Fənn · Materiallar mühəndisliyi

Materialların təkrar emalıCLO↔PLO matrisi

İF-3080y 7 kreditYaz semestriMəcburi2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

1 CLO × 9 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6PLO 7PLO 8PLO 9
CLO 1CLO-28808"Materialların təkrar emalı" fənni üzrə ümumi təlim nəticələri tələbələrə müxtəlif materialların (metal, plastik, şüşə, kağız və s.) təkrar emalı texnologiyalarını, dövri iqtisadiyyat və dayanıqlı inkişaf prinsiplərini dərindən mənimsədir. Tələbələr tullantıların çeşidlənməsi, fiziki-mexaniki və kimyəvi emal üsullarını öyrənərək, təkrar xammalın sənayedə yenidən istifadəsi proseslərini təhlil etmək bacarığına yiyələnirlər. Kurs müddətində onlar təkrar emal proseslərinin ekoloji təsirlərini, iqtisadi səmərəliliyini və məhsulun həyat dövrü qiymətləndirilməsini (LCA) aparmağı öyrənirlər. Eyni zamanda, gələcək mütəxəssislər ekoloji dizayn (eco-design) prinsiplərinə uyğun olaraq, istehsal olunacaq məhsulların gələcəkdə daha asan təkrar emal edilə bilməsi üçün mühəndislik həlləri hazırlamaq vərdişləri qazanırlar. Yekunda əldə edilən bu kompleks biliklər sənayedə tullantıların minimuma endirilməsi və resurslardan qənaətlə istifadə sahəsində effektiv layihələr həyata keçirməyə imkan verir.uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğunduruyğun deyiluyğunduruyğundur

Proqram təlim məqsədləri

  1. PLO 1

    Riyaziyyat, fiziki-kimya, mexanika və kristalloqrafiya sahəsində fundamental biliklərə yiyələnmək və onları materialşünaslıq məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.

    Bu fənndən töhfə yoxdur

  2. PLO 2

    Materialların daxili quruluşunu, mikro və makroquruluşlarını, materialların əsas xassələrinin onların tərkibindən və quruluşundan asılılığını öyrətmək.

    Bu fənndən töhfə yoxdur

  3. PLO 3

    Fiziki-kimyəvi proseslərin və qanunauyğunluqların mahiyyətini, termodinamikanın qanunlarını, materialların istehsalı zamanı baş verən fiziki-kimyəvi prosesləri mənimsətmək və lazım olan xassəyə malik materialın əldə edilməsi üçün texnoloji prosesi tənzimləmək bacarığı formalaşdırmaq.

    Bu fənndən töhfə yoxdur

  4. PLO 4

    Müasir fiziki-kimyəvi analiz üsulları (rentgenoqrafiya, diferensial-termiki analiz, elektron mikroskopiyası) haqqında nəzəri biliklərə yiyələnmək və bu analizlərin həyata keçirilməsi üçün istifadə olunan cihazlarda işləmək bacarığı aşılamaq.

    Bu fənndən töhfə yoxdur

  5. PLO 5

    Materialların mənşəyi, quruluşu və xassələri haqqında nəzəri və praktiki biliklərə yiyələnməklə, konstruksiya və qurğuların istismar şəraitinə uyğun materialların seçilməsi bacarığı formalaşdırmaq.

    Bu fənndən töhfə yoxdur

  6. PLO 6

    Materialların unifikasiya və standartlaşdırma səviyyəsini təmin etməklə müasir insanların dayanmadan artan tələbatını və daima dəyişən zövqünü təmin edən materiallar istehsal etmək bacarığı qazandırmaq.

    Töhfə verən: CLO 1

  7. PLO 7

    Yeni növ material tərkiblərinin və istehsal texnologiyalarının işlənməsində informasiya texnologiyalarından (SolidWorks, SolidCam, ANSYS və s.) istifadə bacarığı aşılamaq.

    Bu fənndən töhfə yoxdur

  8. PLO 8

    Materialların təkrar emalı və istifadəsi, sənaye tullantıları əsasında məmulat istehsalının xüsusiyyətlərini, texniki-iqtisadi səmərəliliyi və ekoloji təhlükəsizliyi mənimsətmək.

    Töhfə verən: CLO 1

  9. PLO 9

    Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq, elmi-texniki tərəqqiyə uyğun olaraq bilik və bacarıqlarını daim təkmilləşdirmək və ömürboyu təhsil almaq vərdişləri aşılamaq.

    Töhfə verən: CLO 1