Ümumi məlumat
- Fənn kodu
- İPFS-B07
- Kredit
- 5
- Tələbənin iş yükü
- 150
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Qiyabi
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- Mühazirə:18 Seminar:0 Laboratoriya:6
- Auditoriyadan kənar saatlar
- TSİ:75,6 MRTSİ: 50,4
Fənn haqqında
“Texnoloji proseslərdə avtomatlaşdırılmış layihələndirmə sistemləri” (TP ALS / CAPP) fənni “Maşın mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş, ixtisas-peşə hazırlığı qrupuna aid mühüm seçmə fəndir. Fənnin əsas məqsədi müasir istehsalat müəssisələrində texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsinin ümumi prinsipləri, metodologiyası və idarəetmə sistemləri barədə tələbələrdə fundamental mühəndislik bilikləri formalaşdırmaqdır. Kurs proqramı çərçivəsində marşrut texnologiyasının, əməliyyatların və texnoloji keçidlərin avtomatlaşdırılmış layihələndirilməsi, eləcə də bu proseslərdə tətbiq edilən xüsusi alqoritmlər dərindən öyrədilir. Müasir sənayenin tələbləri diqqətə alınaraq, məmulatın layihələndirilməsi və hazırlanması proseslərinə fasiləsiz nəzarəti təmin edən PDM (Məhsul haqqında məlumatların idarə edilməsi), MRP (Material tələbatının planlaşdırılması) və CPC (Birgə məhsul ticarəti) kimi qabaqcıl inteqrasiyalı informasiya sistemlərinin şərhinə xüsusi yer verilir. Bu fənnin mənimsənilməsi sayəsində gələcək mühəndislər istehsalat problemlərinin həllində müasir informasiya texnologiyalarından səmərəli istifadə etməyi, texnoloji məsələlərin düzgün qoyuluşunu aparmağı, hesablama proseslərini təşkil etməyi və standart hesabatları rəqəmsal mühitdə tərtib etməyi öyrənirlər. Kurs tələbələrə yeni nəsil TP ALS proqram təminatları ilə işləmək üçün zəruri olan praktiki vərdişləri və mühəndislik səriştələrini aşılayır.
Tədris metodları
- mühazirə
- case study
- təqdimatlar
- interaktiv müzakirə
- laboratoriya işi
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
- 1. Hüseynov H.Ə. Maşın və cihazqayırmada texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirmə sistemləri. Ali texniki məktəblər üçün dərslik. Bakı ”Təhsil” NPM, 2013, 350 s.
- 2. Mövlazadə V.Z. Maşınqayırma texnologiyası. II hissə «Maşınqayırma texnoloji proseslərinin layihələndirilməsi». Ali texniki məktəblər üçün dərslik.-Bakı, «Elm», 2008.-566s. Hüseynov H.Ə. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsasları. Ali texniki məktəblər üçün dərslik. Bakı, “Təhsil” NPM, 2010, 408 s.
- Əhmədov M.A., Hüseynov A.H., Məmmədyarov C.F. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsasları, “Sumqayıt” nəşriyyatı, Dərslik, Bakı, 2003, 242 s.
- 4. Hüseynov H.Ə. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsasları. Bakı, AzTU, 1995, 111 s.
- 5. Горянский Г .К. Технологическое проектирование в комплексны х автоматизированных системах подготовки производства /Г .К. Горянский Э .И., Бендерова . – М.: Машиностроение , 2001. – 456 с.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |