Fənn · İnformasiya təhlükəsizliyi

Mobil proqramlaşdırma

İFS-2224yn4 kreditYaz semestriSeçmə3

Fənn haqqında

Kredit

4

İş yükü

60saat

Semestr

Yaz

Tədris ili

3

Fənnin təsviri

“Mobil proqramlaşdırma” fənni mobil tətbiqlərin hazırlanmasının əsas prinsiplərini, texnologiyalarını və proqramlaşdırma üsullarını əhatə edir. Fənn çərçivəsində mobil əməliyyat sistemlərinin əsas xüsusiyyətləri, Android platformasının arxitekturası və mobil tətbiqlərin hazırlanması üçün təqdim etdiyi imkanlar öyrənilir. Tələbələr Android Studio inteqrasiya olunmuş inkişaf mühitindən və Kotlin proqramlaşdırma dilindən istifadə etməklə mobil tətbiqlərin hazırlanması və sazlanması üzrə praktiki bacarıqlar əldə edirlər. Tədris prosesində mobil tətbiqlərin strukturu, əsas komponentləri və istifadəçi interfeyslərinin hazırlanması prinsiplərinə diqqət yetirilir. Həmçinin mobil tətbiqlərin təhlükəsizliyi və proqram təminatının etibarlı şəkildə hazırlanması ilə bağlı əsas yanaşmalar nəzərdən keçirilir. Tədrisin sonunda tələbələr Android platforması üçün funksional mobil tətbiqlər hazırlamaq, sazlamaq və tətbiq etmək bacarığına yiyələnirlər.

Fənn təlim nəticələri

  1. CLO 1: Mobil əməliyyat sistemlərinin (Android və iOS) arxitekturasını, xüsusiyyətlərini və tətbiq sahələrini izah edə bilir.

  2. CLO 2: Mobil tətbiqlərin hazırlanması prosesini, Android platformasının əsas komponentlərini və Android Studio inkişaf mühitinin funksiyalarını tətbiq etməyi bacarır.

  3. CLO 3: Kotlin proqramlaşdırma dilindən istifadə etməklə Android platforması üçün mobil tətbiqlər hazırlaya və sazlaya bilir.

  4. CLO 4: Mobil tətbiqlərdə istifadəçi interfeysini (UI), istifadəçi təcrübəsini (UX), aktivlikləri, resursları və niyyət (Intent) mexanizmlərini layihələndirməyi və tətbiq etməyi bacarır.

  5. CLO 5: Mobil tətbiqlərdə verilənlər bazası, fayllar və şəbəkə xidmətləri ilə işləmək üçün müvafiq proqramlaşdırma üsullarından istifadə edir.

  6. CLO 6: Mobil tətbiqlərin təhlükəsizlik prinsiplərini, nəşr (deployment) prosesini və mobil proqramların təhlükəsiz hazırlanması üsullarını izah edə bilir.

  7. CLO 7: Mobil proqramlaşdırma layihələrini müstəqil şəkildə hazırlamaq, test etmək, təqdim etmək və müasir proqramlaşdırma alətlərindən səmərəli istifadə etmək bacarığı nümayiş etdirir.