluğu. Fırlanma sətlərinin müstəvi və düz xətlə kəsişməsi.(M)

    Mühazirə
  7. 7. Çoxüzlü və fırlanma sətlərinin açılışı. Prizma, piramida, silindr və konus səthlərinin tam açılışı.(M)

    Mühazirə
  8. 8. Kəsən müstəvilər və konsentrik sferalar üsulu. İki səthin kəsişməsində xüsusi hallar.(M)

    Mühazirə
  9. 9. Çertyojların tərtibi üçün bəzi standartlar (formatlar, miqyaslar, çertyoj xətləri, şriftlər). Əsas yazının (künc ştampının) yerinə yetirilməsi qaydaları. (S)

    Məşğələ
  10. 10. Tərsimi həndəsnin predmeti haqqında. Nöqtə bəhsinə aid məsələ həlli. Nöqtənin iki və üç müstəviyə ortoqonal proyeksiyalanması. sərbət işin tapşırıqlarının verilməsi və izahı.(S)

    Məşğələ
  11. 11. Düz xəttin epürdə təsviri. Nöqtənin düz xəttə mənsubluğu. Parçanın verilmiş nisbətdə bölünməsi. Düz xəttin əsl boyunun tapılmasına aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (1- ci məsələ).(S)

    Məşğələ
  12. 12. Düz xəttin xüsusi vəziyyətləri. Düz xəttin izi və iki düz xəttin qarşılıqlı vəziyyəti mövzusunda məsələ həlli.(S)

    Məşğələ
  13. 13. Müstəvilərin verilməsi üsulları. Düz xəttin və nöqtənin müstəviyə mənsub olmasına və müstəvinin baş xətləri bəhsinə aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ).(S)

    Məşğələ
  14. 14. Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsi bəhsinə aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (3- ci məsələ).(S)

    Məşğələ
  15. 15. Düz xətlə müstəvinin və iki müstəvinin paralelliyi və perpendikul yarlığı. Mövqe və metrik məsələlərə aid məşğələ(S)

    Məşğələ
  16. 16. Çoxüzlülərin ortoqonal proyeksiyaları. Nöqtənin çoxüzlülüyə mənsubluğu bəhsinə aid məsələ həlli.(S)

    Məşğələ
  17. 17. Çoxüzlünün müstəvi və düz xətlə kəsişməsi mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (6-ci məsələ).(S)

    Məşğələ
  18. 18. Çoxüzlü səthlərdən ibarət fiqurların ortoqonal proyeksiyaları mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (7-ci məsələ).(S)

    Məşğələ
  19. 19. Fırlanma səthləri. Silindr, konus, sfera və tor - fırlanma səthlərinin ortoqonal proyeksiyalarının qurulması. Nöqtənin fırlanma səthlərinə mənsubluğuna aid məsələ həlli.(S)

    Məşğələ
  20. 20. Fırlanma səthlərin müstəvi və düz xətlə kəsişməsi, fiqurların ortoqonal proyeksiyaları mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (8- ci məsələ).(S)

    Məşğələ
  21. 21. Çoxüzlülərin açılışı mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (9- cu məsələ).(S)

    Məşğələ
  22. 22. Fırlanma səthlərin açılışı mövzusuna aid məsələ həlli. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (10-cu məsələ).(S)

    Məşğələ
  23. 23. İki səthlərin kəsişməsi mövzusuna aid məsələ həlli.(S)

    Məşğələ
  24. 24. LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması

    Laboratoriya
  25. 25. LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması və həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun sadə konturların çəkilməsi ölçülərinin qoyulması.

    Laboratoriya
  26. 26. LAB. №3. AutoCAD proqramında həndəsi qurmalar əsasında sadə konturların çəkilməsi və stillərdən istifadə etməklə ölçülərinin qoyulması.

    Laboratoriya
  27. 27. LAB. №4. AutoCAD proqramında verilmiş xüsusi vəziyyətli müstəvilə kəsilmiş fəza fiqurunun hər üç proyeksiyasının qurulması və çapı .

    Laboratoriya