Ümumi məlumat
- Fənn kodu
- ÜF-1306y-İnformasiyatexnologiyaları
- Kredit
- 4
- Tələbənin iş yükü
- 120
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- 45
- Auditoriyadan kənar saatlar
- a) 50 b) 25
Fənn haqqında
"Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənni ali təhsil müəssisələrində tələbələrin dövlət dilində peşəkar, elmi və rəsmi ünsiyyət bacarıqlarının formalaşdırılmasına yönəlmişdir. Fənn çərçivəsində Azərbaycan ədəbi dilinin normaları, işgüzar və akademik üslubun xüsusiyyətləri, rəsmi yazışma qaydaları, sənəd tərtibatı, akademik yazı, elmi etik davranış, nitq mədəniyyəti, təqdimat və debat bacarıqları, eləcə də rəqəmsal kommunikasiya mühitində peşəkar ünsiyyət prinsipləri öyrədilir. Tədris prosesində tələbələr müxtəlif işgüzar sənədlərin hazırlanması, akademik mətnlərin yazılması, mənbələrdən düzgün istifadə, sitatgətirmə və istinad qaydaları, plaqiatın qarşısının alınması, elmi təqdimatların hazırlanması və auditoriya qarşısında səmərəli çıxış üsullarını praktik şəkildə mənimsəyirlər. Fənn müasir informasiya-kommunikasiya texnologiyalarının və süni intellekt əsaslı alətlərin (mətn redaktəsi, akademik yazı, təqdimat hazırlama, məlumatların emalı və vizuallaşdırılması vasitələri) peşəkar və etik istifadəsini də əhatə edir. Təlim prosesində interaktiv müzakirələr, situasiya tapşırıqları, layihə əsaslı öyrənmə, komanda işi və praktiki məşğələlərdən istifadə edilir.
Tədris metodları
- interaktiv müzakirə
- problem-based learning
- komanda işi
- seminar
- case study
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: • FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir.
CLO 2: • FTN2: İxtisas üzrə işgüzar üslubun leksik, qrammatik və sintaktik xüsusiyyətləri müəyyənləşdirilir və müxtəlif kommunikativ situasiyalarda düzgün tətbiq edilir. Peşəkar fəaliyyətə uyğun şifahi və yazılı kommunikasiya vasitələrindən, peşə etikası və etiket normalarından səmərəli istifadə bacarığı formalaşdırılır.
Mövzu planı
- 1.Mövzu 1. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin mövzusu, məqsəd və vəzifələri. Kommunikasiya haqqında anlayış. Kommunikativlik nitqin mühüm funksiyalarından biri kimi.Məşğələ
Bu mövzuda tələbələr "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənninin məqsədi, vəzifələri və əhatə dairəsi ilə tanış olurlar. Kommunikasiya anlayışı, onun növləri, funksiyaları və nitq fəaliyyətində kommunikativliyin rolu izah edilir. Azərbaycan Texniki Universiteti haqqında mətn üzərində iş aparılmaqla tələbələrin oxuyub-anlama, fikir ifadə etmə, təqdimat və müzakirə bacarıqları inkişaf etdirilir. Kommunikativ məzmunlu sual və tapşırıqlar vasitəsilə effektiv ünsiyyətin əsas prinsipləri mənimsədilir.
- 2.The emergence and development of the Azerbaijan state (3rd–2nd millennia BC).Məşğələ
This topic covers the emergence and developmental stages of the earliest state formations established in the territory of Azerbaijan from ancient times. It examines their systems of governance, political structure, economic life, and cultural characteristics. In addition, it analyzes their position within the region and their relations with neighboring states. Special emphasis is placed on the role of these states in shaping the history of Azerbaijani statehood.
- • CLO2: Clarifies selected controversial issues in Azerbaijani history.
- • CLO1: Explains the key characteristics of the main periods of Azerbaijani history.
- • CLO3: Develops an objective position on relevant historical issues.
- • CLO4: Demonstrates the required basic knowledge and formulates independent views on course topics.
- • CLO5:Relates Azerbaijan's ancient history to the modern era.
- 3.Mövzu 3. İşgüzar ünsiyyət və onun əsas prinsipləri. Ünsiyyət informasiya mübadiləsi kimiMəşğələ
Bu mövzuda işgüzar ünsiyyətin mahiyyəti, məqsədi və prinsipləri öyrədilir. Ünsiyyət prosesinin strukturu, informasiya mübadiləsinin mərhələləri, verbal və qeyri-verbal vasitələrin rolu izah edilir. Praktik situasiyalar əsasında effektiv ünsiyyət strategiyaları tətbiq olunur.
- 4.Mövzu 4. İşgüzar ünsiyyətdə özünütəqdimatMəşğələ
Mövzuda özünütəqdimatın məqsədi, strukturu və təqdimetmə texnikaları öyrənilir. Tələbələr iş müsahibəsi, konfrans, təqdimat və rəsmi görüşlər üçün uğurlu özünütəqdimat nümunələri hazırlayırlar. Nitq mədəniyyəti, bədən dili və auditoriya ilə əlaqə qurma bacarıqları inkişaf etdirilir.
- 5.Advanced Excel Functions for Finance: OFFSET, INDEX/MATCH, Array FormulasMəşğələ
Advanced Excel Functions for Finance: OFFSET, INDEX/MATCH, Array Formulas
- 6.Mövzu 6. İşgüzar ünsiyyətin monoloji janrlarıMəşğələ
Mövzuda monoloji nitqin xüsusiyyətləri, strukturu və tətbiq sahələri izah edilir. Məruzə, təqdimat, çıxış və hesabat kimi monoloji janrların hazırlanması qaydaları öyrədilir. Praktik məşğələlərdə tələbələr müxtəlif mövzularda çıxış hazırlayır və təqdim edirlər.
- 7.Mövzu 7. İşgüzar ünsiyyətdə sözsüz bağlantı və ünsiyyəti tamamlayan ifadəli hərəkətlər; bədən dili, mimika və jestlərMəşğələ
Bu mövzuda qeyri-verbal ünsiyyət vasitələrinin işgüzar münasibətlərdə rolu öyrənilir. Bədən dili, mimika, jestlər, göz təması, duruş və şəxsi məkan anlayışları izah olunur. Müxtəlif situasiyalar üzərində aparılan təhlillər vasitəsilə qeyri-verbal davranışın ünsiyyətə təsiri qiymətləndirilir.
- 8.Mövzu 8. İşgüzar ünsiyyət etikası və psixologiyasıMəşğələ
Mövzuda işgüzar etika, peşə etikası, psixoloji münasibətlər və subordinasiya qaydaları öyrənilir. Rəhbərlə, həmkarlarla və müştərilərlə münasibətlər, rəsmi davranış normaları və etik qərarvermə prinsipləri praktik nümunələr əsasında təhlil edilir.
- 9.Məkan kommutasiyası və məkan kommutasiya qurğularıMəşğələ
Məkan kommutasiyasının iş prinsipi, kommutasiya matrisləri və məkan kommutasiya qurğularının quruluşu öyrənilir.
- Kommutasiya sistemlərində trafik, Erlanq modeli, xidmət keyfiyyəti və əsas trafik parametrlərini hesablayır.
- 10.Mövzu 10. Müvafiq ixtisaslar üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya. Peşə etikası və etiket qaydaları. İşgüzar karyeranın idarə edilməsiMəşğələ
Mövzuda müxtəlif ixtisas sahələrində şifahi və yazılı peşəkar ünsiyyətin xüsusiyyətləri öyrənilir. Peşə etikası, işgüzar etiket normaları, iş yerində kommunikasiya mədəniyyəti və karyera inkişafının əsas prinsipləri izah edilir. Praktik tapşırıqlar vasitəsilə peşəkar yazışmaların hazırlanması, rəsmi çıxışların təşkili və karyera planlaşdırılması bacarıqları inkişaf etdirilir.
- 11.Mövzu 11. Şifahi işgüzar ünsiyyətin mədəniyyətlərarası aspektləriMəşğələ
Bu mövzuda müxtəlif mədəniyyətlərə mənsub şəxslərlə işgüzar ünsiyyətin xüsusiyyətləri öyrənilir. Mədəni fərqlərin ünsiyyətə təsiri, beynəlxalq etik davranış normaları və qarşılıqlı anlaşmanın təmin edilməsi yolları izah edilir. Praktik situasiyalar əsasında mədəniyyətlərarası kommunikasiya bacarıqları inkişaf etdirilir.
- 12.Mövzu 12. Yazılı işgüzar kommunikasiya və onların aparılması qaydaları. Sənəd yazılı işgüzar ünsiyyətin əsas məhsulu kimiMəşğələ
Mövzuda yazılı işgüzar ünsiyyətin əsas prinsipləri, rəsmi sənədlərin hazırlanması qaydaları və sənədlərin hüquqi əhəmiyyəti öyrənilir. Yazılı kommunikasiya vasitələrinin funksiyaları, sənəd dövriyyəsi və rəsmi yazı normaları izah edilir. Müxtəlif sənəd nümunələri üzərində praktik çalışmalar yerinə yetirilir.
- 13.Məşğələ 8. Cr, Mn. Təbii birləşmələri, alınması, xassələri və tətbiqiMəşğələ
Məşğələ zamanı xrom və manqanın əsas mineralları, onların filizlərdən alınması üsulları və kimyəvi aktivliyi araşdırılır. Xromun əsasən xromit (FeCr₂O₄), manqanın isə pirolüzit (MnO₂) kimi təbii birləşmələr şəklində rast gəlindiyi öyrənilir. Həmçinin bu metalların oksidləri, reduksiya reaksiyaları və müxtəlif oksidləşmə dərəcələri haqqında məlumat verilir. Xromun yüksək korroziya davamlılığına malik olması səbəbindən xromlaşdırmada, paslanmayan poladların hazırlanmasında və xüsusi ərintilərdə istifadəsi, manqanın isə polad istehsalında, ərintilərin möhkəmləndirilməsində, kimya sənayesində və digər sahələrdə tətbiqi öyrənilir.
- Məşğələnin sonunda tələbə: xrom və manqanın əsas təbii birləşmələrini müəyyən edə bilir; Cr və Mn filizlərinin növlərini izah edə bilir; xrom və manqanın sənayedə alınma üsullarını açıqlaya bilir; bu metalların fiziki və kimyəvi xassələrini müqayisə edə bilir; xrom və manqanın oksid və duzlarının xüsusiyyətlərini izah edə bilir; xromun paslanmayan polad və ərintilərdə rolunu müəyyən edə bilir; manqanın metallurgiyada və digər sənaye sahələrində tətbiqini açıqlaya bilir; metalların xassələri ilə onların istifadə sahələri arasındakı əlaqəni təhlil edə bilir.
- 14.Mövzu 14. Təşkilati və inzibati sənədlər. Elektron sənəd dövriyyəsinin tətbiqiMəşğələ
Mövzuda təşkilati və inzibati sənədlərin növləri, hazırlanması və icrası qaydaları öyrənilir. Əmr, sərəncam, qərar, protokol, akt və digər təşkilati sənədlərin xüsusiyyətləri izah edilir. Elektron sənəd dövriyyəsi sistemləri, rəqəmsal imza və elektron idarəetmənin üstünlükləri praktik nümunələr əsasında təhlil olunur.
- 15.Mövzu 15. İstinad və analitik sənədlərMəşğələ
Bu mövzuda arayış, arayış-məruzə, hesabat, analitik arayış, icmal və digər istinad xarakterli sənədlərin hazırlanması prinsipləri öyrədilir. Məlumatların toplanması, təhlili, sistemləşdirilməsi və rəsmi şəkildə təqdim olunması qaydaları praktik çalışmalar vasitəsilə mənimsədilir.
- 16.Mövzu 16. Məktublar: onların növləri və yazılma qaydaları Məşğələ
Bu mövzuda rəsmi, kommersiya, zəmanət, təşəkkür, dəvət, sorğu və cavab məktublarının növləri və hazırlanma qaydaları öyrənilir. Məktubun strukturu, müraciət formaları, üslub xüsusiyyətləri və etik normalar izah edilir. Praktik tapşırıqlar vasitəsilə müxtəlif məqsədlər üçün işgüzar məktublar hazırlanır.
- 17.Mövzu 17. Biznes sahəsində işgüzar ünsiyyət; əsas etik prinsiplər, davranış qaydaları və danışıqların aparılması texnikası. Kommersiya yazışmaları və işgüzar tövsiyələr. İşgüzar e-mail və digər daxili elektron yazışmalar; sosial şəbəkələrdən istifadə qaydalarıMəşğələ
Bu mövzuda biznes mühitində peşəkar ünsiyyətin etik normaları, davranış prinsipləri və səmərəli danışıqların aparılması üsulları öyrənilir. Kommersiya yazışmalarının hazırlanması, işgüzar tövsiyələrin verilməsi, elektron poçt vasitəsilə rəsmi yazışmaların aparılması qaydaları, eləcə də təşkilatdaxili elektron kommunikasiya və sosial şəbəkələrdən peşəkar məqsədlərlə istifadə prinsipləri praktik nümunələr əsasında mənimsədilir.
- 18.Mövzu 18. Yazılı mesajların əsas növləri; ticarət yazışmaları (məktubları) və qeyri-kommersiya məktublarıMəşğələ
Bu mövzuda yazılı mesajların təsnifatı, onların məqsəd və funksiyaları öyrədilir. Ticarət və qeyri-kommersiya məktublarının quruluşu, üslub xüsusiyyətləri və tərtib qaydaları izah olunur. Müxtəlif praktik situasiyalar əsasında rəsmi və qeyri-rəsmi yazışmalar hazırlanır, kommunikativ tapşırıqlar vasitəsilə yazılı nitqin səmərəliliyi artırılır.
- 19.Azerbaijan in the modern period (2000–present). Məşğələ
This topic examines Azerbaijan’s political, economic, and social development during the period of independence. It explores the reforms implemented in public administration, the country’s economic development strategy, and the main directions of its international cooperation. The topic also analyzes Azerbaijan’s foreign policy priorities, its relations with regional and international organizations, and its growing role in global affairs. Furthermore, it discusses the country’s achievements in the modern era and its future development prospects.
- 20.20. Reklam biznes əlaqələrinin üzvi və ayrılmaz hissəsi kimi. Dil mediası və reklam dilinin əsas xüsusiyyətləri. Reklam mətnlərinin hazırlanmasıMəşğələ
Bu mövzuda reklamın biznes fəaliyyətində rolu, reklam kommunikasiyasının prinsipləri və reklam dilinin üslubi xüsusiyyətləri öyrənilir. Dil mediasının reklam fəaliyyətində istifadəsi, auditoriyanın xüsusiyyətlərinə uyğun reklam mətnlərinin hazırlanması və onların kommunikativ təsiri praktik nümunələr üzərində təhlil edilir.
- 21.Harmonik rəqslər və onların təqdimatı: a) periodik rəqslərin spektrləri; b) qeyri-periodik rəqslərin spektrləriMəşğələ
Harmonik rəqslərin zaman və tezlik oblastında təqdimatı, periodik və qeyri-periodik rəqslərin spektral xüsusiyyətləri öyrənilir.
- 22.Mövzu 22. Elmi-tədqiqat mövzusu üzrə icmal məqalələrin hazırlanması və növləri. Elmi işlər barədə təqdimatların hazırlanması. Dissertasiyanın tərtibi qaydaları. Yazılı işgüzar ünsiyyətin mədəniyyətlərarası ölçüsüMəşğələ
Bu mövzuda elmi-tədqiqat fəaliyyətinin əsas mərhələləri, icmal məqalələrin hazırlanması metodikası, elmi təqdimatların planlaşdırılması və təqdim olunması qaydaları öyrədilir. Dissertasiyanın struktur elementləri, elmi üslubun tələbləri və akademik yazının beynəlxalq standartları izah edilir. Yazılı işgüzar ünsiyyətdə mədəniyyətlərarası fərqlər və beynəlxalq akademik kommunikasiya prinsipləri praktik nümunələr əsasında təhlil olunur.
- 23.Mövzu 23. Fənn üzrə keçirilən proqram materiallarının təkrarı və yekunlaşdırılmasıMəşğələ
Bu mövzu ərzində semestr boyu öyrənilən nəzəri biliklər və praktik bacarıqlar sistemləşdirilir, ümumiləşdirilir və möhkəmləndirilir. Tələbələr kommunikativ tapşırıqlar, situasiya xarakterli çalışmalar, təqdimatlar, layihələr və müzakirələr vasitəsilə əldə etdikləri bilik və bacarıqları nümayiş etdirirlər. Yekun qiymətləndirməyə hazırlıq məqsədilə əsas mövzular təkrar edilir və inteqrativ yanaşma tətbiq olunur.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, məşğələ dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |