Fənn · İnformasiya təhlükəsizliyi

IT layihələrin idarə edilməsi

İFS-2223yn6 kreditYaz semestriSeçmə2

Fənn haqqında

Kredit

6

İş yükü

105saat

Semestr

Yaz

Tədris ili

2

Fənnin təsviri

Fənn tələbələrdə informasiya texnologiyaları layihələrinin planlaşdırılması, təşkili, icrası, monitorinqi və idarə edilməsi üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində layihə idarəetməsinin əsas anlayışları və prinsipləri, layihənin həyat dövrünün başlanğıc, planlaşdırma, icra, nəzarət və bağlanış mərhələləri öyrənilir. Layihənin əhatə dairəsinin, vaxtının, büdcəsinin, keyfiyyətinin, risklərinin və resurslarının idarə edilməsi, iş bölgüsü strukturunun (WBS) hazırlanması və layihənin ölçülə bilən təşkilati dəyərinin (MOV) müəyyən edilməsi məsələləri nəzərdən keçirilir. Tələbələr Waterfall, Agile, Scrum və PMBOK kimi layihə idarəetmə yanaşmalarını müqayisə edir, onların müxtəlif layihə mühitlərində tətbiq xüsusiyyətlərini öyrənirlər. Həmçinin layihə xərclərinin və irəliləyişinin qiymətləndirilməsi, risklərin təhlili, komanda işi, kommunikasiya və maraqlı tərəflərlə əməkdaşlıq prinsipləri araşdırılır. Fənn Jira və digər layihə idarəetmə alətlərindən istifadə etməklə tapşırıqların prioritetləşdirilməsi, sprintlərin planlaşdırılması, board və workflow-ların qurulması, layihənin gedişatının izlənilməsi və hesabatların hazırlanması üzrə praktiki bacarıqların inkişaf etdirilməsinə, eləcə də tələbələrin məqsəd, müddət, büdcə, resurs və riskləri əhatə edən kompleks IT layihə planı hazırlamasına yönəlmişdir.

Fənn təlim nəticələri

  1. CLO 1: İT layihə həyat dövrünü və müasir metodologiyaları (Waterfall, Agile, Lean) fərqləndirməyi bacarmalıdır.

  2. CLO 2: Layihənin əhatə dairəsini (Scope), zaman qrafikini və büdcəsini AI dəstəkli alətlərlə planlaşdırmağı öyrənməlidir.

  3. CLO 3: Risk analizi, keyfiyyət təminatı və resursların optimallaşdırılmasını həyata keçirməlidir.

  4. CLO 4: Müasir PM alətlərindən (Jira, Asana, ClickUp, MS Project) səmərəli istifadə etməlidir

  5. CLO 5: Yumşaq bacarıqlar (Soft Skills), komanda liderliyi və stakeholderlərlə kommunikasiya strategiyaları qurmalıdır.

  6. CLO 6: İT layihələrində riskləri (kiber-təhlükəsizlik, texniki borc) analiz və idarə etməlidir.