Fənn · İnformasiya təhlükəsizliyi
Kibertəhlükəsizlik üçün Python
Fənn haqqında
Kredit
5
İş yükü
105saat
Semestr
Payız
Tədris ili
2
Fənnin təsviri
Fənn informasiya təhlükəsizliyi sahəsində müxtəlif əməliyyat və proseslərin Python proqramlaşdırma dili vasitəsilə avtomatlaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində tələbələr zəifliklərin skan edilməsi, şəbəkə təhlükəsizliyi, təhdid kəşfiyyatı, jurnal məlumatlarının təhlili və insidentlərə cavab kimi kibertəhlükəsizlik tapşırıqlarının avtomatlaşdırılması üsullarını öyrənirlər. Tədris prosesində təkrarlanan və əmək tutumlu təhlükəsizlik əməliyyatlarını sadələşdirmək üçün Python skriptlərinin hazırlanmasına xüsusi diqqət yetirilir. Tələbələr təhlükəsizlik məlumatlarının emalı, təhlili və müxtəlif iş axınlarının avtomatlaşdırılması üzrə praktiki bacarıqlar əldə edirlər. Fənn proqramlaşdırma biliklərinin real kibertəhlükəsizlik tapşırıqlarının həllində tətbiqini və təhlükəsizlik əməliyyatlarının sürətinin, dəqiqliyinin və səmərəliliyinin artırılmasını təmin edir. Tədrisin sonunda tələbələr informasiya təhlükəsizliyi proseslərinin avtomatlaşdırılması üçün Python əsaslı həllər hazırlamaq və tətbiq etmək bacarığına yiyələnirlər.
Fənn təlim nəticələri
CLO 1: Python-un əsas imkanlarından istifadə etməklə kibertəhlükəsizlik məsələlərinin həlli üçün skriptlər hazırlaya və təhlükəsizlik əməliyyatlarını avtomatlaşdıra bilməlidir.
CLO 2: Python vasitəsilə şəbəkə məlumatlarını toplayıb emal etməli, şəbəkə xidmətləri və portları təhlükəsizlik baxımından təhlil edə bilməlidir.
CLO 3: Şəbəkə və veb mühitlərində təhlükələri və hücum mexanizmlərini, o cümlədən DoS/DDoS və veb zəifliklərini təhlil edərək onların aşkarlanması və qarşısının alınması üsullarını tətbiq edə bilməlidir.
CLO 4: Zərərli proqramların əsas xüsusiyyətlərini müəyyənləşdirməli, Python vasitəsilə təhlükəsizlik məlumatlarını emal və şübhəli obyektləri təhlil edə bilməlidir.
CLO 5: Kriptoqrafik mexanizmlərdən və Python kitabxanalarından istifadə etməklə məlumatların məxfiliyini və bütövlüyünü qoruyan həllər tətbiq edə bilməlidir
CLO 6: OSINT üsulları və Python əsaslı vasitələrlə kibertəhlükəsizlik məlumatlarını toplayıb emal etməli, əlaqələndirməli və nəticələrin etibarlılığını qiymətləndirə bilməlidir.