Ümumi məlumat
- Fənn kodu
- İFS-2224yn
- Kredit
- 4
- Tələbənin iş yükü
- 60
- Semestr
- Yaz semestri
- Akademik il
- 3
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 30 saat - TSİ b) 30 saat - MRTSİ
Fənn haqqında
“Mobil proqramlaşdırma” fənni mobil tətbiqlərin hazırlanmasının əsas prinsiplərini, texnologiyalarını və proqramlaşdırma üsullarını əhatə edir. Fənn çərçivəsində mobil əməliyyat sistemlərinin əsas xüsusiyyətləri, Android platformasının arxitekturası və mobil tətbiqlərin hazırlanması üçün təqdim etdiyi imkanlar öyrənilir. Tələbələr Android Studio inteqrasiya olunmuş inkişaf mühitindən və Kotlin proqramlaşdırma dilindən istifadə etməklə mobil tətbiqlərin hazırlanması və sazlanması üzrə praktiki bacarıqlar əldə edirlər. Tədris prosesində mobil tətbiqlərin strukturu, əsas komponentləri və istifadəçi interfeyslərinin hazırlanması prinsiplərinə diqqət yetirilir. Həmçinin mobil tətbiqlərin təhlükəsizliyi və proqram təminatının etibarlı şəkildə hazırlanması ilə bağlı əsas yanaşmalar nəzərdən keçirilir. Tədrisin sonunda tələbələr Android platforması üçün funksional mobil tətbiqlər hazırlamaq, sazlamaq və tətbiq etmək bacarığına yiyələnirlər.
Tədris metodları
- mühazirə
- təqdimatlar
- seminar
- laboratoriya işi
- interaktiv müzakirə
Fənn təlim nəticələri (CLO)
CLO 1: Mobil əməliyyat sistemlərinin (Android və iOS) arxitekturasını, xüsusiyyətlərini və tətbiq sahələrini izah edə bilir.
CLO 2: Mobil tətbiqlərin hazırlanması prosesini, Android platformasının əsas komponentlərini və Android Studio inkişaf mühitinin funksiyalarını tətbiq etməyi bacarır.
CLO 3: Kotlin proqramlaşdırma dilindən istifadə etməklə Android platforması üçün mobil tətbiqlər hazırlaya və sazlaya bilir.
CLO 4: Mobil tətbiqlərdə istifadəçi interfeysini (UI), istifadəçi təcrübəsini (UX), aktivlikləri, resursları və niyyət (Intent) mexanizmlərini layihələndirməyi və tətbiq etməyi bacarır.
CLO 5: Mobil tətbiqlərdə verilənlər bazası, fayllar və şəbəkə xidmətləri ilə işləmək üçün müvafiq proqramlaşdırma üsullarından istifadə edir.
CLO 6: Mobil tətbiqlərin təhlükəsizlik prinsiplərini, nəşr (deployment) prosesini və mobil proqramların təhlükəsiz hazırlanması üsullarını izah edə bilir.
CLO 7: Mobil proqramlaşdırma layihələrini müstəqil şəkildə hazırlamaq, test etmək, təqdim etmək və müasir proqramlaşdırma alətlərindən səmərəli istifadə etmək bacarığı nümayiş etdirir.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
- Bill Phillips, Brian Hardy, Chris Stewart and Kristin Marsicano, Android Programming: The Big Nerd Ranch Guide, Arizona, 2015.
- David Griffiths, Dawn Griffiths, Head First Android Development, Sebastopol, 2015.
- Android Studio Girae Essentials – Kotlin Edition, © 2023 Neil Smyth / Payload Media, Inc.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-7 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-7 |