Fənn · İnformasiya təhlükəsizliyi

Kibertəhlükəsizlik üçün PythonSillabus

İFS-2225yn5 kreditPayız semestriSeçmə2

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-2225yn
Kredit
5
Tələbənin iş yükü
105
Semestr
Payız semestri
Akademik il
2
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 15 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 65 saat - TSİ b) 40 saat - MRTSİ

Fənn haqqında

Fənn informasiya təhlükəsizliyi sahəsində müxtəlif əməliyyat və proseslərin Python proqramlaşdırma dili vasitəsilə avtomatlaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində tələbələr zəifliklərin skan edilməsi, şəbəkə təhlükəsizliyi, təhdid kəşfiyyatı, jurnal məlumatlarının təhlili və insidentlərə cavab kimi kibertəhlükəsizlik tapşırıqlarının avtomatlaşdırılması üsullarını öyrənirlər. Tədris prosesində təkrarlanan və əmək tutumlu təhlükəsizlik əməliyyatlarını sadələşdirmək üçün Python skriptlərinin hazırlanmasına xüsusi diqqət yetirilir. Tələbələr təhlükəsizlik məlumatlarının emalı, təhlili və müxtəlif iş axınlarının avtomatlaşdırılması üzrə praktiki bacarıqlar əldə edirlər. Fənn proqramlaşdırma biliklərinin real kibertəhlükəsizlik tapşırıqlarının həllində tətbiqini və təhlükəsizlik əməliyyatlarının sürətinin, dəqiqliyinin və səmərəliliyinin artırılmasını təmin edir. Tədrisin sonunda tələbələr informasiya təhlükəsizliyi proseslərinin avtomatlaşdırılması üçün Python əsaslı həllər hazırlamaq və tətbiq etmək bacarığına yiyələnirlər.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • təqdimatlar
  • seminar
  • problem-based learning
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Python-un əsas imkanlarından istifadə etməklə kibertəhlükəsizlik məsələlərinin həlli üçün skriptlər hazırlaya və təhlükəsizlik əməliyyatlarını avtomatlaşdıra bilməlidir.

  2. CLO 2: Python vasitəsilə şəbəkə məlumatlarını toplayıb emal etməli, şəbəkə xidmətləri və portları təhlükəsizlik baxımından təhlil edə bilməlidir.

  3. CLO 3: Şəbəkə və veb mühitlərində təhlükələri və hücum mexanizmlərini, o cümlədən DoS/DDoS və veb zəifliklərini təhlil edərək onların aşkarlanması və qarşısının alınması üsullarını tətbiq edə bilməlidir.

  4. CLO 4: Zərərli proqramların əsas xüsusiyyətlərini müəyyənləşdirməli, Python vasitəsilə təhlükəsizlik məlumatlarını emal və şübhəli obyektləri təhlil edə bilməlidir.

  5. CLO 5: Kriptoqrafik mexanizmlərdən və Python kitabxanalarından istifadə etməklə məlumatların məxfiliyini və bütövlüyünü qoruyan həllər tətbiq edə bilməlidir

  6. CLO 6: OSINT üsulları və Python əsaslı vasitələrlə kibertəhlükəsizlik məlumatlarını toplayıb emal etməli, əlaqələndirməli və nəticələrin etibarlılığını qiymətləndirə bilməlidir.

Mövzu planı

  1. 1.
    Python proqramlaşdırma dilinin əsaslarıMühazirə

    Python proqramlaşdırma dilinin sintaksisi, dəyişənlər, verilənlər tipləri, operatorlar, şərt və dövr konstruksiyaları, funksiyalar, siyahılar və lüğətlər izah edilir. Kibertəhlükəsizlik məsələlərinin həllində Python-dan istifadə imkanlarına nəzər salınır.

  2. 2.
    Şəbəkə proqramlaşdırması və port skaneriMühazirə

    Şəbəkə proqramlaşdırmasının əsasları, TCP/IP və socket anlayışları, müştəri-server əlaqəsi və şəbəkə portlarının iş prinsipi izah edilir. Port skanının məqsədi, növləri və təhlükəsizlik baxımından tətbiqi praktiki nümunələrlə araşdırılır.

  3. 3.
    DoS və DDoS hücumlarının analiziMühazirə

    DoS və DDoS hücumlarının mahiyyəti, əsas növləri, hücum vektorları və şəbəkə resurslarına təsiri araşdırılır. Hücumların aşkarlanması, trafik göstəricilərinin təhlili və müdafiə mexanizmləri nəzərdən keçirilir.

  4. 4.
    Veb təhlükəsizliyiMühazirə

    Veb tətbiqlərinin təhlükəsizlik prinsipləri, autentifikasiya və avtorizasiya, sessiyaların idarə olunması, giriş məlumatlarının yoxlanılması və geniş yayılmış veb zəiflikləri araşdırılır. Təhlükəsiz veb tətbiqlərinin hazırlanması prinsiplərinə diqqət yetirilir.

  5. 5.
    Zərərli proqramlarMühazirə

    Zərərli proqramların əsas növləri, o cümlədən viruslar, qurdlar, trojanlar, ransomware və spyware haqqında məlumat verilir. Zərərli proqramların yayılma üsulları, sistemə təsiri, aşkarlanması və ilkin analiz metodları araşdırılır.

  6. 6.
    KriptoqrafiyaMühazirə

    Kriptoqrafiyanın əsas anlayışları, şifrələmə və deşifrələmə, simmetrik və asimmetrik kriptoqrafiya, heş funksiyaları, rəqəmsal imza və açarların idarə olunması prinsipləri izah edilir. Kriptoqrafiyanın informasiya təhlükəsizliyində rolu araşdırılır.

  7. 7.
    Açıq mənbəli kəşfiyyat (OSINT)Mühazirə

    Açıq mənbələrdən qanuni və etik şəkildə informasiya toplanması, məlumatların axtarışı, yoxlanılması, əlaqələndirilməsi və təhlili üsulları öyrənilir. Domenlər, IP ünvanları, sosial media, ictimai reyestrlər və digər açıq mənbələrdən əldə edilən məlumatların təhlükəsizlik baxımından qiymətləndirilməsi araşdırılır.

  8. 8.
    Kursun yekun qiymətləndirilməsiMühazirə

    Kurs ərzində öyrənilmiş proqramlaşdırma, şəbəkə təhlükəsizliyi, hücumların analizi, veb təhlükəsizliyi, zərərli proqramlar, kriptoqrafiya və OSINT üzrə bilik və praktiki bacarıqların yekun qiymətləndirilməsi həyata keçirilir.

Ədəbiyyat

  1. Al Sweigart “Automate the Boring Stuff with Python". No Starch Press, 2015, 504p
  2. Justin Seitz "Black Hat Python: Python Programming for Hackers and Pentesters". No Starch Press, 2014, 192p
  3. Howard E. Poston III "Python for Cybersecurity: Using Python for Cyber Offense and Defense", 2022, 240p
  4. Florian Dedov “The Python Bible 7 in 1”. 2020, 507p
  5. Luciano Ramalho “Fluent Python: Clear, Concise, and Effective Programming 2nd edition” O'Reilly Media, 2015, 790p
  6. Goalkicker.com Python notes for professionals. E-book, 2018, 856p

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6