Fənn · Materiallar mühəndisliyi

Materialların təkrar emalıSillabus

İF-3080y 7 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3080y
Kredit
7
Tələbənin iş yükü
210
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat - mühazirə, b)15 saat - məşğələ, c) 15 saat laboratoriya
Auditoriyadan kənar saatlar
a) 81 saat - sərbəst iş b) 54 saat - hazırlıq

Fənn haqqında

Istifadə olunmuş, yeyilmə, dağılma və s. səbəblərdən sıradan çıxmış tullantıların təkrar emalı texnologiyalarının tətbiqi ilə onların yenidən istismara qaytarılması məsələlərini tələbələrə aşılamaq, tətbiq edilən emal texnologiyalarının və rejimlərinin düzgün seçilməsi, materialların xassələrinin və strukturunun öyrənilməsini tələbələrə mənimsətməkdən ibarətdir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • seminar
  • təqdimatlar
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: "Materialların təkrar emalı" fənni üzrə ümumi təlim nəticələri tələbələrə müxtəlif materialların (metal, plastik, şüşə, kağız və s.) təkrar emalı texnologiyalarını, dövri iqtisadiyyat və dayanıqlı inkişaf prinsiplərini dərindən mənimsədir. Tələbələr tullantıların çeşidlənməsi, fiziki-mexaniki və kimyəvi emal üsullarını öyrənərək, təkrar xammalın sənayedə yenidən istifadəsi proseslərini təhlil etmək bacarığına yiyələnirlər. Kurs müddətində onlar təkrar emal proseslərinin ekoloji təsirlərini, iqtisadi səmərəliliyini və məhsulun həyat dövrü qiymətləndirilməsini (LCA) aparmağı öyrənirlər. Eyni zamanda, gələcək mütəxəssislər ekoloji dizayn (eco-design) prinsiplərinə uyğun olaraq, istehsal olunacaq məhsulların gələcəkdə daha asan təkrar emal edilə bilməsi üçün mühəndislik həlləri hazırlamaq vərdişləri qazanırlar. Yekunda əldə edilən bu kompleks biliklər sənayedə tullantıların minimuma endirilməsi və resurslardan qənaətlə istifadə sahəsində effektiv layihələr həyata keçirməyə imkan verir.

Mövzu planı

  1. 1.
    Təkrar emal prosesinin ümumi xarakteristikası. Əritmə prosesinin əsas texnoloji parametrləri.Mühazirə

    İkinci dərəcəli xammalın təkrar emalı proseslərinə giriş, əritmə əməliyyatlarının fiziki-kimyəvi əsasları və texnoloji parametrlərin (temperatur, təzyiq, zaman) idarə olunması.

  2. 2.
    Təkrar əritmə üçün şixtə materialları. Təkrar əritmədə istifadə olunan çuqunlar. Ferroərintilər. Yanacaqlar. Flüslər.Mühazirə

    Təkrar metallurgiyada istifadə olunan xammal bazası, o cümlədən şixtə materialları, ferroərintilər, soba yanacaqları və flüslərin (əridicilərin) xüsusiyyətləri.

  3. 3.
    Çuqunun vaqrankada təkrar əridilməsi. Müasir vaqrankanın xarakterik xüsusiyyəti. Vaqrankanın zonaları və bu zonalarda baş verən proseslər. Vaqrankalarının üstünlük və çatışmamazlıqları.Mühazirə

    Şaxtalı əritmə sobalarının (vaqrankaların) konstruksiyası, daxili zonalarında gedən termofiziki və kimyəvi proseslər, həmçinin bu sobaların istismar göstəriciləri.

  4. 4.
    Elektrik sobalarında çuqunun təkrar əridilməsi. Təkrar əritmə üçün elektrik sobalarının növləri. Çuqunun qövs sobalarında əridilməsinin xarakterik xüsusiyyəti. İnduksiya sobalarında çuqunun əridilməsi.Mühazirə

    Elektrik qövs və induksiya sobalarında çuqunun təkrar əridilməsi texnologiyaları, fərqli soba növlərinin müqayisəli analizi və enerji səmərəliliyi.

  5. 5.
    Təkrar əritmə ilə yüksək keyfiyyətli çuqunun alınması. Elektroəritmənin tətbiqi ilə yüksək keyfiyyətli çuqunun alınması. Çuqunun modifikatorlarla və digər əlavəliklərlə emalı. Çuqunun qazlarla və tozqaz qatışıqları ilə emalı. Sobadan kənar emalı.Mühazirə

    Modifikatorlar, xüsusi qazlar və tozqaz qatışıqları vasitəsilə çuqunun strukturunun yaxşılaşdırılması və sobadankənar emal texnologiyaları.

  6. 6.
    Təkrar poladın əridilməsinin ümumi xarakteristikası. Marten sobalarında poladın əridilməsi. Əsasi və turş marten prosesinin xüsusiyyətləri.Mühazirə

    İkinci dərəcəli xammaldan poladın alınması prinsipləri, soba daxilindəki mühitə görə fərqlənən əsasi və turş Marten proseslərinin metallurgiya xüsusiyyətləri.

  7. 7.
    Poladın konverterdə alınması.Mühazirə

    Oksigen konverteri istehsalatının texnoloji xüsusiyyətləri, təkrar xammalın prosesə cəlb edilməsi və maye poladın fiziki-kimyəvi xassələrinin formalaşması.

Ədəbiyyat

  1. И.Ф. Худякова., Технология вторичных цветных металлов., M.M., 1981
  2. 1. Z.Q.Məmmədov, S.N.Namazov, "Termiki emal texnologiyası" Bakı 2012, 543 s.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5