Fənn · Kimya mühəndisliyi
Nanomaterialların kimyası və texnologiyası
Fənn haqqında
Kredit
7
İş yükü
210saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“Nanomaterialların kimyası və texnologiyası ” fənni fənni 050618- Kimya mühəndisliyi ixtisası üzrə bakalaviat səviyyəsində təhsil alan tələbələr üçün tədris olunan ixtisas-peşə hazırlığı fənləri bö¬lü¬-münün peşə hazırlığı üzrə ixtisas fənlərinə aid edilir. Qеyd еtmək lаzımdır ki, nаnоölçülü оbyеktlər hələ XIX və XX əsrlərdən yахşı məlumdurlаr. Məsələn, kоllоidlər və yа dаşıyıcılаrın səthi də оturdulmuş nаnоölçülü hеtеrоgеn kаtаlizаtоrlаr nаnооbyеktlər sаyılırlаr. Аncаq XX əsrin sоn 10 ilində nаnоklаstеr və nаnоquruluş аnlаyışlаrı еlmdə yаrаndı və оnlаrlа bаğlı nаnоtехnоlоgiyа inkişаf еtməyə bаşlаdı. Еlmdə bu аnlаyışlаrın оrtаyа çıхmаsının əsаs hərəkətvеrici qüvvəsi nаnооbyеktlərin аlınmаsındа və tədqiqində yеni nаnоmаtеriаllаrın, nаnоtехnоlоgiyаlаrın və nаnоquruluşlаrın yаrаdılmаsındа böyük prоqrеsin bаş vеrməsi оldu. Mеtаllаrın yеni nəhəng nаnоklаstеrləri, Fullеrеnlər, kаrbоn nаnоbоrulаr, оnlаrın əsаsındа çохlu nаnоquruluşlаr və qеyri-üzvi və suprаmоlеkulyаr hibrid üzvi pоlimеrlər sintеz оlundu. Ona görə də müxtəlif çeşidli nanomaterialların alınması, yeni materialların yaradılması və tədris prosesində tələbələrin onu mənimsəməsi vacib məsələdir. Bu baxımdan sözügedən fənnin tədrisi aktualdır.
Fənn təlim nəticələri
CLO 1: Nanomaterialların əsas anlayışlarını, təsnifatını, quruluşunu və fiziki-kimyəvi xassələrini izah edir.
CLO 2: Müxtəlif nanomaterialların (fullerenlər, karbon nanoboruları, nanoklasterlər və digər nanostrukturlar) alınma üsullarını və sintez texnologiyalarını müqayisə edir.
CLO 3: Nanomaterialların quruluşu ilə onların mexaniki, elektrik, optik və kimyəvi xassələri arasındakı əlaqəni təhlil edir.
CLO 4: Kimya mühəndisliyində istifadə olunan nanomaterialların tətbiq sahələrini qiymətləndirir və konkret mühəndislik məsələləri üçün uyğun nanomaterial seçir.
CLO 5: FTN 4. Dördüncü Sənaye İnqilabının milli və qlobal iqtisadiyyata, cəmiyyətə və fərdlərə təsirlərini təhlil edir, yaranan sosial və iqtisadi dəyişiklikləri qiymətləndirir.
CLO 6: Nanotexnologiyaların müasir inkişaf istiqamətlərini, innovativ materialların yaradılmasında rolunu və sənayedə tətbiq perspektivlərini qiymətləndirərək elmi-texniki problemlərin həllində istifadə edir.