Fənn · Maşın mühəndisliyi (bachelor)

Maşınqayırmada texnoloji proseslərin layihələndirilməsi

İFS-3357y10 kreditYaz semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

10

İş yükü

300saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1 (Maşın və hissələrinin layihələndirilməsi): Maşınların, onların hissələrinin və konstruksiyalarının layihələndirilməsi və istehsalı üzrə nəzəri bilikləri təhlil və tətbiq etmək.

  2. CLO 2: FTN 2 (Keyfiyyətin təminatı və texniki-iqtisadi hesablamalar): Məmulatın tələb olunan keyfiyyətinin təmin edilməsi üçün texniki-iqtisadi prinsiplərə əsaslanan hesablamaları və layihələndirmə işlərini yerinə yetirmək.

  3. CLO 3: FTN 3 (RPİ dəzgahlarının səmərəli istismarı): Rəqəmli Proqramla İdarə olunan (RPİ) dəzgahlardan istehsalat prosesində səmərəli və doğru istifadə etmək bacarıqlarını nümayiş etdirmək.

  4. CLO 4: FTN 4 (İstehsalın təşkili və texniki rəhbərlik): Maşınqayırma istehsalının təşkilində düzgün texniki göstərişlər vermək və istehsalat prosesinə rəhbərlik etmək səriştəsinə yiyələnmək.

  5. CLO 5: FTN 5 (Nəzəri biliklərin praktiki tətbiqi): Qazanılmış baza mühəndislik biliklərini və praktiki iş təcrübəsini kompleks maşınqayırma məsələlərinin həllinə inteqrasiya etmək.