Fənn · İnformasiya təhlükəsizliyi

Zərərverici proqram təminatının analiziSillabus

İFS-2227yn6 kreditPayız semestriSeçmə4

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-2227yn
Kredit
6
Tələbənin iş yükü
60
Semestr
Payız semestri
Akademik il
4
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 30 saat - TSİ b) 30 saat - MRTSİ

Fənn haqqında

Fənn tələbələrdə zərərverici proqram təminatının analizi üzrə fundamental nəzəri biliklərin və ilkin praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində zərərverici proqramların əsas növləri, məqsədləri, xüsusiyyətləri və fəaliyyət mexanizmləri, eləcə də onların təhlilində istifadə olunan əsas yanaşma və alətlər öyrənilir. Virus, soxulcan, troyan və digər zərərverici proqram nümunələrinin davranışının, funksionallığının və sistemə mümkün təsirlərinin müəyyən edilməsi prinsipləri nəzərdən keçirilir. Zərərverici proqramların aşkarlanması və araşdırılması üçün statik və dinamik analiz metodları, bu metodların əsas xüsusiyyətləri və tətbiq fərqləri öyrənilir. Xüsusilə zərərli Windows proqramlarının analizi, icra olunan faylların strukturunun araşdırılması, paketləmə və paketdən çıxarma üsulları, eləcə də proqramın icrası zamanı nümayiş etdirdiyi zərərli davranışların təhlili məsələləri araşdırılır. Fənn çərçivəsində zərərverici proqram təminatının analizində istifadə olunan əsas alətlər və analiz mühitləri ilə işləmə prinsiplərinə də diqqət yetirilir. Fənn tələbələrdə zərərverici proqram nümunəsinin məqsədini və əsas xüsusiyyətlərini müəyyən etmək, uyğun analiz metodunu seçmək, statik və dinamik analiz nəticələrini şərh etmək və əldə olunan nəticələr əsasında zərərli davranışı qiymətləndirmək bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • təqdimatlar
  • seminar
  • problem-based learning
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Zərərverici proqramların analizinə girişMühazirə

    Mövzu zərərverici proqramların əsas anlayışlarını, növlərini və funksional xüsusiyyətlərini əhatə edir. Zərərverici proqramların davranışının və sistemlərə təsirinin müəyyənləşdirilməsi üçün istifadə olunan əsas analiz üsulları izah olunur. Hücum mərhələləri və zərərverici proqramların hücum prosesindəki rolu nəzərdən keçirilir. Zərərverici faylların ilkin yoxlanılması üçün istifadə olunan onlayn analiz platformalarının imkanları öyrənilir. Həmçinin zərərverici proqramların təhlükəsiz şəkildə tədqiq edilməsi üçün izolə olunmuş analiz mühitinin qurulmasının əsas prinsipləri izah olunur.

  2. 2.
    Başlanğıc səviyyə statik analiz – 1Mühazirə

    Mövzu zərərverici proqramların icra edilmədən ilkin statik analizinin aparılması üsullarını əhatə edir. Antivirus skanının həyata keçirilməsi, fayl tipinin müəyyən edilməsi, heş dəyərlərin hesablanması və fayl daxilindəki sətirlərin aşkar olunması üsulları öyrənilir. Portativ icra faylı (Portable Executable – PE) formatının əsas strukturu və zərərverici proqramların təhlilində əhəmiyyəti izah olunur. Win32 API funksiyalarının zərərverici proqramların funksionallığının müəyyənləşdirilməsindəki rolu nəzərdən keçirilir. Həmçinin zərərverici proqramların analizi çətinləşdirmək üçün istifadə etdikləri paketləmə və qarışdırma kimi yayınma üsulları təhlil olunur.

  3. 3.
    Başlanğıc səviyyə statik analiz – 2Mühazirə

    Mövzu zərərverici proqramların başlanğıc səviyyəli statik analizinin davamı olaraq faylların ilkin yoxlanılması və identifikasiyası üsullarını əhatə edir. Antivirus skanının aparılması və əldə olunan nəticələrin ilkin analiz prosesində istifadəsi nəzərdən keçirilir. Zərərverici proqram nümunələrinin heş dəyərləri əsasında internet resurslarında axtarılması və onlar haqqında mövcud məlumatların əldə edilməsi üsulları öyrənilir. İcra fayllarında sətirlərin aşkarlanması və müəyyən edilmiş məlumatların araşdırılması vasitəsilə proqramın potensial funksionallığının müəyyənləşdirilməsi izah olunur. Həmçinin icra faylının yaradılmasında istifadə olunan kompilyatorun və paketləyicinin müəyyən edilməsi üsulları nəzərdən keçirilir.

  4. 4.
    Başlanğıc səviyyə dinamik analiz – 1Mühazirə

    Mövzu zərərverici proqramların idarə olunan mühitdə icra edilərək davranışlarının müşahidə olunmasına əsaslanan başlanğıc səviyyəli dinamik analiz üsullarını əhatə edir. Zərərverici proqramların təhlükəsiz şəkildə təhlili üçün sandbox mühitlərinin istifadəsi və əsas xüsusiyyətləri izah olunur. Proseslərin, fayl sistemində baş verən dəyişikliklərin və reyestrə müraciətlərin monitorinqi üçün istifadə olunan analiz yanaşmaları nəzərdən keçirilir. Zərərverici proqramların şəbəkə davranışının izlənilməsi və əlaqə cəhdlərinin müəyyənləşdirilməsi üsulları öyrənilir. Həmçinin dinamik kitabxanaların (DLL) işləmə prinsipləri və zərərverici proqramların davranışındakı rolu izah olunur.

  5. 5.
    Zərərverici Windows proqramlarının analiziMühazirə

    Mövzu Windows əməliyyat sistemini hədəf alan zərərverici proqramların davranışının və funksionallığının təhlilini əhatə edir. Zərərverici proqramların sistem resursları ilə qarşılıqlı əlaqəsi zamanı istifadə etdikləri əsas Windows API funksiyaları və onların analiz prosesindəki əhəmiyyəti izah olunur. Windows reyestrində aparılan dəyişikliklərin və reyestrə müraciətlərin zərərverici proqram davranışının müəyyənləşdirilməsindəki rolu nəzərdən keçirilir. Şəbəkə API-lərindən istifadə etməklə həyata keçirilən kommunikasiya və məlumat mübadiləsi fəaliyyətlərinin təhlili öyrənilir. Əldə olunan məlumatlar əsasında zərərverici proqramın sistem və şəbəkə səviyyəsindəki davranışının müəyyənləşdirilməsinə diqqət yetirilir.

  6. 6.
    Başlanğıc səviyyə dinamik analiz – 2Mühazirə

    Mövzu zərərverici proqram nümunələrinin idarə olunan və izolə edilmiş mühitdə icra edilərək davranışlarının praktiki təhlilini əhatə edir. Müxtəlif zərərverici proqramların sistemdə yaratdığı proseslər, fayl dəyişiklikləri, reyestr fəaliyyəti və şəbəkə əlaqələri müşahidə olunur. Analiz zamanı əldə edilən davranış göstəricilərinin toplanması və zərərverici proqramın funksionallığının müəyyənləşdirilməsi üsulları öyrənilir. Müxtəlif zərərverici proqram nümunələrinin davranış xüsusiyyətləri müqayisə edilir və onların sistemə təsiri təhlil olunur. Əldə olunan nəticələr əsasında zərərverici fəaliyyətin əsas göstəricilərinin müəyyənləşdirilməsinə diqqət yetirilir.

  7. 7.
    İrəli səviyyə statik analiz – 1Mühazirə

    Mövzu zərərverici proqramların irəli səviyyəli statik analizi üçün tələb olunan kompüter arxitekturası və aşağı səviyyəli proqramlaşdırma anlayışlarını əhatə edir. Prosessorun işləmə prinsipləri, CPU registrləri və verilənlərin yaddaşla registrlər arasında ötürülməsi mexanizmləri izah olunur. Assembler dilində verilənlərin mübadiləsi (mov, xchg), hesablama (add, sub) və icra axınının idarə edilməsi (jmp, loop, call, jxx) əmrləri nəzərdən keçirilir. Həmçinin in, out və int kimi digər aşağı səviyyəli əmrlərin əsas funksiyaları öyrənilir. x64 arxitekturasının əsas xüsusiyyətləri və bu biliklərin icra fayllarının statik analizində tətbiqi izah olunur.

  8. 8.
    Tərsinə mühəndislikMühazirə

    Mövzu proqram təminatının daxili quruluşunun, işləmə məntiqinin və funksionallığının mənbə kodu olmadan təhlil edilməsini əhatə edir. Tərsinə mühəndisliyin əsas məqsədləri, mərhələləri və zərərverici proqramların analizində tətbiqi izah olunur. İcra fayllarının strukturunun, proqram kodunun və idarəetmə axınının araşdırılması prinsipləri nəzərdən keçirilir. Statik və dinamik analiz üsullarından istifadə etməklə proqramın davranışının və gizli funksionallığının müəyyənləşdirilməsi öyrənilir. Tərsinə mühəndislik prosesində əldə olunan nəticələrin zərərverici proqramların fəaliyyətinin və təhlükəsizlik risklərinin qiymətləndirilməsində istifadəsinə diqqət yetirilir.

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6