Fənn · Maşın mühəndisliyi (bachelor)
Texniki xarici dil (ingilisi dili)
Fənn haqqında
Kredit
5
İş yükü
150saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
“Texniki xarici dil (ingilis dili)” fənni “Maşın mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş, qloballaşan əmək bazarında məzunların rəqabət qabiliyyətini artıran mühüm təcrübəyönümlü fəndir. Kursun əsas məqsədi tələbələrin ingilis dili üzrə fundamental kommunikativ bacarıqlarını inkişaf ettirməklə yanaşı, xarici dili onların gələcək mühəndislik fəaliyyətində effektiv bir iş alətinə çevirməkdir. 60 saatlıq praktiki məşğələ dərslərini əhatə edən proqram çərçivəsində tələbələr mühəndislik peşəsinin əsasları, maşınqayırmada tətbiq olunan metallar, avtomobil istehsalı, materiallar elmi, dəzgahlar və mühəndisliyin gələcək inkişaf tendensiyaları mövzusunda peşəkar yönümlü texniki mətnlərlə işləyirlər. Tədris prosesində tələbələrin həm gündəlik ünsiyyətdə, həm də sahəvi terminologiyadan istifadə edərək xarici dilli elmi-texniki ədəbiyyatla sərbəst işləmək vərdişlərinin formalaşdırılmasına xüsusi diqqət yetirilir. Bu fənnin mənimsənilməsi gələcək maşın mühəndislərinə beynəlxalq layihələrdə və iş mühitində sərbəst inteqrasiya olunmaq, texniki tapşırıqları xarici dildə səmərəli şəkildə icra etmək və yeni karyera perspektivləri qazanmaq imkanı bəxş edir.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.