Fənn · Materiallar mühəndisliyi
İxtisasa girişCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 | PLO 7 | PLO 8 | PLO 9 |
|---|---|---|---|---|---|---|---|---|---|
| CLO 1CLO-92897Kursun məqsədi tələbələri metallurgiya və materialşünaslıq mühəndisliyinin tarixi, inkişaf perspektivləri və müasir sənayedəki rolu ilə yaxından tanış etməkdir. Tələbələr ixtisasın əhatə etdiyi əsas elmi tədqiqat istiqamətləri və gələcək karyera imkanları barədə sistemli biliklər əldə edəcəklər. Fənn həmçinin tədris planındakı digər ixtisas fənlərinin bir-biri ilə məntiqi əlaqəsini və zəruriliyini anlamağa kömək edir. Yekunda, tələbələr peşəkar mühəndis etikasını və iqtisadi dayanıqlı inkişaf prinsiplərini dərk edərək akademik fəaliyyətlərinə möhkəm baza yaradacaqlar. | uyğundur | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
Riyaziyyat, fiziki-kimya, mexanika və kristalloqrafiya sahəsində fundamental biliklərə yiyələnmək və onları materialşünaslıq məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.
Töhfə verən: CLO 1
PLO 2
Materialların daxili quruluşunu, mikro və makroquruluşlarını, materialların əsas xassələrinin onların tərkibindən və quruluşundan asılılığını öyrətmək.
Töhfə verən: CLO 1
PLO 3
Fiziki-kimyəvi proseslərin və qanunauyğunluqların mahiyyətini, termodinamikanın qanunlarını, materialların istehsalı zamanı baş verən fiziki-kimyəvi prosesləri mənimsətmək və lazım olan xassəyə malik materialın əldə edilməsi üçün texnoloji prosesi tənzimləmək bacarığı formalaşdırmaq.
Bu fənndən töhfə yoxdur
PLO 4
Müasir fiziki-kimyəvi analiz üsulları (rentgenoqrafiya, diferensial-termiki analiz, elektron mikroskopiyası) haqqında nəzəri biliklərə yiyələnmək və bu analizlərin həyata keçirilməsi üçün istifadə olunan cihazlarda işləmək bacarığı aşılamaq.
Bu fənndən töhfə yoxdur
PLO 5
Materialların mənşəyi, quruluşu və xassələri haqqında nəzəri və praktiki biliklərə yiyələnməklə, konstruksiya və qurğuların istismar şəraitinə uyğun materialların seçilməsi bacarığı formalaşdırmaq.
Bu fənndən töhfə yoxdur
PLO 6
Materialların unifikasiya və standartlaşdırma səviyyəsini təmin etməklə müasir insanların dayanmadan artan tələbatını və daima dəyişən zövqünü təmin edən materiallar istehsal etmək bacarığı qazandırmaq.
Bu fənndən töhfə yoxdur
PLO 7
Yeni növ material tərkiblərinin və istehsal texnologiyalarının işlənməsində informasiya texnologiyalarından (SolidWorks, SolidCam, ANSYS və s.) istifadə bacarığı aşılamaq.
Bu fənndən töhfə yoxdur
PLO 8
Materialların təkrar emalı və istifadəsi, sənaye tullantıları əsasında məmulat istehsalının xüsusiyyətlərini, texniki-iqtisadi səmərəliliyi və ekoloji təhlükəsizliyi mənimsətmək.
Bu fənndən töhfə yoxdur
PLO 9
Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq, elmi-texniki tərəqqiyə uyğun olaraq bilik və bacarıqlarını daim təkmilləşdirmək və ömürboyu təhsil almaq vərdişləri aşılamaq.
Bu fənndən töhfə yoxdur