Fənn · Maşın mühəndisliyi (bachelor)

Texnoloji proseslərdə avtomatlaşdırılmış layihələndirmə sistemləriSillabus

İFS-3557y12 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-3557y
Kredit
12
Tələbənin iş yükü
300
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
Mühazirə:60 Seminar:15 Laboratoriya:30
Auditoriyadan kənar saatlar
TSİ: 117 MRTSİ:78

Fənn haqqında

Fənnin Deskripsiyası (Course Description) “Texnoloji proseslərdə avtomatlaşdırılmış layihələndirmə sistemləri” (ALS / CAD/CAM/CAE) fənni müasir mühəndislik layihələrinin və istehsal proseslərinin kompüter texnologiyaları vasitəsilə riyazi modelləşdirilməsi, optimallaşdırılması və rəqəmsallaşdırılması prinsiplərini öyrədən fundamental fəndir. Fənnin tədrisində əsas məqsəd tələbələrə ALS-in strukturu, funksiyaları və iş prinsipləri barədə dərin nəzəri biliklər vermək, həmçinin sənayedə qarşıya çıxan mürəkkəb mühəndislik tapşırıqlarının avtomatlaşdırılmış alətlərlə həlli üçün praktiki vərdişlər aşılamaqdır. Kurs proqramı çərçivəsində layihələndirmənin sistem analizi, ALS-in texniki, riyazi və proqram təminatı, həndəsi modelləşdirmə və maşın qrafikası mövzuları geniş şəkildə tədris olunur. Eyni zamanda tələbələr optimal layihə qərarlarının sintezi, müasir istehsal təyinatlı avtomatlaşdırılmış sistemlər və məmulatın həyat tsiklinin informasiya dəstəyini təmin edən CALS texnologiyaları ilə tanış olurlar. EHM-lərin (elektron hesablama maşınlarının) imkanlarından istifadə etməklə yüksək keyfiyyətli mühəndislik layihələrinin real zaman kəsiyində hazırlanması yolları öyrədilir. Bu fənni mənimsəyən tələbələr layihələrin texniki-iqtisadi cəhətdən əsaslandırılması, rəqəmsal prototiplərin yaradılması və istehsalat proseslərinin avtomatlaşdırılması sahəsində müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı mühəndis-konstruktor kimi formalaşırlar.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • seminar
  • case study
  • təqdimatlar
  • interaktiv müzakirə
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1: Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin (ALS) əsas anlayışlarını, strukturunu və obyektlərin layihələndirilməsi mərhələlərini nəzəri olaraq izah edir.

  2. CLO 2: FTN 2: Layihə sənədlərinin (izahat yazıları, cizgilər və elektron informasiya daşıyıcıları) texniki-iqtisadi əsaslandırılması və təsviri prinsiplərini tətbiq edir.

  3. CLO 3: FTN 3: Texnoloji proseslərin təcrübi reallaşdırılması üçün alqoritmlər və texnologiyalar işləyib hazırlayır.

  4. CLO 4: FTN 4: Layihələndirmə prosesində əsas qərarların qəbulu üçün riyazi modelləşdirmə və optimallaşdırma üsullarını təhlil edir.

  5. CLO 5: FTN 5: Mürəkkəb texniki məsələlərin yüksək keyfiyyətlə həlli üçün ALS və Elektron Hesablama Maşınlarının (EHM) imkanlarından istifadə edərək layihələr tərtib edir.

Mövzu planı

  1. 1.
    Layihələndirmənin sistem analizi .Mühazirə

    Giriş. Ümumi anlayış. Layihələndirmə elminin formalaşması. Layihələndirmə metodologiyası sahəsində tədqiqatların xülasəsi.

  2. 2.
    Layihələndirmə və süni intellektMühazirə

    Layihələndirmənin sistem analizi. Sistemli yanaşmanın prinsipləri

  3. 3.
    Layihələndirmə və süni intellectMəşğələ
  4. 4.
    Laboratoriya işi №1. RPİ dəzgahlarının koordinat sistemləriLaboratoriya
  5. 5.
    Layihələndirmənin məqsədi. Mühazirə

    Layihələndirmə obyektləri. Layihələndirmə prosesi

  6. 6.
    Avtomatlaşdırılmış layihələndirmənin ümumi səciyyəsi Mühazirə

    ALS-nin əsas prinsipləri. ALS-nin təsnifatı. ALS-nin strukturu. ALS-nin layihələndirmə səviyyələri. ALS-nin layihələndirmə mər-hələləri. ALS-də layihə proseduraları.

  7. 7.
    Laboratoriya işi №1. RPİ dəzgahlarının koordinat sistemləriLaboratoriya
  8. 8.
    Avtomatlaşdırılmış layihələndirmənin ümumi səciyyəsi Mühazirə

    ALS-nin əsas prinsipləri. ALS-nin təsnifatı. ALS-nin strukturu. ALS-nin layihələndirmə səviyyələri. ALS-nin layihələndirmə mər-hələləri. ALS-də layihə proseduraları

  9. 9.
    ALS-də modellər və onların parametrləriMühazirə

    Avtomatlaşdırılmış layihələndirmənin ümumiləşdirilmiş alqoritmi. Məmulun həyat tsikli. CALS texnologiyalarına giriş

  10. 10.
    Məmulun həyat tsikli. CALS texno-logiyalarına girişMəşğələ
  11. 11.
    Laboratoriya işi №1. RPİ dəzgahlarının koordinat sistemləriLaboratoriya
  12. 12.
    Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin texniki təminatıMühazirə

    Texniki təminatın ümumi səciyyəsi. ALS-nin texniki təminatına qarşı tələblər. Kompüterin arxitekturası və strukturu

  13. 13.
    Laboratoriya işi №2. RPİ dəzgahlarında yerdəyişmələrin istiqamətləriLaboratoriya
  14. 14.
    Verilənlərin proqram üzrə emal vasitələri. Mühazirə

    Verilənlərin hazırlanması və daxil edilməsi vasitələri. Verilənləri əks etdirmə və sənədləşdirmə vasitələri.

  15. 15.
    Layihə qərarları arxivinin texniki Mühazirə

    vasitələri. Verilənlərin yayım vasitələri. İnterfeys. Kompüterlərin və hesablama sistemlərinin növləri

  16. 16.
    Kompüterlərin və hesablama sis-temlərinin növləri. Fərdi kompü-terlər İşçi stansiyalar. Server və super kompüter arxitekturalarıMəşğələ
  17. 17.
    Laboratoriya işi №2. RPİ dəzgahlarında yerdəyişmələrin istiqamətləriLaboratoriya
  18. 18.
    Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin riyazi təminatı Mühazirə

    Riyazi təminatın ümumi səciyyəsi. Layihələndirmə obyektinin morfoloji təsviri. Layihələndirmə obyektinin funksional təsviri.

  19. 19.
    Laboratoriya işi №2. RPİ dəzgahlarında yerdəyişmələrin istiqamətləriLaboratoriya
  20. 20.
    Qərar qəbuletmə metodlarıMühazirə

    ALS-də istifadə olunan riyazi modellərə və metodlara qarşı irəli sürülən tələblər İmitasiya modellərinin prinsipləri.

  21. 21.
    Həndəsi modellər və maşın qrafikası : Mühazirə

    Həndəsi modellərin növləri. Kompüter qrafikasının metodları və alqoritmləri. Həndəsi modellərin qurulması. Səthi modellər.

  22. 22.
    Qraf nəzəriyyəsinin əsas anlayışlarıMəşğələ
  23. 23.
    Laboratoriya işi №3. Alətin hərəkət trayektoriyasıLaboratoriya
  24. 24.
    Həndəsi modellər və maşın qrafikası : Mühazirə

    Həndəsi modellərin növləri. Kompüter qrafikasının metodları və alqoritmləri. Həndəsi modellərin qurulması. Səthi modellər.

  25. 25.
    Layihə qərarlarının sintezinin riyazi təminatı: Mühazirə

    Optimallaşma meyarları. Müsaidələri nəzərə alan optimallaşma məsələləri. Riyazi proqramlaşdırma üsullarının təsnifatı.

  26. 26.
    Laboratoriya işi №3. Alətin hərəkət trayektoriyasıLaboratoriya
  27. 27.
    Layihə qərarlarının sintezinin riyazi təminatı: Mühazirə

    Optimallaşma meyarları. Müsaidələri nəzərə alan optimallaşma məsələləri. Riyazi proqramlaşdırma üsullarının təsnifatı.

  28. 28.
    Avtomatlaşdırıl-mış layihələndirmə sisteminin təminatları: Mühazirə

    ALS-nin metodiki təminatı. ALS-nin linqvistik təminatı. İdarəedici linqvistik təminat. Baza linqvistik təminat. Dil prosessorları

  29. 29.
    Makrosəviyyəli modellərin forma-laşması üçün ilkin tənliklərMəşğələ
  30. 30.
    Laboratoriya işi №3. Alətin hərəkət trayektoriyasıLaboratoriya
  31. 31.
    Avtomatlaşdırıl-mış layihələndirmə sisteminin təminatları:Mühazirə

    Avtomatlaşdırıl-mış layihələndirmə sisteminin təminatları:

  32. 32.
    ALS-lərin proqram təminatı.Mühazirə

    . Ümumi proqram təminatı. ALS-nin informasiya təminatı. Verilənlər bankı. Verilənlərin təhlükəsizliyi və bütövlüyü.

  33. 33.
    Laboratoriya işi №4 Revolver başlıqlı alətlərLaboratoriya
  34. 34.
    Təşkilati təminat. Mühazirə

    CASE (Computer Aided Software Engineering) (Proqram təminatının avtomatlaşdırılmış layihələndirilməsi) sistemlərinin növləri.

  35. 35.
    İstehsal təyinatlı avtomatlaşdırılmış sistemlər Mühazirə

    İstehsal təyinatlı avtomatlaşdırılmış sistemlər : ERP sistemləri. Logistik sis-temlər. Texnoloji proseslərin avtomatlaşdırılmış idarə sistemləri.

  36. 36.
    Petri şəbəkələri. Petri şəbəkələrinin analiziMəşğələ
  37. 37.
    Laboratoriya işi №4 Revolver başlıqlı alətlərLaboratoriya
  38. 38.
    İstehsal təyinatlı avtomatlaşdırılmış sistemlər Mühazirə

    ERP sistemləri. Logistik sis-temlər. Texnoloji proseslərin avtomatlaşdırılmış idarə sistemləri.

  39. 39.
    Maşınqayırma təyinatlı ALS-lərMühazirə

    CAD sistemlərinin əsas funksiyaları. CAE sis-temlərinin əsas funksiyaları. CAM sistemlərinin əsas funksiyaları.

  40. 40.
    Laboratoriya işi №4 Revolver başlıqlı alətlərLaboratoriya
  41. 41.
    Prototipləşdirmə.Mühazirə

    Qrafiki özək. CAD/CAM sistemlərinin strukturası.

  42. 42.
    Maşınqayırma təyinatlı yüksək səviyyəli ALS-lər. Mühazirə

    Maşınqayırma və cihazqayırma təyinatlı CAD/CAM/ CAE/PDM sistemlərindən nümunələr

  43. 43.
    Əməliyyаt sistеmləriMəşğələ
  44. 44.
    Laboratoriya işi №5. Proqramların PAL imitatoruna import edilməsiLaboratoriya
  45. 45.
    CALS texnologiyaları Mühazirə

    : Məmulun həyat tsiklinin avtomatlaşdırılmış idarə sistemləri.

  46. 46.
    CALS texnologiyalarının təşəkkül mərhələləri. Mühazirə

    CALS konsepsiyasının strategiyası və məsələləri. CALS tex-nologiyasının baza prinsipləri.

  47. 47.
    CALS sistemləri.Mühazirə

    Texnologiyaları və standartları

  48. 48.
    Əməliyyаt sistеmləriMəşğələ
  49. 49.
    Laboratoriya işi №5. Proqramların PAL imitatoruna import edilməsiLaboratoriya

Ədəbiyyat

  1. 1. Əhmədov M.A., Hüseynov A.H., Məmmədyarov C. F. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsasları, ”Sumqayıt” nəşriyyatı, Dərslik, Bakı, 2003, 242 s. 2 Hüseynov H.Ə. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsasları, Bakı, 1995, 111 s.
  2. 2. Hüseynov H.Ə., Şükürov A.R. «Metalkəsən dəzgahların avtomatlaşdırılmış layihələndirilməsi», АzТU, 2001,120s.
  3. 3. Гусейнов Г.А. «Программные управление точностью механической отработки», Баку, Чашыоглу, 2000, 282с.
  4. 4. Гусейнов Г.А., Багиров С.А. «Программные управление точностью внутренного шлифования», Баку, Чашыоглу, 2001, 137с.
  5. 5. Гаврилов Д.А. Управление производством на базе стандарта MRP II. — СПб, Питер, 2003.
  6. 6. Колчин А.Ф., Овсянников М.В., Стрекалов А.Ф., Сумароков С.В. Управление жизненным циклом продукции. — М.: Анахарсис, 2002.
  7. 7. Норенков И.П. Основы автоматизированного проектирования. — М.: МГТУ им. Н.Э.Баумана, 2002.
  8. 8. Норенков И.П., Кузьмик П.К. Информационная поддержка наукоемких изделий. — М.: МГТУ им. Н.Э.Баумана, 2002.
  9. 9. Норенков И.П., Трудоношин В.А. Телекоммуникационные технологии и сети. — М.: Изд-во МГТУ им. Н.Э. Баумана, 2000.
  10. 10. Роджерс Д., Адамс Дж. Математические основы машинной графики. Пер. с англ. — М.: Мир, 2001. 32. Ханзен Ф.Основы обшей методики конструирования. Л.: Машиностроение. 1969.164с.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5