Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
23 mövzu
1. Kompüter qrafikasının predmeti. Rastr, vektor, fraktal qrafik. Qrafikanın formatı və proqram təminatları. Rənglər haqqında. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar. (M).
Mühazirə2. Ortoqonal proeksiyalama metodu. Nöqtənin iki və üç proeksiya müstəvisinə ortoqonal proyeksiyalanması. Nöqtənin xüsusi halları. Düz xəttin proyek¬si¬ya¬ları. Düz xəttin xüsusi halları. Nöqtənin düz xəttə mənsub olması. Düz xəttin izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri.(M).
Mühazirə3. Müstəvinin verilmə üsulları. Nöqtə və düz xəttin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin kəsişməsi (xüsusi hal). Çoxüzlülərin və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və düz xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal). (M).
Mühazirə4. Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. Modelin verilmiş iki görünüşünə görə üçüncü görünüşün və lazımı kəsiklərinin verilməsi. Naturadan detalların görünüşlərinin, kəsik və en kəsiklərinin qurulması qaydası. Aksonometrik proyeksiyalar haqqında (M).
Mühazirə5. Detal birləşmələri haqqında ümumi məlumat. Söküləbilən bir¬ləşmələr. Detallarda və birləşmələrdə yivlərin təsviri və işarə olunması. Standart yivli detalların cizgisi. (M).
Mühazirə6. Detal birləşmələrində istifadə edilən emprik düsturlar. Bolt birləşməsinin hesablanması və çəkilməsi. Söküləbilməyən birləşmələr. Qaynaq, lehim və yapışqan birləşmələrinin çertyojda təsviri. (M).
Mühazirə7. Eskizlər və işçi çertyojlar. Naturadan verilmiş detalın eskizinin çəkilməsi.(M).
Mühazirə8. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju, şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissələrə ayrılması ardıcıllığı. (M)
Mühazirə9. LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas¬yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.(L).
Laboratoriya10. LAB № 2. AutoCAD proqramının interfeysi. Hal sətrinin əmrləri. İkiölçülü koordinat sistemi. AutoCAD proqramında qatlar. Draw lövhəsinin bəzi əmrləri. AutoCAD proqramında obyektlərin seçilməsi üsulları. Modify (redaktəetmə) lövhəsinin bəzi əmrləri. AutoCAD proqramında ölçülərin qoyulması və stillər. Sadə konturların çəkilməsi.(L)
Laboratoriya11. LAB № 2. Sadə konturların çəkilməsi.(L)
Laboratoriya12. LAB № 3. Koordinatları ilə verilmiş nöqtənin hər üç proeksiyasının və fəzadakı əyani təsvirinin qurulması.(L)
Laboratoriya13. LAB. №3. AutoCAD proqramında 3D modelləmədə koordinat sistemləri. İstifadəçi koordinat siseminin (İKS) əmrləri. 3D modelləmədə qurma və redaktəetmə əmrləri. AutoCAD proqramında materiallar, teksturalar, işıq effekti, kameranın tətbiqilə üçölçülü realistik görünüşlərin alınması, faylda saxlanması. Laboratoriya işinin yerinə yetirilməsi. (L)
Laboratoriya14. LAB. №4. Fəza fiquru ilə xüsusi halda verimiş müstəvinin kəsişməsinin qurulması.(L)
Laboratoriya15. LAB. №5. Verilmiş 2D modelə görə 3D modelin qurulması və İnventor əlavəsindən istifadə etməklə görünüşlər və kəsiklərin verilməsi. (L)
Laboratoriya16. LAB. № 5. Laboratoriya işinin yerinə yetirilməsi.(L)
Laboratoriya17. LAB. №6. Əyani təsvirdə verilmiş detalın 3D modelinin qurulması və relistik təsvirinin alınmsı.(L)
Laboratoriya18. LAB. №6. Laboratoriya işlərinin yerinə yetirilməsi. (L)
Laboratoriya19. LAB. №7. Bloklar. Parametrik cizgilər. Bloklardan istifadə etməklə parametrik boltun çəkilməsi.(L)
Laboratoriya20. LAB. №8. Söküləbilən detallardan ibarət birləşmələrin ciz¬giləri və üçölçülü modellərinin qurulması (Bolt birləşməsi).(L)
Laboratoriya21. LAB. №9. Prinsipial elektrik sxemlərinin qrafiki elementlətrindən ibarət blokların yaradılması və yadda saxlanması.(L).
Laboratoriya22. LAB. №9. Prinsipial elektrik sxemlərinin qrafiki elementlətrindən ibarət blokların yaradılması və yadda saxlanması.(L).
Laboratoriya23. LAB. №10. Yığımın ümumi görünüş cizgisindən detalların hissə¬lərə ayrılmsı, 3D modeli, cizgisi və çapı.(L)
Laboratoriya