Ümumi məlumat
- Fənn kodu
- İF-3352y
- Kredit
- 7
- Tələbənin iş yükü
- 210
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- Mühazirə:45 Seminar:15 Laboratoriya:15
- Auditoriyadan kənar saatlar
- TSİ:81 MRTSİ:54
Fənn haqqında
“Maşın istehsalı texnologiyasının əsasları” fənni maşınqayırma sənayesində müasir texniki vasitələrin və onların hissələrinin istehsalı prosesində baş verən qanunauyğunluqların nəzəri və praktiki əsaslarını öyrədir. Kurs çərçivəsində tələbələrə maşınların keyfiyyət göstəriciləri, mexaniki emal dəqiqliyi, səth keyfiyyəti və ölçü zəncirləri nəzəriyyəsi barədə fundamental baza bilikləri aşılanır. Tədris prosesində maşın və düyümlərin yığma dəqiqliyinin təmin edilməsi, konstruksiyaların texnolojiliyi və istehsal proseslərinin layihələndirilməsi prinsiplərinə xüsusi diqqət yetirilir. Fənnin əsas məqsədi gənc mütəxəssislərdə maksimum məhsuldarlıq və minimum maya dəyəri təmin edən optimal, rəqabətqabiliyyətli texnoloji proseslər işləyib hazırlamaq bacarığını formalaşdırmaqdır. Həmçinin, tələbələr texnoloji proseslərin texniki-iqtisadi göstəricilərini təhlil etməyi və istehsalın avtomatlaşdırılmış layihələndirilməsi üsullarını mənimsəyirlər. Yekunda bu fənn, tələbələrin aldıqları nəzəri bilikləri real istehsalat şəraitində effektiv şəkildə tətbiq etmələrinə və müasir maşın mühəndisliyi problemlərini savadlı kadr kimi həll etmələrinə zəmin yaradır.
Tədris metodları
- mühazirə
- seminar
- laboratoriya işi
- interaktiv müzakirə
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. İstehsalat və texnoloji processeslərin quruluşunun təhlili və vaxt normalarının təyini FTN 2. Emal dəqiqliyinə təsir edən amillərin statistiki tədqiqi və ölçü zəncirlərinin hesablanması FTN 3. Bazalaşdırma sxemlərinin seçilməsi və məhsulun səth keyfiyyətinin təmin olunması FTN 4. Maşın və düyümlərin yığma texnoloji proseslərinin layihələndirilməsi və konstrusiyanın texnolojiliyinin qiymətləndirilməsi FTN 5. Mexaniki emal marşrutlarının və ÇPU/RPİ dəzgahları üçün texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi
Mövzu planı
- 1.1. Giriş. Əsas terminlər və anlayışlar. İs-tehsal və texnoloji prosesləri, onların özəllikləri.Mühazirə
Giriş, fənnin məqsədi və əsas məsələləri. Əsas terminlər və anlayışlar. Maşın istehsal və istismar obyekti kimi. Mə-mul.
- 2.İstehsal və texnoloji proseslər, onların sə-ciyyəvi xüsusiyyətləri. Mühazirə
Texnoloji prosesin quruluşu. Texnoloji əməliyyat və onun tərkib elementləri. Texniki əsaslandırılmış vaxt norması.
- 3.Texnoloji prosesin quruluşu.Məşğələ
İstehsal növü-nün təyini. Müxtəlif əməliyyatlara (torna, frezləmə, pardaqlama və s.) sərf olunan vaxt normalarının təyini, onların minimum-laşdırılması
- 4.2. Maşınlar və onların hissələrinin key-fiyyəti, keyfiyyət göstəriciləri, dəqiqlik, səth keyfiyyəti, etibarlılıq. Mühazirə
Keyfiyyət, key-fiyyətin fərdi və kompleks göstəriciləri, key-fiyyət səviyyəsi. Dəqiqlik, dəqiqlik göstəri-ciləri. Səth keyfiyyəti. Məmulun etibarlılığı və onun göstəriciləri. Məmul dəqiqliyinin istismar prosesində əhəmiyyəti
- 5.Ölçüyə sazlanmış dəzgahda pəstah dəsti-nin mexaniki emal dəqiqliyinin statistik təd-qiqi Laboratoriya
- 6.3. Ölçü zəncirləri nəzəriyyəsi. Ölçü zən-cirlərinin növləri, qapayıcı bəndin də-qiqliyinin təmin edilməsi. Mühazirə
Əsas anlayışlar və təriflər. Ölçü zəncirlərinin təsnifatı. Qa-payıcı bəndin dəqiqliyinin formalaşması, tam və natamam qarşılıqlı əvəzolunma ilə qapayıcı bəndin dəqiqliyinin təmin edilmə-si. Ölçü zəncirlərinin hesablanması (düz və əks məsələ).
- 7.Mexaniki emal keyfiyyəti, maşın his-sələrinin emal dəqiqliyini təmin etmənin texnoloji əsasları. Mühazirə
Emal ölçüsünü for-malaşdıran əlaqələr. Emal dəqiqliyinə təsir edən amillər. Dəqiqliyin statistik araşdırıl-ması. Səpələnmə əyriləri: normal, Reley, üçbucaq, bərabər ehtimal qanunları. Yara-rlı hissə alma ehtimalının təyini. Nöqtə və dəqiqlik diaqramları. Onların köməyi ilə emal dəqiqliyinin qiymətləndirilməsi və proqnozlaşdırılması.
- 8.Dəqiqlik, ona təsir edən amillərin araşdırıl-ması. Empirik səpələnmə əyrisinin qurul-ması, onun hamarlanması. Nəzəri səpələn-mə əyriləri, nöqtəvi və dəqiqlik diaqramları ilə dəqiqliyin qiymətləndirilməsi Məşğələ
- 9.Emal mərhələləri. Mühazirə
Yerləşdirmə, saz-lama və formalaşdırma. Bazalaşdırma. Sə-ciyyəvi bazalar və onların təsnifatı. Baza-laşdırma sxemləri, texnoloji bazalar dəst-ləri. Bazalaşdırma xətaları.
- 10.Bazalaşdırma xətasının emal dəqiqliyinə tə-sirinin tədqiqi Laboratoriya
- 11.Bazalaşdırma prinsipləri, texnoloji pro-seslərin layihələndirilməsində bazaların se-çilməsi. Mühazirə
Bazaların dəyişdirilməsinin emal dəqiqliyinə təsiri. Bərkitmə və tərtibat xəta-ları. Yerləşdirmə xətası Pəstahı bərkitmə qüvvəsinin təsirindən yaranan xətalar
- 12.Dəzgahın həndəsi xətaları, onların də-qiqliyə təsiri. Mühazirə
Texnoloji sistem elementləri-nin sərtliyi. Kəsmə qüvvəsi təsirindən tex-noloji sistem elementlərinin elastiki yerdə-yişmələri, onların emal dəqiqliyinə təsiri. Xətaların texnoloji irsiliyi və dəqiqləşmə. Kəsən alətlərin hazırlanma xətaları, onların emal dəqiqliyinə təsiri
- 13.Bazalaşdırma sxemləri, bazalaşdırma xəta-larının təyini. Bazaların dəyişdirilməsinin emal dəqiqliyinə təsiri. Bərkitmə xətası. Yer-ləşdirmə xətasının təyini, onun azaldılmasıMəşğələ
- 14.Kəsən alətin ölçü yeyilməsi və onun emal dəqiqliyinə və səth keyfiyyətinə təsiri. Mühazirə
Texnoloji sistemin sazlanması. Sazlama üsulları. Sazlamada ölçü əlaqələri. Saz-lama ölçüləri və sazlama xətaları. Texnoloji sistem elementlərinin istilik deformasiyala-rının emal dəqiqliyinə təsiri.
- 15.Torna kəskisinin ölçü yeyilməsi və onun emal dəqiqliyinə təsirinin tədqiqi Laboratoriya
- 16.Ölçmə xətaları. Mühazirə
Texnoloji sistemdə titrəmələr, onların emal keyfiyyətinə təsiri. Pəstah və maşın hissələrinin materialların-dakı daxili gərginliklər, onların azaldılması. Mexaniki emalın toplu xətası. Onun mak-simum və minimum və ehtimal üsulları ilə hesablanması. Toplu xətanın azaldılması
- 17.. Pəstah və maşın hissələrinin səth-lərinin həndəsi göstəriciləri və üst qat-larının keyfiyyətləri, onların təmin edil-məsinin texnoloji əsasları. Mühazirə
Pəstah və maşın hissələrinin səthlərinin həndəsi və üst qatlarının keyfiyyət göstəriciləri. Hissə-lərin səth keyfiyyətlərinin maşının istismar göstəricilərinə təsiri. Səth keyfiyyətinin tex-noloji amillərdən asılılığı. Texnoloji üsullar-la səthlərin üst qatının keyfiyyətlərinin yax-şılaşdırılması.
- 18.TS elementlərinin elastiki yerdəyişmələ-rindən yaranan xətalar. Düzəliş əmsalı, ge-dişlərin optimal sayının təyini. Sazlama və alətlərin yeyilməsinə verilən müsaidələr-arası əlaqələr. Toplu xətanın təyini. Xətala-rın azaldılması Məşğələ
- 19.Maşınları, onların düyümlərini yığma dəqiqliyi, onun təmin edilməsinin tex-noloji əsasları. Mühazirə
Yığma dəqiqliyi, onun tə-min edilməsi əsasları. Yığma dəqiqliyinə təsir edən amillər.Yığmada qapayıcı bəndin dəqiqliyinin təmin edilməsi üsulları: tam və natamam qarşılıqlı əvəzolunma, qruplarla qarşılıqlı əvəzolunma, çatdırma və tən-zimləmə. Sınaq hesabatları, bərabər mü-saidələr və vahid dəqiqlik kvalitetləri üsulları
- 20.Torna üstyonmada texnoloji amillərin səth keyfiyyətinə təsirinin tədqiqi Laboratoriya
- 21.Maşınlar və onların hissələrinin kons-truksiyalarının texnolojiliyi, texnolojilik tələbləri. Mühazirə
Texnolojilik anlayışı. Məmulun və onun hissələrinin konstruksiyalarının texno-lojiliyi. Maşınlar və onların hissələrinin tex-nolojilik göstəriciləri. Pəstahalma və mexa-niki emalda texnolojilik və onların yüksəldil-məsi
- 22.. Maşınlar və onların hissələrinin hazır-lanması texnoloji proseslərinin layi-hələndirilməsi əsasları. Mühazirə
Texnoloji proses-lərin layihələndirilməsinin texniki-iqtisadi prinsipləri. Yığma texnoloji proseslərinin la-yihələndirilməsi. Ilkin verilənlər
- 23.Məmul və onun hissələrinin konstruksiya-larının texnolojilik araşdırmaları. Texnoloji-lik göstəricilərinin təyini. Yığma sxeminin tərtibi, prosesin normalaşdırılması Məşğələ
- 24.Layihələndirmə mərhələləri, yığma ardıcıl-lığının seçilməsi.Mühazirə
Yığma üsulunun və onun təşkili formasının seçilməsi. Yığma əməliy-yatlarının tərtibi. Avadanlıq, alət və təchizat vasitələrinin seçilməsi prinsipləri. Yığma sxeminin tərtibi. Yığma əməliyyatının nor-malaşdırılması və tsikloqramın qurulmasi
- 25.Reduktorun verilmiş cizgisinə əsasən yığ-ma sxeminin tərtibi Laboratoriya
- 26.Maşın hissələrinin mexaniki emal texnoloji proseslərinin layihələndirilməsi.Mühazirə
TP-lərin la-yihələndirilməsində istehsal şəraiti və onu qiymətləndirmə prinsipləri. Layihələndirmə ardıcıllığı. Hissələrin vəzifələri, cizgiləri və onlara qoyulan texniki tələbatlarla tanışlıq Hissələrin ayrı-ayrı səthləri üçün emal üsul-larının və emal ardıcıllığının müəyyənləş-dirilməsi
- 27.Texnoloji bazaların seçilməsi.Mühazirə
Pəstahın me-xaniki emal marşrutunun tərtibi. Pəstahın emalına texniki nəzarət. Mexaniki emal pa-yı, onun təyini. Aralıq və pəstahın hədd ölçülərinin təyini. Pəstahın cizgisinin tərtibi
- 28.Pəstahalma üsulunun seçilməsi. Səthlərin və hissələrın mexaniki emal texnoloji mar-şrutlarının tərtibi. Mexaniki emal payları və aralıq ölçülərinin təyini Məşğələ
- 29.Mexaniki emal əməliyyatlarının tərtibi. Mühazirə
Ar-dıcıl, paralel və paralel-ardıcıl emal. Tək və çox alətli, tək və çox yerli emal sxemləri
- 30.RPİ dəzgahlarında fırlanma səthlərini çox-gedişli emalda alətin hərəkət trayetkoriya-sının layihələndirilməsi və simulyasiyası Laboratoriya
- 31.Fasiləli və fasiləsiz emal sxemləri. Mühazirə
Avadan-lıq və alətin seçilməsi. Sazlama ölçülərinin təyini. Texnoloji proseslərin əməliyyat vaxt-larının azaldılması. Emal sxemləri üzrə əməliyyat vaxtlarının təyin edilməsi. Layihə-ləndirilən texnoloji proseslərin qiymətlən-dirilməsi
- 32.Maşın istehsalında səciyyəvi və xü-susi təyinatlı texnoloji proseslərin layi-hələndirilməsi, onları avtomatik layihə-ləndirmə əsasları. Mühazirə
Səciyyəvi və qrup texnoloji proseslər
- 33.RPİ dəzgahları və çevik istehsal üçün əmə-liyyat sxemlərinin qurulması, vaxt normala-rının təyini və müqayisəsi. Texnoloji maya dəyərin hesablanması, onun azaldılması Məşğələ
- 34.RPİ dəzgahları, emal mərkəzləri və çevik is-tehsal üçün texnoloji proseslərin layihələn-dirilməsi özəllikləri. Mühazirə
Avtomatik xətlər üçün yığma və mexaniki emal texnoloji proses-lərinin layihələndirilməsi. Texnoloji proses-lərin avtomatik layihələndirmə sistemləri
- 35.Laboratoriya işlərinin yoxlanması və qəbulu Laboratoriya
- 36.Texnoloji proseslərin texniki-iqtisadi göstəriciləri. Texnoloji proseslərin opti-mallaşdırılması.Mühazirə
Texnoloji proseslərin tex-niki-iqtisadi göstəriciləri
- 37.Texnoloji maya dəyərin təyini. Mühazirə
Texnoloji proseslərin optimallaşdırılması.
- 38.Texnoloji proseslərin texniki-iqtisadi göstə-ricilərinin təyini. Texnoloji proseslərin opti-mallaşdırılması Məşğələ
- 39.Laboratoriya işlərinin yekunlaşdırılması, qiymətləndirməLaboratoriya
Ədəbiyyat
- 1. Ümid Yusif, Xəlilov Ə.H. Maşınqayırma texnologiyasının əsasları, Bak-1987. 137 s.
- 2. Mövlazadə V.Z., Rəsulov N.M., Hüseynova N.R. və b. Maşınqayırma texnologiyası. I hissə, Maşınqayırma texnologiyasının əsasları.Dərslik, Bakı, 1995, 386 s.
- 3. Mövla-zadə V.Z.– Maşınqayırma texnologiyası, II hissə. Maşınqayırma texnoloji proseslərinin layihələndirilməsi. Ali texniki məktəblər üçün dərslik. Bakı, AzTU – 2008, 421 s.
- 4. Rəsulov N.M. Maşın istehsalı texnologiyası. Dərslik, Bakı, Təhsil, NPM, 2010, 432 s
- 5. Rəsulov N.M. Maşınqayırma texnologiyası (Mexaniki emal payının təyini). Dərs vəsaiti, Bakı, AzTU, 1994, 84 s.
- 6. Rəsulov N.M., Mövla-zadə V.Z., Mirzəcanov C.B. Maşınqayırma texnologiyası (Ölçü əlaqələri və bazalaşdırma), Dərs vəsaiti. Bakı. Çaşıoğlu, ƏIF, 1995,-105 s.
- 7. Yusubov N.D.Texnoloji proseslərin ölçü araşdırılması. Dərslik,Bakı, AzTU 2015, 613 s.
- 8. Rəsulov N.M. Texnoloji proseslərin ölçü araşdırılması. Dərslik, Bakı, Elm 2005, 223 s.
- 9. Yusubov N.D., Məmmədov A.M. Maşınqayırmada texnoloji proseslərin layihələndirilməsi. Dərs vəsaiti, bakı, 2005, 156 s.
- 10. Rüstəmov M.M., Abbasov V.A. Dəzgah və dəzgah komplekslərinin layihələndirilməsi və hesabatı. Bakı.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |