Fənn · İnformasiya təhlükəsizliyi

Zərərverici proqram təminatının analizi

İFS-2227yn6 kreditPayız semestriSeçmə4

Fənn haqqında

Kredit

6

İş yükü

60saat

Semestr

Payız

Tədris ili

4

Fənnin təsviri

Fənn tələbələrdə zərərverici proqram təminatının analizi üzrə fundamental nəzəri biliklərin və ilkin praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində zərərverici proqramların əsas növləri, məqsədləri, xüsusiyyətləri və fəaliyyət mexanizmləri, eləcə də onların təhlilində istifadə olunan əsas yanaşma və alətlər öyrənilir. Virus, soxulcan, troyan və digər zərərverici proqram nümunələrinin davranışının, funksionallığının və sistemə mümkün təsirlərinin müəyyən edilməsi prinsipləri nəzərdən keçirilir. Zərərverici proqramların aşkarlanması və araşdırılması üçün statik və dinamik analiz metodları, bu metodların əsas xüsusiyyətləri və tətbiq fərqləri öyrənilir. Xüsusilə zərərli Windows proqramlarının analizi, icra olunan faylların strukturunun araşdırılması, paketləmə və paketdən çıxarma üsulları, eləcə də proqramın icrası zamanı nümayiş etdirdiyi zərərli davranışların təhlili məsələləri araşdırılır. Fənn çərçivəsində zərərverici proqram təminatının analizində istifadə olunan əsas alətlər və analiz mühitləri ilə işləmə prinsiplərinə də diqqət yetirilir. Fənn tələbələrdə zərərverici proqram nümunəsinin məqsədini və əsas xüsusiyyətlərini müəyyən etmək, uyğun analiz metodunu seçmək, statik və dinamik analiz nəticələrini şərh etmək və əldə olunan nəticələr əsasında zərərli davranışı qiymətləndirmək bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.

Fənn təlim nəticələri

Təlim nəticəsi əlavə edilməyib.