Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
“Texniki xarici dil (ingilis dili)” fənni 050618-“Kimya mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün tədris olunan ixtisasın peşə hazırlığı fənlərininin seçmə fənlər bölümünə aid edilir. Müasir dövr xarici dillərin öyrənilməsini zərurət yaradıb. İndi müstəqil Respublikamızın müxtəlif dillərdə danışan, dünya arenasına çıxmağı bacaran, müxtəlif səviyyələrdə öz sözünü deyə bilən mühəndislərə böyük ehtiyacı var. Bu məqsədlə təhsilimizdə aparılan dəyişikliklər, yeni təhsil proqramlarının işlənib istifadəyə verilməsi məsələnin həll olunmasını tənzimləməyə xidmət edən amillərdəndir.
Fənn təlim nəticələri
CLO 1: Kimya mühəndisliyi sahəsinə aid ingilis dilində texniki terminologiyanı və peşəkar ifadələri düzgün istifadə edir.
CLO 2: Kimya mühəndisliyi üzrə ingilis dilində elmi və texniki mətnləri oxuyur, təhlil edir və əsas məzmununu şərh edir.
CLO 3: Kimya mühəndisliyi ilə bağlı texniki sənədləri, təlimatları və standartları ingilis dilində başa düşür və peşə fəaliyyətində tətbiq edir.
CLO 4: Kimya mühəndisliyi mövzularında ingilis dilində şifahi və yazılı peşəkar ünsiyyət qurur, texniki məlumatları aydın şəkildə təqdim edir.
CLO 5: Kimya mühəndisliyi sahəsində beynəlxalq elmi mənbələrdən, verilənlər bazalarından və texniki ədəbiyyatdan istifadə edərək peşəkar məlumatları əldə edir və qiymətləndirir.