Fənn · Maşın mühəndisliyi (bachelor)

MaterialşünaslıqSillabus

İF-3681m5 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3681m
Kredit
5
Tələbənin iş yükü
150
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat – mühazirə; b) 15 saat – laboratoriya;
Auditoriyadan kənar saatlar
a) sərbəst iş - 63 saat, b) hazırlıq - 42 saat

Fənn haqqında

Tələbələrə materialların strukturunun formalaşmasını, xətti və qeyri-xətti gərginlik–deformasiya davranışını, metalların və ərintilərin atomlararası rabitə enerjisinin, ərinti tərkibinin və kristallik quruluşun xassələrə təsirini, müxtəlif gərginlikli materialların mexaniki xassələrinin təyinetmə sınaq üsullarını, materialların möhkəmləndirmə mexanizmlərini, metallik materialların kimyəvi tərkibi, kristallik quruluşu və xassələri arasında əlaqənin yaradılmasını, deformasiya və dağılma prinsiplərini, çatın əmələgəlməsi və yayilması mexanizmlərini, sürünmə və yorğunlugun başvermə səbəblərini, habelə tələb olunan istismar xassələrinə malik materialların seçilməsi prinsiplərini, ərinti strukturunun idarə olunması barədə lazım olan bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • təqdimatlar
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Materialşünaslığa giriş. Fənnin məqsədi. Materialların təsnifatı, onların quruluşu və xassələrinin müqayisəli təhlili. Materialların seçilməsi meyarıMühazirə

    Materialşünaslığın əsas anlayışları və material seçimi prinsipləri

  2. 2.
    Bərk cisimlərdə atomlararası rabitə. Kristal bərk maddələrin quruluşuMühazirə

    Atomlararası rabitə növləri və kristallik quruluşun tədqiqi

  3. 3.
    Kristallaşma. Kristal bərk maddələrdə qüsurlarMühazirə

    Kristallaşma prosesi və materiallardakı struktur qüsurları

  4. 4.
    Ərintilərin quruluşu. Metallarda və ərintilərdə diffuziyaMühazirə

    Ərintilərdə strukturun formalaşması və diffuziya hadisələri

  5. 5.
    Metalların mexaniki xassələri və onların təyin edilmə üsulları. DağılmaMühazirə

    Mexaniki sınaq metodları və materialların dağılma mexanizmləri

  6. 6.
    Metalların deformasiyası. Dislokasiya və metal ərintilərinin möhkəmləndirmə mexanizmləriMühazirə

    Plastik deformasiya nəzəriyyəsi və möhkəmləndirmə üsulları

  7. 7.
    Hal diaqramları. Binar ərinti sistemləriMühazirə

    İki komponentli ərinti sistemlərində faza tarazlığı

  8. 8.
    Dəmir-dəmir karbid hal diaqramı. Dəmir-karbon ərintilərində faza çevrilmələri, mikroquruluşun dəyişməsi. Legirləyici elementlərin Fe-C ərintilərinə təsiriMühazirə

    Dəmir-karbon sisteminin faza çevrilmələri və legirlənmə

  9. 9.
    Metal ərintilərinin emalı və tətbiqi. Metal ərintilərinin növləri. Dəmir ərintiləriMühazirə

    Metal ərintilərinin təsnifatı və sənaye tətbiqləri

  10. 10.
    Metal və ərintilərdən məmulatların alınma texnologiyaları. Dispersiya ilə möhkəmləndirməMühazirə

    Məmulatların istehsal üsulları və dispers möhkəmləndirmə

  11. 11.
    Keramika materiallarının strukturu və xassələriMühazirə

    Keramik materialların quruluşu və xüsusiyyətləri

  12. 12.
    Polimer materiallar. Polimerlərin strukturu, polimerlərin növləri, xassələri və tətbiqiMühazirə

    Polimerlərin kimyəvi quruluşu, növləri və tətbiqi

  13. 13.
    Kompozisiya materiallarının təsnifatı, strukturu, xassələri və tətbiq sahələriMühazirə

    Kompozit materialların növləri və onların sənaye əhəmiyyəti

  14. 14.
    Materialların korroziyası və mühafizə üsulları. Korroziyaya davamlı metal və ərintilərMühazirə

    Korroziya növləri və ondan mühafizə texnologiyaları

  15. 15.
    Materialşünaslıqda iqtisadi, ətraf mühit və sosial məsələlərMühazirə

    Materialların istehsalının ekoloji və sosial aspektləri

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5