Ümumi məlumat
- Fənn kodu
- İF-3288y
- Kredit
- 4
- Tələbənin iş yükü
- 120
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 mühazirə
- Auditoriyadan kənar saatlar
- a) 54 saat sərbəst iş b) 36 saat - hazırlıq
Fənn haqqında
“İxtisasa giriş” fənninin məqsədi 050623 - “Materiallar mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsilalanlara ixtisasın peşə hazırlığı və seçmə fənnlər üzrə geniş məlumat verməkdən ibarətdir. Tələbələrin ixtisas fənləri üzrə məlumatlandırılması, onlarda ixtisasları üzrə ümumi fikrin formalaşmasına şərait yaradır.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- təqdimatlar
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: Kursun məqsədi tələbələri metallurgiya və materialşünaslıq mühəndisliyinin tarixi, inkişaf perspektivləri və müasir sənayedəki rolu ilə yaxından tanış etməkdir. Tələbələr ixtisasın əhatə etdiyi əsas elmi tədqiqat istiqamətləri və gələcək karyera imkanları barədə sistemli biliklər əldə edəcəklər. Fənn həmçinin tədris planındakı digər ixtisas fənlərinin bir-biri ilə məntiqi əlaqəsini və zəruriliyini anlamağa kömək edir. Yekunda, tələbələr peşəkar mühəndis etikasını və iqtisadi dayanıqlı inkişaf prinsiplərini dərk edərək akademik fəaliyyətlərinə möhkəm baza yaradacaqlar.
Mövzu planı
- 1.Materiallar haqqında məlumatMühazirə
Materialların təbiəti, sənaye və texnikada tətbiq olunan konstruksiya və alət materiallarının ümumi icmalı, materialların seçilməsinin mühəndislik əsasları.
- 2.Materialşünaslığın problemləri və məqsədiMühazirə
Müasir materialşünaslığın qarşısında duran əsas çağırışlar, yüksək möhkəmlik və dayanıqlıq əldə etməyin yolları, elmi-tədqiqatın əsas hədəfləri.
- 3.Tarixi dövrdən asılı olaraq materialların növləriMühazirə
Daş, bürünc, dəmir dövrlərindən müasir dövrə qədər materialların təkamülü, materialların istehsal texnologiyasının cəmiyyətin inkişafına təsiri.
- 4.Materialların təkrar emalıMühazirə
İkinci dərəcəli xammalın (metal, polimer, şüşə) yenidən emal texnologiyaları, resurslara qənaət və ekoloji səmərəliliyin əsasları.
- 5.Materialların fiziki-kimyəvi xassələriMühazirə
Materialların strukturunu müəyyən edən fiziki xassələr (istilik, elektrik, maqnit) və kimyəvi aktivliyi, korroziyaya və oksidləşməyə qarşı dayanıqlığı.
- 6.Kompozisiya materiallarıMühazirə
İki və daha çox müxtəlif materialın birləşməsindən alınan kompozitlərin mahiyyəti, matris və armaturlayıcı faza anlayışları.
- 7.Yeni nəsil materiallarıMühazirə
Aerokosmik, nüvə və yüksək temperaturlu sənaye sahələrində istifadə olunan, xüsusi xassələrə malik yeni nəsil materialların xüsusiyyətləri.
- 8.Metal və qeyri-metal materiallarMühazirə
Metal, polimer, keramika və digər qeyri-metal materialların müqayisəli təhlili, onların atomar quruluşu və mexaniki xüsusiyyətlərinin fərqləri.
- 9.Sintetik, təbii üzvi materiallarMühazirə
Təbii polimerlər (sellüloz, kauçuk) və sintetik polimerlərin (plastik kütlələr, süni liflər) xassələri, istehsal prinsipləri və tətbiqi.
- 10.Materialların quruluş nəzəriyyəsiMühazirə
Metalların və qeyri-metalların kristal qəfəs tipləri, qəfəs qüsurları, faza diaqramlarının qurulması və strukturun materialın xassələrinə təsiri.
- 11.Armaturlaşdırılmış kompozisiya materiallarıMühazirə
Lifli və dispers armaturlanmış materialların möhkəmləndirilmə mexanizmləri, yükün matrisdən liflərə ötürülməsi prinsipləri.
- 12.Ovuntu materiallarıMühazirə
Toz metallurgiyasının əsasları, metal tozlarının alınması, preslənməsi və yüksək temperaturda bişirilməsi (sinterlənmə) prosesləri.
- 13.Nanomateriallar və nanotexnologiyaların əsaslarıMühazirə
Nanomiqyaslı (1-100 nm) strukturların kvant effektləri, nanomaterialların (nanoborular, nanohissəciklər) unikal fiziki-mexaniki xassələri.
- 14.Polimer və kompozision materiallarMühazirə
Polimer matrisli kompozitlərin (şüşəplastik, karbonplastik) hazırlanması, polimerlərin kimyəvi davamlılığı və kompozitlərdəki funksional rolu.
- 15.Keramik kompozision materiallarMühazirə
Yüksək temperatura davamlılıq, bərklik və kimyəvi inertlik xassələrinə malik olan keramik matrisli kompozitlərin istehsalı və tətbiqi sahələri.
Ədəbiyyat
- R.i.Şükürov., Metalşünaslıq və termiki emal., Bakı Sabah, 2020
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |