Fənn · Materiallar mühəndisliyi

Material istehsalı avadanlıqları

İF-3290y5 kreditPayız semestriMəcburi

Fənn haqqında

Kredit

5

İş yükü

150saat

Semestr

Payız

Tədris ili

—

Fənnin təsviri

“Material istehsalı avadanlıqları” fənninin tədris olunmasında əsas məqsəd materiallar istehsalında istifadə olunan avadanlıqlar haqqında məlumatlarla bakalavrları tanış etməkdir. Bu məqsədlə metallurgiya, ovuntu metallurgiyası, təzyiqlə emal, tökmə və qaynaq istehsalı, qeyri – metal materialların istehsalı və materialların sınaq avadanlıqlarının konstruksiyalarını və iş prinsipini tələbələrə öyrətmək, müvafiq struktur və analiz metodlarından, proqram-texniki vasitələrdən istifadə bacarığını aşılamaqdır. Bu isə müasir avadanlıqların materiallar istehsalının bütün sahələrinə geniş surətdə nüfuz etdiyi bir şəraitdə gələcək mütəxəssislərin səmərəli fəaliyyətinə kömək edəcəkdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Tələbələr müasir metallurgiya və material istehsalı müəssisələrində istifadə olunan əsas texnoloji avadanlıqların iş prinsiplərini mənimsəyəcəklər. Onlar əritmə, tökmə və təzyiqlə emal proseslərini həyata keçirən aqreqatların konstruktiv xüsusiyyətlərini təhlil etməyi bacaracaqlar. Fənnin sonunda tələbələr istehsalat prosesinə uyğun avadanlıq seçimini və onların istismar qaydalarını elmi şəkildə əsaslandıra biləcəklər. Həmçinin, mühəndis kimi avadanlıqların məhsuldarlığının hesablanması və proses zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi bacarıqları formalaşacaq.