Fənn · Kimya mühəndisliyi

Texniki layihələndirməyə girişSillabus

İF-3943y9 kreditPayız semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3943y
Kredit
9
Tələbənin iş yükü
268
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) mühazirə- 15 saat b) semoinar -45 saat c) laboratoriya -15 saat
Auditoriyadan kənar saatlar
a) TSİ-180 saat, b) MRTSİ-15 saat

Fənn haqqında

«Texniki layihələndirməyə giriş» fənni – Texniki layihələndirməyə girişnının bütün bölmələrini və Texniki layihələndirməyə girişnın əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən ixtisas fənlərdən biridir. «Texniki layihələndirməyə giriş»nın öyrənilməsində əsas məqsəd: rəqəmli hesablama kompleksləri və ənənəvi üsul¬larda istifadə olunan vasitələrlə sənayedə istifadə olunan texniki vasitələrin, o cüm¬lədən, onların quruluşlarına daxil olan hissələrin, birləşmələrin, yığımların 3D modellənməsi və ikiölçülü müstəvi üzərində cizgilərin çəkilməsi, hesablanması, emalı, redaktəsi, çapı və s ilə məşğul olan sahədir. «Texniki layihələndirməyə giriş» mühəndis-texniki təhsilin for¬ma¬laşması və mənim¬sənilməsi işində əsas fənlərdən biri sayılır.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • laboratoriya işi
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Texniki layihələndirmənin əsas prinsiplərini, mərhələlərini və tətbiq sahələrini izah edə biləcək. Texniki tapşırığın hazırlanması və layihə tələblərinin müəyyənləşdirilməsi prinsiplərini tətbiq edə biləcək. Texniki obyekt və sistemlərin layihələndirilməsi zamanı konstruktiv və funksional tələbləri təhlil edə biləcək. Texniki çertyojları, sxemləri və layihə sənədlərini oxuya və şərh edə biləcək. Layihələndirmə prosesində müasir proqram təminatı və rəqəmsal texnologiyalardan istifadə edə biləcək. Layihə həllərinin texniki, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından səmərəliliyini qiymətləndirə biləcək. Verilmiş texniki məsələyə uyğun layihə həlli hazırlaya, əsaslandıra və təqdim edə biləcək.

Mövzu planı

  1. 1.
    AutoCAD proqramının interfeysi. Hal sətrinin əmrləri. İkiölçülü koordinat sistemi. Qatlar. Draw lövhəsinin bəzi əmrləri. AUtoCAD proqramında obyektin seçilməsi üsulları.Modify lövhəsinin bəzi əmrləri.Ölçülərin qoyulması və stillərMühazirə
  2. 2.
    AutoCAD proqramının interfeysi. AutoCAD proq¬ra¬mında yeni faylın açılması. Hal sətrinin əmrləri. Iki ölçülü koordinat sistemləri. Sadə kon¬turların çəkil¬məsinə aid məşğələ.(S)Məşğələ
  3. 3.
    LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.(L)Laboratoriya
  4. 4.
    Çertyojların tərtibi üçün bəzi stan-dartlar: formatlar, miqyaslar, xətlərin növləri, şriftlər, materialların şərti qrafiki işarəsi, ölçülərin qoyulması. (S)Məşğələ
  5. 5.
    AutoCAD proqramında bəzi çəkmə və redaktəetmə əmrləri. Obyektlərin seçilməsi üsulları. Əsas yazı¬ların yerinə yetirilməsinə aid məşğələ. (S)Məşğələ
  6. 6.
    Texniki layihələndirməyə girişın predmeti. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar. İki düz xəttin, düz xətlə çevrənin və iki çevrənin qovuşması.Maillik və konusluq.(M)Mühazirə
  7. 7.
    AutoCAD proqramında bəzi çəkmə və readaktə¬etmə əmrləri. Ənənəvi və AutoCAD proqramından istifadə etməklə həndəsi qurmalar: Parçanın və bucağın yarıya bölünməsi, çevrənin bərabər sayda hissələrə bölünməsi. Qovuşmalar.(S) Məşğələ
  8. 8.
    LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçü¬lərin qoyulması və həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulmasıLaboratoriya
  9. 9.
    Ölçülərin qoyulması üçün əmrlər. Ənənəvi və AutoCAD proq¬ramından istifadə etməklə həndəsi qurmalardan istifadə etməklə yastı konturların çəkil-məsi (qovuşmalara aid). (Sİ*-in verilməsi və izahı 1-ci məsələ).(S).Məşğələ
  10. 10.
    Ənənəvi və AutoCAD proqramından istifadə et¬məklə həndəsi qurmalar: Maillik və konusluq. Hən¬dəsi qurmalardan istifadə etməklə yastı konturların çəkilməsi (qovuşmalara aid). (Sİ* -in tap¬şırı¬ğının verilməsi və izahı 2-ci məsələ).(S)Məşğələ
  11. 11.
    Ortoqonal proeksiyalama metodu. Nöq¬tə¬nin iki və üç proeksiya müstəvisinə orto¬qonal proyeksi¬yalan-ması. Nöqtənin xüsusi halları. Düz xəttin proyeksiyalar. Düz xəttin xüsusi halları. Nöqtənin düz xəttə mənsub olması. Düz xəttin izləri v. əsl boyunun təyini. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri.(M)Mühazirə
  12. 12.
    Ənənəvi və AutoCAD proqramından istifadə et¬məklə nöqtənin epürdə hər üç proyeksiyasının qurulmasına aid məşələ. (Sİ* -in tapşırığının verilməsi və izahı 3-cü məsələ).(S).Məşğələ
  13. 13.
    LAb. №3. AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün, lazımı kəsiklərinin verilməsi və stillərdən istifadə etməklə ölçülərin qoyulmasıLaboratoriya
  14. 14.
    Ənənəvi və AutoCAD proqramından istifadə etməklə düz xətt mövzusuna aid məsələ həlli.(S)Məşğələ
  15. 15.
    Ənənəvi və AutoCAD proqramından istifadə et¬mək¬lə müstəvinin (xüsusi hal) proyeksiyalarının qurul¬masına, düz xəttin və nöqtənin müstəviyə mən¬sub¬luğuna, müstəvi və düz xəttin xüsusi halda verilmiş müstəvilə qarşılıqılı vəziyyətinə aid məş¬ğələ.(S)Məşğələ
  16. 16.
    Müstəvinin verilmə üsulları. Nöqtə və düz xəttin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin kəsişməsi (xüsusi hal). Çoxüzlülərin və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və düz xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xətt və müstəvilə kəsişməsi.( xüsusi hal).(M)Məşğələ
  17. 17.
    Səthlər Səth (prizma, piramida, silindr və konus). Ənə¬Ənənəvi və AutoCAD proqramından istifaistifadə etməklə nöqtənin səthlərə mənmənsubluğuna aid məşğələ. (S). Məşğələ
  18. 18.
    №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redak¬təsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, avtomatik 2D cizgilərinin alınması, çapı.Laboratoriya
  19. 19.
    Prizma, piramida, silindr və konus səthlərinin ənənəvi və AutoCAD proqramından istifadə etməklə müstəvi (xüsusi hal) və düz xətlə kəsişməsinə aid məşğələ. (Sİ* -in tapşırığının verilməsi və izahı 4-cü məsələ).(S)Məşğələ
  20. 20.
    AutoCAD proqramında ölçü və mətn stillərinin yara¬dılması. Görünüşlər. Ənənəvi və AutoCAD proqra¬mından istifadə etməklə əsas, əlavə və yerli görünüşlərin qurulmasına aid məşğələ.(S)Məşğələ
  21. 21.
    AutoCAD proqramında 3D modelləmədə koordinat sistemləri. İstifadəçi koordinat siseminin (İKS) əmrləri. 3D modelləmədə qurma və redaktəetmə əmrləri. AutoCAD proqramında materiallar teks¬turalar, işıq effekti, kame¬ranın tətbiqilə üç-ölçülü realistik görünüşlərin alınması, fayl¬da sax¬lanması və çapı.(M).Mühazirə
  22. 22.
    Kəsiklər və en kəsiklər. Ənənəvi və AutoCAD proqramından istifadə etməklə modelin verilmiş iki görünüşünə görə üçüncü görünüşünün və lazımı kəsiklərinin qurulmasına aid məşğələ. (Sİ* -in tapşırığının verilməsi və izahı 5-ci məsələ).(S)Məşğələ
  23. 23.
    LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redak¬təsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, avtomatik 2D cizgilərinin alınması, çapı.Laboratoriya
  24. 24.
    Düzbucaqlı izometrik və çəpbucaqlı frontal dimetrik aksonometrik proyeksiyar haqqında. Ənənəvi və AutoCAD proqramından istifadə etməklə naturadan və ya əyani təsvirdən verilmiş detalın görünüş-lərinin, kəsiklərinin qurulmasına aid məşğələ. (Sİ*-in tapşırığının verilməsi və izahı 6-ci məsələ).(S)Məşğələ
  25. 25.
    AutoCAD proqramında istifadəçi koordinat sistemi (UCS). 3D mo¬del-ləmə və redaktəetmə üçün əmrlər. Material, tekstura, işıq effekti, kameranın tətbiqilə yığım vahidinin detallarının realistik 3D modelinin qurulması və ondan rastr şəkilin alınmasına aid məş¬ğələ. Sadə 3D modellərin və aksonometrk pro¬yek-siyaların (Flatshot əmri) qurulmasına aid məş¬ğələ.(S) Məşğələ
  26. 26.
    Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. Naturadan detalların görü¬nüş¬lərinin, kəsik və en kəsiklərinin qurulması qaydası. Aksonometrik proyeksiyalar haq¬qında. Detal birləşmələri haqqında ümumi məlu-mat.Söküləbilən birləş¬mələr. Detallarda və birləşmələrdə yivlərin təsviri və işarə olun¬ması Standart yivli detalların cizgisi. Detal birləşmələrində istifadə edilən emprik düs¬turlar.(M).Mühazirə
  27. 27.
    Yivli birləşmələr. Ənənəvi və AutoCAD proqra¬mından istifadə etməklə standart yirli detalların (bolt, qayka və vint) cizgisinin tərtibinə aid məşğələ. (Sİ* № 4-ün tapşırığının verilməsi və izahı 1-ci məsələ).(S)Məşğələ
  28. 28.
    LAB. №5. SolidWorks proqramında iki detaldan ibarət birləş¬mələrin layihələndirilməsi və simulyasiyasıLaboratoriya
  29. 29.
    Detal birləşmələri. Emprik düsturlardan istifadə etməklə ənənəvi və ya AutoCAD proqramında bolt, sancaq, vint və sökülməyən birləşmərin yerinə yeti¬ril¬məsinə aid məşğələ. (Sİ* -n tapşı¬rığının veril¬məsi və izahı 8-ci məsələ).(S)Məşğələ
  30. 30.
    Sökülməyən birləşmələr. Ənənəvi və ya AutoCAD proqramından istifadə etməklə qaynaq, lehim və yapışqan birləşməsinə aid məşğələ. Digər növ birləşmələr və ötürmələr haqqında məlumat.(S)Məşğələ
  31. 31.
    Söküləbilməyən birləşmələr. Qaynaq, lehim və yapışqan birləşmə¬lərinin çertyojda təsviri. Digər növ birləşmələr və ötürmələrin cizgidə təsviri. Eskizlər və işçi çertyojlar. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissələrə ayrılması ardıcıllığı..(M)Mühazirə
  32. 32.
    Eskizlər. Naturadan verilmiş detalın eskizinin yerinə yetirilməsinə aid məşğələ. (Sİ* -in tapşırığının verilməsi və izahı 9-ci məsələ).(S)Məşğələ
  33. 33.
    LAB. №5. SolidWorks proqramında iki detaldan ibarət birləş¬mələrin layihələndirilməsi və simulyasiyasıLaboratoriya
  34. 34.
    Yığımın ümumi görünüş çertyojundan, ənənəvi və ya AutoCAD proq¬ramından istifadə etməklə, yığımın detallarının hissələn¬məsinə aid məşğələ. (Sİ* -in tapşırığının verilməsi və izahı 10-cu məsələ).(S)Məşğələ
  35. 35.
    SolidWORKS proqramında parametrik həndəsi layi¬hələndirmə haqqında. Asıllıqlar. Eskizlərin çəkilmə¬sinə aid əmrlər. Sadə yastı konturların qurulmasına aid məşğələ. (S)Məşğələ
  36. 36.
    SolidWORKS proqramı haqqında. Parametrik həndəsi layihə¬lən¬dirmə. Asıllıqlar haqqında. Part (Detal), Drawing (Cizgi) və Asamblay (Yığım) bölməsinin əmrləri. SolidWORKS proqramının tətbiqilə simulyasiyalar haqqında.(M)Mühazirə
  37. 37.
    SolidWORKS proqramında 3D modelləmə üçün əmrlər. verilmiş detalın 3D modelinin qurulması və avtomatik 2D cizgisinin (Drawing bölməsi) alın¬ma¬sına aid məşğələ.(S)Məşğələ
  38. 38.
    LAB. №5. SolidWorks proqramında iki detaldan ibarət birləş¬mələrin layihələndirilməsi və simulyasiyasıLaboratoriya
  39. 39.
    Asamblay bölməsi. SolidWorks proqramında iki detaldan ibarət birləşmələrin layihələndirilməsi və simulyasiyasına aid məşğələ.(S)Məşğələ
  40. 40.
    1-ci tapşırıq: Həndəsi qurmalardan istifadə etməklə yastı konturların cizgisinin çəkilməsi. Sərbəst iş

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.20 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5
laboratoriya fənnüzrə yerinə yetirilən laboratoriya işlərinin qiymətləndirilməsi 10 bal