Fənn · Kimya mühəndisliyi

Ümumi kimya texnologiyası

İFS – 3074y7 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Fənnin məqsədi tələbələrə kimya sənayesində istifadə olunan əsas texnoloji proseslər barədə ilkin və ümumi biliklər verməkdir. Fənn tələbələrin kimyəvi maddələrin alınması, emalı və tətbiqi proseslərini anlamaqlarına, sadə texnoloji sxemləri oxuyub izah etmələrinə kömək edir. Hədəf tələbələrdə istehsal proseslərinin əsas prinsipləri, resurslardan səmərəli istifadə və ətraf mühitin qorunması haqqında düşüncə formalaşdırmaqdır. Bu biliklər onların gələcək peşə fəaliyyətində baza rolunu oynayır.

Fənn təlim nəticələri

  1. CLO 1: Bilik və Anlayış: Kimya sənayesində istifadə olunan əsas texnoloji proseslər və istehsalın baza prinsipləri barədə ilkin və ümumi bilikləri nümayiş etdirmək.

  2. CLO 2: Tətbiq və Təhlil: Kimyəvi maddələrin alınması, emalı və tətbiqi mərhələlərini analiz etmək, eləcə də istehsalata aid sadə texnoloji sxemləri oxuyub şərh etmək.

  3. CLO 3: Dəyərləndirmə və Peşəkar Yanaşma: İstehsal proseslərində təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunması prinsiplərini anlamaq və bu bilikləri gələcək peşə fəaliyyətlərində baza olaraq istifadə etmək.