Ümumi məlumat
- Fənn kodu
- İF-3287y
- Kredit
- 4
- Tələbənin iş yükü
- 120
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 45 saat - mühazirə b) 30 saat - laboratoriya
Fənn haqqında
Fənnin tədrisi «050623 - “Materiallar mühəndisliyi”» ixtisası üzrə ixtisaslaşan tələbələrin: Kristalın atom quruluşunun qanunauyğunluqlarını; Kristallarda anizotropiyanın səbəblərini; Kristalloqrafik oxlar, müstəvilər və simmetriya mərkəzləri haqqında məlumatları; Simmetriya elementləri və əməliyyatlarını; Kristalloqrafiyanın əsas qanunlarını; Kristalloqrafik indeksləşmə üsullarını; Veys parametrləri və Miller indekslərini; Kristalloqrafik kateqoriyalar və sinqoniyaları; Brave qəfəslərini; Tərs qəfəslərin mahiyyətini; Rentgenstruktur analizin əsas üsullarını öyrənmələrini ehtiva edir
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Kursun sonunda tələbə rentgen-struktur analizi və difraksiya metodlarının fiziki əsaslarını mənimsəyərək, materialşünaslıqda tətbiq olunan elmi-tədqiqat üsullarını praktikada tətbiq etmək bacarığına yiyələnir.
Mövzu planı
- 1.Kristallik maddələr. KristallaşmaMühazirə
Kristallik maddələrin təbiəti, əmələ gəlmə mexanizmləri və kristallaşma prosesinin fiziki əsaslarının öyrənilməsi.
- 2.Kristalların anizotropiyası və simmetriyası.Mühazirə
Kristallik mühitlərdə fiziki xassələrin istiqamətdən asılılığı (anizotropiya) və kristal quruluşunun simmetriya xüsusiyyətlərinin təhlili.
- 3.Kristalların quruluşu və fəza qəfəsiMühazirə
İdeal və real kristalların daxili həndəsi quruluşu, fəza qəfəsinin elementləri və qovşaq nöqtələri anlayışları.
- 4.Kristallarda bucaqların sabitliyi qanunu. Vulf-Breqq düsturu.Mühazirə
Steno qanunu (bucaqların sabitliyi) və rentgen şüalarının kristallarda difraksiyasını təsvir edən Vulf-Breqq tənliyinin ($2d \sin \theta = n\lambda$) izahı.
- 5.Veys parametrləri və Miller indeksləri.Mühazirə
Kristalloqrafik müstəviləri kəsən oxların parametrləri (Veys) və onların tərsi olan, beynəlxalq standart kimi qəbul edilmiş Miller indekslərinin təyini.
- 6.Tam ədədlər qanunu. Brave qanunu.Mühazirə
Kristalloqrafiyanın əsas həndəsi qanunlarından olan Hauinin tam ədədlər qanunu və üzlərin inkişaf ehtimalını izah edən Brave qanunu.
- 7.Kristal üzlərinin və tillərinin qovşaq torları (sıxlıqları) ilə əlaqəsini göstərən qanunauyğunluqları izah edə biləcəklər.Mühazirə
Üçölçülü kristal formalarının ikiölçülü müstəvidə təsvir edilməsi üsulları, xüsusən sferik proyeksiyanın qurulma prinsipləri.
- 8.Stereoqrafik proyeksiya.Mühazirə
Sferik proyeksiyanın ekvator müstəvisinə köçürülməsi yolu ilə alınan stereoqrafik proyeksiyanın xüsusiyyətləri və tətbiqi (Vulf toru).
- 9.Qnomostereoqrafik proyeksiya. Qnomonik proyeksiya.Mühazirə
Qnomonik və qnomostereoqrafik proyeksiyaların həndəsi əsasları, onların qurulma mexanizmləri və rentgenoqramların oxunmasında rolu.
- 10.Kristal çoxüzlülərdə simmetriya elementləri.Mühazirə
Simmetriya mərkəzi, simmetriya oxları və simmetriya müstəviləri daxil olmaqla, makroskopik kristallar üçün xarakterik olan əsas simmetriya elementləri.
- 11.Kristalloqrafik kateqoriyalar və sinqoniyalar.Mühazirə
32 simmetriya sinfinin 7 sinqoniya (triklin, monoklin, rombik, triqonal, tetraqonal, heksaqonal, kubik) və 3 kateqoriya (aşağı, orta, ali) üzrə təsnifatı.
- 12.Brave qəfəsləriMühazirə
Təbiətdə mövcud ola bilən 14 fərqli fəza (Brave) qəfəsi tipləri, onların həndəsi parametrləri və mərkəzləşmə növləri.
- 13.Tərs qəfəsMühazirə
Düz fəza qəfəsi ilə əlaqəli olan riyazi abstraksiya - tərs qəfəs anlayışı, onun vektorları və difraksiya mənzərəsinin izahında istifadəsi.
- 14.Rentgenstruktur analizin əsas üsulları.Mühazirə
Kristalların daxili quruluşunu tədqiq etmək üçün istifadə olunan rentgenstruktur analizi, xüsusən Laue, fırlanma və toz (Debay-Şerrer) metodları.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |