Fənn · Maşın mühəndisliyi (bachelor)

Texniki xarici dil (alman dili) / Technisches Deutsch

İFS-3354y (Alman)6 kreditPayız semestriSeçmə2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

“Texniki xarici dil (alman dili)” fənni bakalavriat səviyyəsində təhsil alan tələbələrin müasir qlobal texnika və texnologiyalarla yaxından tanış olması üçün alman dilində olan sahəvi ədəbiyyatlarla işləmək bacarıqlarını inkişaf etdirir. Ümumilikdə 30 praktiki tapşırığı əhatə edən bu kurs çərçivəsində riyaziyyatın əsasları, həndəsə, kimya və materialşünaslıq, elektrotexnika, energetika, avtomatlaşdırma texnikası və informatika kimi mühüm mühəndislik mövzuları tədris olunur. Fənnin əsas məqsədi tələbələrdə texniki yönümlü mətnləri lüğətlə oxuyub-tərcümə etmək, peşəkar mövzularda fikir mübadiləsi aparmaq və dinlənilən materialların əsas məzmununu anlamaq kimi kommunikativ səriştələri formalaşdırmaqdır. Kursun yekununda tələbələr öz texniki bilik və mühakimələrini alman dilində sərbəst ifadə etmək, ikidilli mənbələrdən effektiv istifadə etmək və əldə etdikləri linqvikstik nəticələri gələcək peşəkar mühəndislik fəaliyyətlərində uğurla tətbiq etmək hazırlığı qazanırlar.

Fənn təlim nəticələri

Təlim nəticəsi əlavə edilməyib.