Fənn · Maşın mühəndisliyi (bachelor)

Texnoloji proseslərdə avtomatlaşdırılmış layihələndirmə sistemləriSillabus

İPFS-B07 (qiyabi)5 kreditPayız semestriSeçmə2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İPFS-B07 (qiyabi)
Kredit
5
Tələbənin iş yükü
150
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Seçmə
Təhsil forması
Qiyabi
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
Mühazirə:24 Seminar0 : Laboratoriya:10
Auditoriyadan kənar saatlar
TSİ: 70 MRTSİ: 46

Fənn haqqında

“Texnoloji proseslərdə avtomatlaşdırılmış layihələndirmə sistemləri” fənni “Maşın mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavrlar üçün nəzərdə tutulmuş və istehsalat problemlərinin müasir texnologiyalar vasitəsilə həllini öyrədən ixtisas-peşə hazırlığı fənnidir. Kurs çərçivəsində texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsinin ümumi prinsipləri, marşrut və əməliyyat texnologiyalarının, həmçinin texnoloji keçidlərin layihələndirilməsi üsulları tədris olunur. Tədris proqramında məmulun istehsal və hazırlıq gedişatına nəzarəti təmin edən müasir PDM, MRP, CPC kimi idarəetmə sistemlərinin və layihələndirmədə tətbiq edilən xüsusi alqoritmlərin şərhinə geniş yer verilir. Fənnin əsas məqsədi tələbələrdə texnoloji məsələlərin düzgün qoyuluşu, effektiv həll metodikalarının formalaşdırılması və layihələndirmənin müasir informasiya texnologiyaları bazasında təşkili üzrə fundamental vərdişlər yaratmaqdır. Yekunda bu fənn, tələbələrin ümumpeşə biliklərini inteqrasiya edərək yeni nəsil TPALS imkanlarından real sənaye mühitində effektiv istifadə edə bilən savadlı mühəndislər kimi yetişməsinə zəmin yaradır.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

  1. 1. Hüseynov H.Ə. Maşın və cihazqayırmada texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirmə sistemləri. Ali texniki məktəblər üçün dərslik. Bakı ”Təhsil” NPM, 2013, 350 s.
  2. 2. Mövlazadə V.Z. Maşınqayırma texnologiyası. II hissə «Maşınqayırma texnoloji proseslərinin layihələndirilməsi». Ali texniki məktəblər üçün dərslik.-Bakı, «Elm», 2008.-566s. Hüseynov H.Ə. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsasları. Ali texniki məktəblər üçün dərslik. Bakı, “Təhsil” NPM, 2010, 408 s.
  3. 3. Əhmədov M.A., Hüseynov A.H., Məmmədyarov C.F. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsasları, “Sumqayıt” nəşriyyatı, Dərslik, Bakı, 2003, 242 s.
  4. 4. Hüseynov H.Ə. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsasları. Bakı, AzTU, 1995, 111 s.
  5. 5. Горянский Г .К. Технологическое проектирование в комплексны х автоматизированных системах подготовки производства /Г .К. Горянский Э .И., Бендерова . – М.: Машиностроение , 2001. – 456 с.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5