Fənn · Kompüter Mühəndisliyi

Kompüter qrafikasıSillabus

İF-31143y5 kreditYaz semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-31143y
Kredit
5
Tələbənin iş yükü
149
Semestr
Yaz semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Qiyabi
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) mühazirə- 4 saat, b) laboratoriya- 10 saat
Auditoriyadan kənar saatlar
a) TSİ-104 saat, b) MRTSİ- 30 saat

Fənn haqqında

«Kompüter qrafikası» fənni – Kompüter qrafikasınının bütün bölmələrini və Kompüter qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən ixtisas fənlərdən biridir. «Kompüter qrafikası»nın öyrənilməsində əsas məqsəd: rəqəmli hesablama kompleksləri və ənənəvi üsullarda istifadə olunan vasitələrlə sənayedə istifadə olunan texniki vasitələrin, o cümlədən, onların quruluşlarına daxil olan hissələrin, birləşmələrin, sxemlərin, 2D cizgilərin çəkilməsi, yığımların 3D modellənməsi, realistik görünüşlərin alınması, hesablanması, emalı, redaktəsi, çapı və s. ilə məşğul olan sahədir. «Kompüter qrafikası» mühəndis-texniki təhsilin formalaşması və mənim-sənilməsi işində əsas fənlərdən biri sayılır.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Kompüter qrafikasının predmeti. Rastr, vektor, fraktal qrafik. Qrafikanın formatı və proqram təminatları. Rənglər haqqında. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar. (M).Mühazirə
  2. 2.
    Ortoqonal proeksiyalama metodu. Nöqtənin iki və üç proeksiya müstəvisinə ortoqonal proyeksiyalanması. Nöqtənin xüsusi halları. Düz xəttin proyek¬si¬ya¬ları. Düz xəttin xüsusi halları. Nöqtənin düz xəttə mənsub olması. Düz xəttin izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri.(M).Mühazirə
  3. 3.
    Müstəvinin verilmə üsulları. Nöqtə və düz xəttin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin kəsişməsi (xüsusi hal). Çoxüzlülərin və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və düz xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal). (M).Mühazirə
  4. 4.
    Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. Modelin verilmiş iki görünüşünə görə üçüncü görünüşün və lazımı kəsiklərinin verilməsi. Naturadan detalların görünüşlərinin, kəsik və en kəsiklərinin qurulması qaydası. Aksonometrik proyeksiyalar haqqında (M).Mühazirə
  5. 5.
    Detal birləşmələri haqqında ümumi məlumat. Söküləbilən bir¬ləşmələr. Detallarda və birləşmələrdə yivlərin təsviri və işarə olunması. Standart yivli detalların cizgisi. (M).Mühazirə
  6. 6.
    Detal birləşmələrində istifadə edilən emprik düsturlar. Bolt birləşməsinin hesablanması və çəkilməsi. Söküləbilməyən birləşmələr. Qaynaq, lehim və yapışqan birləşmələrinin çertyojda təsviri. (M). Mühazirə
  7. 7.
    Eskizlər və işçi çertyojlar. Naturadan verilmiş detalın eskizinin çəkilməsi.(M). Mühazirə
  8. 8.
    Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju, şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissələrə ayrılması ardıcıllığı. (M)Mühazirə
  9. 9.
    LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas¬yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.(L).Laboratoriya
  10. 10.
    LAB № 2. AutoCAD proqramının interfeysi. Hal sətrinin əmrləri. İkiölçülü koordinat sistemi. AutoCAD proqramında qatlar. Draw lövhəsinin bəzi əmrləri. AutoCAD proqramında obyektlərin seçilməsi üsulları. Modify (redaktəetmə) lövhəsinin bəzi əmrləri. AutoCAD proqramında ölçülərin qoyulması və stillər. Sadə konturların çəkilməsi.(L)Laboratoriya
  11. 11.
    LAB № 2. Sadə konturların çəkilməsi.(L)Laboratoriya
  12. 12.
    LAB № 3. Koordinatları ilə verilmiş nöqtənin hər üç proeksiyasının və fəzadakı əyani təsvirinin qurulması.(L)Laboratoriya
  13. 13.
    LAB. №3. AutoCAD proqramında 3D modelləmədə koordinat sistemləri. İstifadəçi koordinat siseminin (İKS) əmrləri. 3D modelləmədə qurma və redaktəetmə əmrləri. AutoCAD proqramında materiallar, teksturalar, işıq effekti, kameranın tətbiqilə üçölçülü realistik görünüşlərin alınması, faylda saxlanması. Laboratoriya işinin yerinə yetirilməsi. (L)Laboratoriya
  14. 14.
    LAB. №4. Fəza fiquru ilə xüsusi halda verimiş müstəvinin kəsişməsinin qurulması.(L)Laboratoriya
  15. 15.
    LAB. №5. Verilmiş 2D modelə görə 3D modelin qurulması və İnventor əlavəsindən istifadə etməklə görünüşlər və kəsiklərin verilməsi. (L)Laboratoriya
  16. 16.
    LAB. № 5. Laboratoriya işinin yerinə yetirilməsi.(L)Laboratoriya
  17. 17.
    LAB. №6. Əyani təsvirdə verilmiş detalın 3D modelinin qurulması və relistik təsvirinin alınmsı.(L)Laboratoriya
  18. 18.
    LAB. №6. Laboratoriya işlərinin yerinə yetirilməsi. (L)Laboratoriya
  19. 19.
    LAB. №7. Bloklar. Parametrik cizgilər. Bloklardan istifadə etməklə parametrik boltun çəkilməsi.(L) Laboratoriya
  20. 20.
    LAB. №8. Söküləbilən detallardan ibarət birləşmələrin ciz¬giləri və üçölçülü modellərinin qurulması (Bolt birləşməsi).(L) Laboratoriya
  21. 21.
    LAB. №9. Prinsipial elektrik sxemlərinin qrafiki elementlətrindən ibarət blokların yaradılması və yadda saxlanması.(L).Laboratoriya
  22. 22.
    LAB. №9. Prinsipial elektrik sxemlərinin qrafiki elementlətrindən ibarət blokların yaradılması və yadda saxlanması.(L).Laboratoriya
  23. 23.
    LAB. №10. Yığımın ümumi görünüş cizgisindən detalların hissə¬lərə ayrılmsı, 3D modeli, cizgisi və çapı.(L)Laboratoriya

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.20 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5
Laboratoriya Fənn üzrə laboratoriya işlərinin qiymətləndirilməsi 10 bal